Çimərliklərdə davranış qaydaları

Şrift ölçüsü: Decrease font Enlarge font
image

Mənbə: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi

Çimərliklərdə istirahət edərkən aşağıda göstərilən davranış qaydalarını bilməli və onlara riayət etməlidir:
- çimərlikdə uşaqları nəzarətsiz qoymaq olmaz;
- çimərliklərdə spirtli içki içmək, habelə sərxoş halda gəlmək və ya çimmək olmaz;
- qadağan olunmuş yerlərdə çimmək olmaz;
- qeyri-çimərlik ərazilərində çimmək olmaz;
- çimmə zonasının işarələnmiş hüdudlarını keçmək olmaz;
- su axınlarında sahildən 20 metrdən artıq məsafəyə üzmək olmaz;
- çimmə zonasında balıq ovlamaq qadağandır;
- çimərliklərin ərazisinə şəxsi qayıqların və kiçik həcmli gəmilərin daxil olması qadağandır.
- xəbərdaredici nişan və lövhələrin tələblərinə riayət edilməlidir. Onları sındırmaq və ya şəxsi məqsədlər üçün istifadə etmək qadağandır.
- çimərlikləri zibilləməmək, təmizliyə riayət etmək lazımdır;
- uşaqlar çimərlikdən yalnız valideynlərin müşayiəti ilə istifadə edə bilər;
- xilasedicilərin (dalğıcların) çağırış və tələblərinə riayət edilməlidir.

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az