"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Çimərliklərdə davranış qaydaları Çimərliklərdə davranış qaydaları ================================================================================ admin on 04 November, 2009 Çimərliklərdə istirahət edərkən aşağıda göstərilən davranış qaydalarını bilməli və onlara riayət etməlidir: - çimərlikdə uşaqları nəzarətsiz qoymaq olmaz; - çimərliklərdə spirtli içki içmək, habelə sərxoş halda gəlmək və ya çimmək olmaz; - qadağan olunmuş yerlərdə çimmək olmaz; - qeyri-çimərlik ərazilərində çimmək olmaz; - çimmə zonasının işarələnmiş hüdudlarını keçmək olmaz; - su axınlarında sahildən 20 metrdən artıq məsafəyə üzmək olmaz; - çimmə zonasında balıq ovlamaq qadağandır; - çimərliklərin ərazisinə şəxsi qayıqların və kiçik həcmli gəmilərin daxil olması qadağandır. - xəbərdaredici nişan və lövhələrin tələblərinə riayət edilməlidir. Onları sındırmaq və ya şəxsi məqsədlər üçün istifadə etmək qadağandır. - çimərlikləri zibilləməmək, təmizliyə riayət etmək lazımdır; - uşaqlar çimərlikdən yalnız valideynlərin müşayiəti ilə istifadə edə bilər; - xilasedicilərin (dalğıcların) çağırış və tələblərinə riayət edilməlidir.