"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Mina, partlamamiş hərbi-sürsat və tələ-mina nədir? Mina, partlamamiş hərbi-sürsat və tələ-mina nədir? ================================================================================ admin on 11 November, 2009 * Mina, partlamamış hərbi-sursat və tələ-mina nədir? * Minaların vurduğu ziyan * Əsas məlumat * Əsas təhlükəsizlik qaydaları * Minalar * Partlamamış hərbi sürsat * Tələ-minalar * Təhlükəli zonalar * Mina xəbərdaredici nişanlar. * Mina və PHS-lərin olmasını göstərən ümumi əlamətlər * Tanış olmayan ərazidə davranış qaydaları * Əgər siz mina görmüşsünəzsə və yaxud təhlükəli əraziyə düşmüşsünüzsə nə etməli? Mina, partlamamış hərbi-sürsat və tələ-mina nədir? Mina, PHS və tələ-minalar insanların həyatı və sağlamlığı üçün çox ciddi təhlükə törətməklə ölkənin bərpası və dirçəlişi üçün böyük maneələr yaradır. Bu növ silahlar hətta döyüş əməliyyatları qutardıqdan sonra da heç bir fərq qoymadan insanları öldürməklə və şikəst etməkdə davam edir. Minalar - daha dəqiq desək – yerüstü minalar torpağın həm səthində həm də altında qurulan partlayıcı qurğulardır. Adətən onlar üzərinə ayaq qoyulanda və ya tellərinə toxunulduqda partlayır. Minalar müxtəlif forma, ölçü və rəngdə olmaqla, plastik, ağac və ya metaldan hazırlanır. Bəziləri insanları öldürmək, yaralamaq və ya şikəst etmək üçün nəzərdə tutulmuşdur (piyadalar əleyhinə minalar); digərlərindən tank və ya yük maşınları dağıdıb məhv etmək məqsədi ilə istifadə olunur (tank əleyhinə minalar). Partlamamış hərbi sürsat (PHS) - Bunlara döyüş zamanı istifadə olunmuş, lakin bu və ya digər səbəbdən partlamamış mərmilər və digər hərbi sürsatlar-artilleriya mərmiləri, bomba və qumbaralar daxildir. PHS əl qumbaraları, artilleriya ve minomyot mərmiləri, bombalar, güllələr, raketlər aiddir. Onlar çox böyük təhlükə mənbəyi kimi qalmaqdadır, istənilən dəqiqədə partlaya bilər. Tələ-minalar - Tələ minalar insan və ya nəqliyyat vasitəsinə ilk baxışdan təhlükəsiz görünən, yaxınlaşarkən və ya toxunarkən dərhal işə düşən, bu və ya digər partlayıcıya bitişik qurğudur. Partlayış evin və ya soyuducunun qapısını açarkən və yaxud yerdən gündəlik işlənən şeyləri və ya oyuncağı götürərkən baş verə bilər. Minaların vurduğu ziyan Minalara insanları öldürür, lakin əksər hallarda onların əl və ayaqlarının amputasiyasına gətirib çıxaran ağır xəsarətlərə səbəb olur. Bunun nəticəsində insan ömürlük şikəst qalır və bu onun ailəsinə, icmasına və bütün ölkəsinə təsir göstərir. Minalar təkcə üzərinə ayaq basanları yaralamır, yaxınlıqda olan insanlara da ciddi xəsarət yetirir. Hansı şəkildə olmasına baxmayaraq külli miqdarda əmlak tələf ola bilər. Risk edən şəxs eyni zamanda heç bir günahı olmayan yoldan keçənləri və xilas etməyə gələnlərin həyatını təhlükə altına qoyur və beləliklə, fövqəladə vəziyyət yaratmaqla, xeyli vəsaitin sərf olunmasına gətirib çıxarır. Əsas məlumat * Bütün minalar, PHS-lər və tələ-minalar olduqca təhlükəlidir. * Mina, PHS və tələ-minalar güclü partlayıcı qurğu olub, böyük məsafədə öldürə və yaralaya bilər. * Mina, PHS və tələ minalar cüzi toxunmadan partlaya bilər. Çox vaxt mina, PHS və tələ-minaların yerini müəyyən etmək çətin olur. Vaxt keçdikcə, təbii şəraitin təsirindən, onlar rəngini və yerini dəyişə bilərlər * Mina, PHS və tələ-minaların hamısı insanların ölümünə və xəsarət almasına gətirib çıxarır, digərləri isə minik və yük maşınlarını tamamilə dağıdıb məhv edə bilər. * Əgər mina qurulmayıbsa və ya artilleriya mərmisi atılmayıbsa, bu o demək deyil ki, onlar təhlükəsizdir. * Əgər kimsə mina və ya PHS-in yerini dəyişibsə, bu o demək deyil ki, indi onlar təhlükəsizdir. Əsas təhlükəsizlik qaydaları * Heç vaxt mina, PHS və ya naməlum əşyalara toxunmayın. * Heç vaxt hər hansı bir minanı, PHS-i və ya naməlum əşyanı atmayın. * Mina, PHS və ya naməlum əşyanın üzərinə heç nə atmayın. * Özünüz minanı zərərləşdirməyə cəhd göstərməyin. * Ərazini odlamaqla mina və ya PHS-dən təmizləməyə cəhd göstərməyin. * Mina və PHS-i yığmağa cəhd göstərməyin. * Sizə məlum olan təhlükəli zonalardan uzaq olun. * Təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşın və risk etməyin. * Mina xəbərdaredici nişanlara və təhlükə bildirən göstəricilərə qarşı diqqətli olun. * Yerdə olan və ya ağacdan asılan naməlum əşyalara toxunmayın. Minalar Torpağa basdırılmaqla quraşdırılan minalar: * adətən, 3-5 sm dərinlikdə yerləşdirilir. * Düzgün quraşdırılan mina, demək olar ki, heç vaxt görünmür. * Bəzən küləyin və ya yağışın təsirindən minanın üstü və ya kənarı görünə bilər. Diqqətli olun, çünki belə bir minanı görmək çətindir. * Belə minalar adətən üzərinə ayaq basılanda partlayır. * Onların partlanması üçün böyük qüvvə yox, 2-4 kq-lıq ağırlıq kifayət edir. Bu o deməkdir ki, minanın partlamasına səbəb həm yaşlı adam, həm uşaq, həm də qoyun və ya keçi ola bilər. Onlar insanları öldürmək üçün deyil, əsasən şikəst etmək üçün nəzərdə tutulub. Ona görə ətrafları amputasiya olunmuş insanlar çox vaxt, məhz həmin minalardan zərər çəkənlərdir. Torpağa basdırılaraq quraşdırılan minalara böyük ölçüdə də ola bilirlər. Onlar eyni xüsusiyyətli olur, daha çox gücə malikdirlər və minik, yük maşınlarını dağıdıb məhv etmək üçün nəzərdə tutulublar. Bu minalar təxminəm 120-150 kq-lıq ağırlıq altında partlayır. Bu o deməkdir ki, onları minik maşını, motosikl və hətta at işə sala bilər. Bu növ minaların partlaması üçün böyük təzyiqin lazım olmasından belə qənaətə gəlmək olmaz ki, onlar insanlar üçün təhlükəsizdir. Torpaq səthində qurulan minalar: * Belə minaları torpağın səthində yerləşdirirlər, lakin onlar yaxşı gizlədilə də bilinər. * Bu minalar, adətən, onlara birləşdirilmiş məftilə toxunduqda və ya kəsdikdə işə düşür. * Onlar partlayır və güllələrə oxşar yüzlərlə iti metal qəlpələr ətrafa səpələnir. Bu minalar bir dəfəyə xeyli miqdarda insan tələf etmək və ya yaralamaq üçün nəzərdə tutulub. * Onlar partlayır və güllələrə oxşar yüzlərlə iti metal qəlpələr ətrafa səpələnir. Bu minalar bir dəfəyə xeyli miqdarda insan tələf etmək və ya yaralamaq üçün nəzərdə tutulub. * Onlar cüzi bir təzyiqdən işə düşə bilir, ona görə də hamı üçün çox ciddi təhlükə törədir. * Çox vaxt gövdəsi payaya sancılan minalara da rast gəlmək olur. Paya torpağa sancılır, üst hissə isə məharətlə gizlədilir. Ona məftil bərkidilir və ona toxunarkən mina partlayır. Çox vaxt məftili cığırın və ya yolun eninə çəkirlər. * Məftilin üzərindən keçməyə çalışmayın. Bəzi hallarda o biri tərəfdən yananşı mina gizlədilir. Bir mina olan yerdə bir neçəsi ola bilər. Müxtəlif növ minalar müxtəlif səbəblərdən işə düşür. Bəzən partlayış bir sıra səbəblərdən ola bilər. Əksər hallarda insan: * Üzərinə ayaq basarsa və ya yuxarıdan təzyiq edərsə; * Birləşdirilən telə toxunarsa və ya onu dartarsa; * Üzərinə qoyulmuş ağır əsyanı götürərsə; * Ona toxunarsa və ya tərpədərsə, minalar partlayır. Minanın nədən partlamasını dəqiq bilmək qeyri mümkündür, ona görə minaya və ya sizə tanış olmayan əşyaya heç vaxt yaxınlaşmayın və onlara toxunmayın. Partlamamış hərbi sürsat * PHS-lar sözün əsl mənasında minalar deyil, lakin onlardan da güclü dağıdıcı xüsusiyyətlərə malik sursatlardır. Yerə düşərkən partlmamış qalan qumbaralar və bombalar PHS-lar dır. Bu o demək deyil ki, onlar təhlükəsizdir. Əslində onlar daha da həssasdır və cüzi toxunmadan partlaya bilər. * Onlar adətən insanlara 1000 m-ə qədər məsafədə xəsarət yetirə bilər * Onlar müxtəlif forma, ölçü və rəngdə olur. * Vaxt keçdikcə onların xarici görünüşü dəyişə bilər və onları ot basa bilər. Bəzi hallarda onlara daş-kəsəyin altında və ya zibilliklərdə rast gəlmək olar. * Əgər siz PHS-lari yeşiklərdə tapmış olsanız belə, onlar yenə də təhlükəli olaraq qalır və çox asanlıqla partlaya bilərlər. Heç vaxt PHS-ın yerini özünüz dəyişməyə cəhd etməyin. Onu çıxarıb, zərərsəzlişdirmək üçün polis şöbəsinə aparmağa çalışmayın. Öz evinizdə belə silah və hərbi sürsata toxunmayın. Tələ-minalar * Praktik olaraq hər bir əşya tələ mina ola bilər. * Tələ-mina olmayan maneələr adamları minalanmış sahələr istiqamətləndirmək üçün istifadə edilə bilər. * Partlayıcı qurğu ağır bir əşyanın altına qoyula bilər. Bu əşya qaldırılarsa, mina partlaya bilər. * Tələ-minaları qapılara, pəncərələrə, pilləkənlərə və rəflərə birləşdirmək çox asandır. Əgər siz döyüş əməliyyatları getdiyinə görə evinizi tərk etməli olmuşsunuzsa, geri qayıdarkən ehtiyatlı olun, xüsusi ilə, əgər bilirsinizsə ki, evdə kimsə olub: orada tələ-mina ola bilər. Evdə yad əşyaların: kağız bağlamanın, kəndirin, məftilin, qutunun olub-olmamasına diqqət yetirin. Pilləkəni yoxlayın və evə girməmişdən əvvəl oraya bayırdan baxmağa çalışın. Əgər sizə çox təhlükəli bölgələrdə olmaq lazım gəlirsə, sadə bir qaydada əməl edin: özünüzlə gətirmədiyiniz heç bir şeyə toxunmayın! Adətən adamlar lazımlı və qiymətli əşyaları atmırlar, ona görə də yerdə olan hər bir şeyə şübhə ilə yanaşın, istərsə bu qol saatı, vidokamera, radioqəbuledici və s. olsun. HEÇ VAXT, HEÇ BİR VƏCHLƏ əgər ciddi bir ehtiyac yoxsa, tanış olmayan tərk edilmiş evə və ya binaya daxil olmayın, orada tələ-mina olar bilər. Təhlükəli zonalar Mina və PHS- lara demək olar ki, hər yerdə rast gəlmək mümkündür. Dəqiq qayda yoxdur, lakin təcrübələrə əsasən elə zonalar var ki, onların minalanmış olması ehtimalı çox olur: * Döyüş əməliyyatları aparılan hər hansı bir bölgə * Hərbi qurğu və obyektlərin ətrafi. * Anbar sahələrinə giriş * Körpülər və onlara yaxın ərazi * Elektrik ötürücü xətləri və onların dirəklərinin ətrafı. * Dəmir yolu xətti və depo * Atılmış və dağılmış tikililər. * Atılmış hərbi avtonəqliyyat vasitələri və avadanlıqlar * Kölgəli sahələr və bağlar. * Istifadə olunmayan, ot basmış cığırlar və ya torpaq yollar * Xəndək və ya yol kənarları. * Keçmiş keçid məntəqələri * Minalanmış sahə kimi qeyd olunmuş ərazilər. Əgər təhlükəsiz olduğuna əmin deyilsinizsə, heç bir əraziyə daxil olmayın. Əgər sizə tanış olamayan əraziyə daxil olmaq lazımdırsa, bunu yerli əhalidən həmin yerin təhlükəli olub-olmadığını öyrənəndən sonra edin. Mina xəbərdaredici nişanlar Adətən mina qoyan adam özündən sonra iz qoymaq istəmir, lakin bəzən belə də olur. Əgər sizə tanış olmayan yerdə hərəkət edirsinizsə və düşünürsünüzsə ki, orada mina ola bilər, onda siz mina xəbərdaredici nişanları axtarmalısınız. Yerli cammat bu və ya digər bölgədə onlara təhlükəli zona kimi məlum olan yeri nişanlanmış ola bilər. Əgər siz təhlükəsizliyə tam əmin olmadığınız hər hansı bir bölgədə hərəkət edirisinizsə, bunlara diqqət yetirməlisiniz. * Carpaz qoyulmuş payalara və daş yığınağına * Tarım çəkilmiş məftil və ya ipə * əl ilə yazılmış qeydə və yaxud darvaza və ya hasar üzərindəki işarələrə * torpağa sancılmış taxta payalara(çubuqlara) * rəsmi nişanlara: üç və ya dördbucaq lövhənin ortasında kəllə və çarpaz sümüklər və “Minalardan qorunun” üçbucaqlı və ya dördbucaqlı lövhə. Əgər xəbərdaredici nişan görmüşsünüzsə, ona toxunmayın! Heç vaxt mina xəbərdaredici nişanları çıxarmayın və həmişə onların göstəricilərinə əməl edin. Mina və PHS-ların olmasını göstərən ümumi əlamətlər Təəssüf ki, minalanmış sahələr minalanmamış sahələrdən çox fərqlənirlər. Əsasən minalara torpağa basdırıldığı və məharətlə gizlədildiyi üçün onları görmək çox çətindir. Bu və ya digər sahənin minalanmasını göstərən əlamətləri axtarmaq lazımdır. Əgər siz çox təhlükəli bölgədə hərəkət edirsinizsə və oranın təhlükəsizliyinə əmin deyilsinizsə, siz aşağıdakılara diqqət yetirməlisiniz: * keçmiş döyüş əməliyyatlarının izlərinə * heyvan cəsədlərinə və ya sümüklərinə * xəndək, bunker və ya hərbi istehkamlara * əzilmiş bitki örtüyünə və ya torpaq işlərinin izlərinə * mina basdırıldığını göstərə bilən torpaq topalarına * bombaların açdığı çalalara * yolun və ya cığırın eninə atılmış tir və ya budaqlara * hərbi sürsat saxlanılan yeşiklərə * səpələnmiş məftil və ya ip qırıqlarına * torpağa basdırılmış minanın qırağına və ya ona birləşdirilmiş məftilə * öz yerində tərpədilmiş hər hansı bir əşyaya Əgər bu əlamətlərdən birini aşkar etmisinizsə nəticə çıxarmalısınız ki, siz minalanmış sahədəsiniz. O yeri dərhal tərk edin və rəsmi şəxslərə bu barədə məlumat verin. Yadda saxlayın ki, təhlükə əlaməti görmürsünüzsə, bu o demək deyil ki, bölgə təhlükəsizdir. Tanış olmayan ərazidə davranış qaydaları Əgər siz əvvəl olmadığınız və ya bir müddət əvvəl olduğunuz ərazidə hərəkət edirsinizsə, MÜTLƏQ aşağıdakı təhlükəsizlik tədbirlərini görməlisiniz: * yerli sakinlərdən və ya hakimiyyət orqanlarından təhlükəsiz ərazilərin yerini öyrənin * yolun kənarında diqqətinizə cəl edən əşya görsəniz, yadınıza salın ki, bu sahə minalanmış ola bilrə və yaxud həmin əşya tələ-minadır. * Imkan daxilində torpaq (asfalt döşənməyən) yollardan uzaq olun * Yolda və ya cığırda olan maneələrdən ehtiyatlı olun. * Tanış olmayan ərazini ehtiyac olmadan tədqiq etməyin * Yolu qısaltmağa çalışaraq istifadəsiz və kəsə yollarla getməyin * Həmişə çox ehtiyatla hərəkət edin. Əgər siz mina görmüşsünəzsə və yaxud təhlükəli əraziyə düşmüşsünüzsə nə etməli? Əgər siz təhlükəsiz yoldan çıxmışsınızsa, mina və ya xəbərdaredici nişan görüşmüsünüzsə, onda yəqin ki, siz mina sahəsinə düşmüsünüz və siz aşağıdakı göstərişlərə mütləq əməl etməlisiniz: * Dərhal dayanın. * Özünüzü itirməyin, yerinizdə qalın. * Təhlükəli zonada olduğunuz haqda başqalarında xəbər verin. * Növbəti addım atmamışdan əvvəl yaxşıca fikirləşin. * Təhlükəsiz zonada qalan varsa, onları köməyə çağırın. * Həmin yeri riksli yolla tərk etməyə çalışmayın. * Əgər siz tək qalmışsınızsa, köməyə çağırın, ancaq tərpənməyin. * Kömək gələndə, daha heç kimin minalanmış zonaya düşməməsi üçün hərəkətin istiqamətləndirilməsi ilə bağlı göstərişlər verin. * Əgər yaxınlıqla heç kim yoxdursa, heç kim köməyə gəlmirsə, siz isə çox yorulmuş və daha gözləyə bilmirsinizsə, ayaq izlərinizi aydın görə bildiyiniz təqdirdə, gəldiyiniz yolla qayıtmağa çalışın.(Qeyd etmək lazımdır ki, bu üsul axırıncı növbədə izah edilməli və dinləyicilərə əyani olaraq göstərilməlidir) * Əgər siz minanı görüb və başa düşmüsünüz ki, sahə minalanmışdır, onda siz mütləq məlumat verməlisiniz ki, heç kəs zərər çəkməsin.