"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: UŞAQLAR ÜÇÜN 10 VACİB YOL NİŞANI UŞAQLAR ÜÇÜN 10 VACİB YOL NİŞANI ================================================================================ admin on 11 November, 2009 Siz yalnız QIRMIZI işıq yananda və maşınların hərəkəti dayananda yolu keçə bilərsiniz Bu işarənin QIRMIZI işığı yananda - dayanmalı, YAŞIL işığı yananda isə yolu keçməlisiniz Siz yolu yalnız ZOLAĞIN üstündən keçməlisiniz Bu işarə durduqda, YERALTI KEÇİDDƏN istifada edərək, özünüzü təhlükədən tam qorumuş olarsınız Yol İKİ TƏRƏFLİDİR, ona görə yolu keçərkən əvvəlcə sola, orta zolağa çatandan sonra isə sağa baxmalısınız Bu işarə maşınların DAİRƏVİ hərə¬kətini bildirir. Piyadaların yol keçməsi qəti qadağandır Bu işarə piyadaların həmin yerdə yol keçməsini QƏTİ qadağan edir Bu işarə AVTOBUS dayanacağını bildirir, ictimai nəqliyyatı burada gözləməlisiniz Bu işarə ŞLAQBAUMSUZ dəmir yolu ilə kəsişmədən xəbər verir. Burada xüsusi ilə ehtiyatlı olmaq lazımdır. Bu işarə Dövlət Yol Polisi postunun yaxınlıqda olmasından xəbər verir. Yol hərəkatı haqqında istənilən malumatı DYP postuna verə və ya oradan ala bilərsiniz UŞAQLAR ÜÇÜN 10 VACİB PİYADA QAYDALARI 1. Əgər siz 10 yaşdan balacasınızsa, maşın yolunu tək keçməyin. 2. Yolu keçməzdən əvvəl, səkidə dayanın. 3. Yolu keçərkən asta addımla keçin, heç vaxt qaçmayın. 4. Hər zaman yol işarələri və nişanlarından istifadə edin. 5. Bir tərəfli yolu keçdikdə yolun soluna, ikitərəfli yolu keçdikdə isə əvvəlcə sola, ortadaki zolağa çatdıqda isə sağa baxın. 6. Yolu keçərkən hər tərəfə baxmaqla asta-asta keçin və maşınlara fikir verin. 7. Əmin olun ki, sürücülər sizi görüb və maşınlarını saxlayıblar. 8. Yolun qırağında yerləşən küçələrdə, hasarsız meydança və həyətlərdə oynamayın. 9. Qaranlıqda yolu keçərkən ağ paltar geyinin və ya paltarınıza işığı əks etdirən nişanlar taxın. 10. Maşinlar işıqforda dayanarkan, onlardan ən azı 5 addım aralı yolu keçin və nəqliyyatdan düşərkən, heç bir halda, onun qabağından yolu keçməyin. UŞAQLAR ÜÇÜN YOL HƏRƏKATI TƏHLÜKƏSİZLİYİNƏ DAİR ƏLAVƏ MƏLUMAT VƏ TÖVSİYƏLƏR 1. Nəqliyyat vasitələri xüsusi sayrışan işıq və səs siqnalları ilə yolda hərəkət edən zaman (məsələn, polis və ya təcili yardım maşını) - onlara yol verin. 2. Ola bilər ki, siz yolu keçdiyiniz vaxt işıqforun yaşıl işığı yansın və maşınlar hərəkətə başlasın. Belə olan halda, əgər təhlükəsizlik adacığı varsa - orada gözləyin, olmadığı təqdirdə isə - əks istiqamətli nəqliyyat axınlarını ayıran xətt (yəni ortadaki zolaq) üzərində işıqforun qırmızı işığının yanmasını gözləyin. 3 Yaşayış məntəqələri məktəblər və uşaq bağçalarına 50-100 metr qalmış, sürücülər üçün xəbərdaredici nişan qoyulur. 4. Piyada keçidinə 50-100 metr qalmış, sürücülər üçün xəbərdaredici nişan qoyulur. 5. Velosiped sürmək 14 yaşdan, motosikl idarə etmək isə 16 yaşdan etibarən icəzə verilir. 6. Uşaqları qrup halında daşıyan nəqliyyat vasitələrinin üzərində bu nişan olmalıdır ki, digər maşınların sürücüləri xəbərdar olsun. 7. Siz xüsusi olaraq bu nişanlı maşın gördükdə ehtiyatlı olmalısınız: A. ƏLIL sürücü B. Təcrübəsiz sürücü nişanı 8. Velosiped sürücüsünə trotuar ve piyada keçidi ilə hərəkət etməyə hətta piyadalar olmadıqda belə icazə verilmir.