İnternetdə təhlükəsizlik qaydaları

Şrift ölçüsü: Decrease font Enlarge font
image

1. Valideynlərinin icazəsi olmadan ev ünvanını, telefon nömrəni, valideynlərinin iş ünvanını və telefon nömrəsini, təhsil aldığın məktəbin adını və ünvanını heç kimlə bölüşmə, internet saytlarda yerləşdirmə. 
2. Səni narahat edən hər hansı bir məlumatla rastlaşdığın zaman dərhal valideynlərinə məlumat ver.
3. Valideynlərinin nəzarəti olmadan internetdə tanış olduğun şəxslə görüşmə. Valideynlərin görüşməyə razılıq verərsə, görüşə valideynlərindən biri ilə get və/və ya görüşün ictimai yerdə olmasına əmin ol. 
4. Valideynlərinin nəzarəti olmadan heç kəsə foto şəklini və şəxsi video görüntülərini göndərmə. 
5. Səni narahat edən və qorxu yaradan heç bir mesaj və e-maillərə cavab yazma.  Belə mesaj və e-maillər sənin günahın və səhvin deyil. Əgər narahat edən, qorxu yaradan, hədələyici mesaj və e-maillər alarsansa, dərhal valideynlərinə məlumat ver. 
6. İnternetdən istifadə gününü, vaxtını, müddətini və sənə uyğun internet saytlarını müəyyənləşdir. Valideynlərinin razılığı olmadan bu qərarı pozma.
7. Valideynlərindən başqa internet şifrəni heç kimə, hətta ən yaxin dostuna belə demə.
8. Internetdən məlumat yükləməzdən, proqram yazmazdan və ya kompüterinə   zərər vura biləcək və ailə sirrini təhlükə ola biləcək nəsə etməzdən əvvəl valideynlərindən icazə al.
9. Yaxşı virtual vətəndaş ol. Başqalarına zərər vura biləcək və qeyri-qanuni olan heç bir şey etmə.
10. İnternetindən faydalı yararlanmağı həmyaşıdlarına öyrət.

 

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az