"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Texnogen mənşəli fövqəladə hallar Texnogen mənşəli fövqəladə hallar ================================================================================ admin on 04 November, 2009 RADİASİYA QƏZASI RADİASİYA QƏZASI – radioaktiv məhsulların atılması, yaxud layihədə onların təhlükəsiz istismarı üçün nəzərdə tutulmuş ərazidən kənarda ion şüalanması ilə nəticələnən və əhalinin şüalanması və ətraf mühitin çirklənməsinə səbəb olan, nüvə-enerji qurğuları, yaxud cihazlarının təhlükəsiz istismar qaydalarının pozulmasıdır. Belə qurğuların əsas zərərverici amilləri radiasiya təsirləri və radioaktiv çirklənməyə səbəb olmasıdır. Qəza partlayış və yanğınlarla müşayiət oluna bilər. İnsana radiasiya təsiri müxtəlif orqanların həyati funksiyalarının pozulmasını (əsas etibarı ilə qan dövranının, əsəb sisteminin, mədə-bağırsaq orqanlarının) və ionlaşdırıcı şüalanmanın təsiri altında şüa xəstəliklərinin inkişafını nəzərdə tutur. Radioaktiv çirklənmə alfa-, beta- və qamma- ionlaşdırma şüalanmasının qarşılıqlı fəaliyyətinə gətirib çıxarır və qəza zamanı şüalanma nəticəsində reaksiyaya girməmiş, eləcə də nüvə reaksiyası zamanı ayrılmış maddələrin çıxışı, eləcə də müxtəlif radioaktiv materialların və əşyaların (məsələn qrunt) yaranması ilə şərtlənir. HİDRODİNAMİK QƏZA HİDRODİNAMİK QƏZA – hidrodinamik qurğunun, yaxud onun bir hissəsinin sıradan çıxması (dağılması) və böyük kütlədə nəzarətdən çıxan su kütləsinin geniş ərazini basması ilə əlaqədar yaranan fövqəladə vəziyyətdir. Əsas potensial təhlükəli hidrotexniki qurğulara su bəndləri, suburaxıcı və susaxlayıcı qurğular (şlüzlər) aiddir. Hidrotexniki qurğuların dağılması təbiət qüvvələrinin (zəlzələ, güclü külək, bəndlərin yuyulması) və insan fəaliyyətinin (təxribatçılıq məqsədi ilə  hidrotexniki qurğulara, su bəndlərinə nüvə, yaxud adi silahlar ilə zərbələrin endirilməsi) təsiri, eləcə də tikintidə və layihələşmədə yol verilən səhvlər nəticəsində baş verir. Hidrotexniki qəzaların fəsadlarına aşağıdakılar aiddir: • su qovşaqlarının zərər çəkməsi və ya dağılması və onların qısa, yaxud uzun müddətliliyinə öz funksiyalarını yerinə yetirə bilməməsi; • 2-12 metr hündürlüyündə olan hidrotexniki qurğuların dağılması nəticəsində 3-25 km/saat (dağlıq rayonlarda 100 km/saat-a qədər ola bilər) sürəti ilə hərəkət edən su dalğasının ətrafa yayılması ilə insanların zərər çəkməsi və dağıntıların olması; geniş ərazinin 0,5 – 10 m və daha çox hündürlükdə su altında qalması ilə fəlakətli subasma. NƏQLİYYAT QƏZALARI Müasir dövrdə nəqliyyatda baş verən istənilən qəza insan həyatı və sağlamlığı üçün potensial təhlükə təşkil edir. Texniki inkişaf insanlar üçün hərəkətdə rahatlıq və sürəti təmin etməklə bərabər, özü ilə əhəmiyyətli dərəcədə çoxsaylı təhlükələr də gətirmişdir. Nəqliyyat qəzasının növündən asılı olaraq, çox müxtəlif, eləcə də insan həyatı üçün təhlükəli zədələr, yanıqlar almaq olar. Dəmir yolu nəqliyyatında qəzalar Dəmir yolu nəqliyyatında qəzaların əsas səbəbi yollardakı, hərəkət vasitələrindəki, siqnalizasiya, mərkəzlə əlaqə və blokirovka qurğularındakı nasazlıqlar, dispetçerin səhvi, maşinistlərin diqqətsizliyi və səhlənkarlığıdır. Daha çox hərəkət vasitələrinin relslərdən çıxmasına, toqquşmasına, keçidlərdə maneələrlə qarşılaşma, bilavasitə vaqonlarda baş verən yanğın və partlayış hallarına rast gəlinir. Bununla belə qatarla hərəkət təyyarə ilə hərəkətdən 3, avtomobillə hərəkətdən isə 10 dəfə təhlükəsizdir. BİNANIN QƏFİL UÇMASI BİNANIN TAM, yaxud HİSSƏ-HİSSƏ DAĞILMASI  - binanın layihələndirilməsi zamanı yol verilən səhvlər, tikinti işləri aparılan zaman layihədən kənarlaşmalar, montaj qaydalarının pozulması, binada işlər tamamlanmamış istismara verilməsi, istismar qaydalarının pozulması, eləcə də təbii və texnogen fəlakətlər nəticəsində yaranan fövqəladə vəziyyətdir. Dağılmaya terror aktları, məişət qaz ötürücülərinin düzgün istifadə olunmaması, od ilə düzgün davranmamaq, binalarda asan alışa və partlaya bilən maddələrin saxlanması nəticəsində baş verən partlayışlar da səbəb ola bilər.  Qəfil dağılma binanın uzun müddətliliyinə istifadəyə yararsızlığına, yanğınların baş verməsinə, kommunal-enerji sisteminin sıradan çıxmasına, tıxanmaların yaranmasına, insanların zərər çəkməsinə səbəb olur. KOMMUNAL SİSTEMLƏRDƏ QƏZALAR Kommunal sistemlərdə qəzalarda elektrik enerjisi, kanalizasiya sistemləri, su və istilik sistemlərində baş verən qəzalar, insan tələfatına az rast gəlinir. Bununla belə onlar həyat fəaliyyəti üçün, xüsusi ilə ilin soyuq fəsillərində ciddi çətinliklər yaradır. Elektrik enerjisi təminatı sistemində baş verən qəzalar istehlakçıların, geniş ərazilərin elektrik enerjisi ilə təmin olunmasında uzun müddətli fasilələrə, ictimai elektrik nəqliyyatının hərəkət qrafikinin pozulmasına, insanları elektrik vurmasına səbəb ola bilər. Kanalizasiya sistemlərində qəzalar ətraf ərazilərə kütləvi tullantıların atılması və sanitar-epidemioloji vəziyyətin pisləşməsi ilə nəticələnir. Su təminatı sistemindəki qəzalar əhalinin su ilə təminatında çətinliklər yaradır və suyu içmək üçün yararsız edir. İstilik sistemlərində qəzalar qış vaxtı əhalinin yaşam tərzini ağırlaşdırır və hətta təxliyələrə gətirib çıxarır. YANĞINLAR və PARTLAYIŞLAR Texnogen xarakterli fövqəladə halların ən geniş yayılmış növü yanğınlar və partlayışlardır ki, bunlar da aşağıdakı hallarda baş verir: • sənaye obyektlərində; • tez alışan, yanan və partlayan məhsulların hasil olunduğu, saxlandığı və emal olunduğu obyektlərdə; • nəqliyyatda; • şaxtalarda, dağ mədənlərində, metropolitenlərdə; • yaşayış, sosial-məişət və mədəniyyət təyinatlı binalarda və tikililərdə. YANĞIN – maddi sərvətin məhv olması və insanların həyat və sağlamlıqlarının zərər çəkməsinə səbəb olan nəzarətdən çıxmış yanma prosesidir.anğının əsas səbəbləri bunlardır: elektrik sistemlərindəki nasazlıqlar, texnoloji rejimin və yanğın təhlükəsizliyi qaydalarının pozulması (siqaret çəkmə, açıq yanma, istismara yararlı olmayan cihazlardan istifadə və s.). Yanğının əsas təhlükəli amilləri istiliyin şüalanaraq yayılması, yüksək temperatur, tüstünün zəhərləyici təsiri (yanma məhsulları: hidrogen oksid və s.) və tüstülənmə nəticəsində ətrafı görmənin çətinləşməsi. İnsanlar üçün göstərilən amillər uzun müddətli təsir nəticəsində aşağıdakı hallarda ciddi təhlükəli ola bilər: Temperatur – 70o; İstilik şüalanmasının sıxlığı – 1,26 kVt/m2; Tüstülənmə sahəsində görmə məsafəsi – 6-12 m; PARTLAYIŞ –  qısa zaman kəsiyində müəyyən məhdud bir ərazidə böyük həcimdə enerjinin ayrılması ilə müşayiət olunan yanğındır. Partlayış səs sürətindən də yüksək sürət ilə partlayış zərbə dalğasının (5 kPa-dan artıq təzyiq ilə) yaranmasına və yayılmasına səbəb olur ki, bu da ətrafdakı əşyalara mexaniki təsir göstərir. Partlayışın əsas zərbə endirici amilləri hava zərbə dalğası və müxtəlif əşyaların, texnoloji cihazların və partlayıcı qurğuların sınması ilə onların hissələrinin uçması ilə yaranan qəlpə sahəsidir. QƏZA KİMYƏVİ TƏHLÜKƏLİ MADDƏLƏR İLƏ ZƏHƏRLƏNMƏ QƏZA TƏHLÜKƏLİ KİMYƏVİ MADDƏLƏR (QKTM) İLƏ ZƏHƏRLƏNMƏ həmin maddələrin tənəffüs, qidalanma orqanları vasitəsi ilə orqanizmə, eləcə də dəriyə, selikli qişaya düşməsi ilə baş verir. Zədələnmənin xarakteri və ağırlığı aşağıdakı əsas faktorlar ilə təyin olunur: toksik (zəhərləyici) təsirin forma və xarakteri, zəhərlənmənin dərəcəsi, zərərçəkmiş obyektdə (ərazidə) kimyəvi maddələrin konsentrasiyası və insan təsir müddəti. ƏLAMƏTLƏRİ: Yuxarıda göstərilən amillər və zədələnmənin kilinik fəsadları müşahidə olunur ki, bunlar da aşağıdakılar ola bilər: 1. qıcıqlanma – öskürək, boğazda göynəmə və ağrılar, gözlərin yaşarması və ağrıması, sinədə ağrılar, başda ağrılar; 2. mərkəzi sinir sistemi fəsadlarının çoxalması – baş ağrıları, baş gicəllənmələr, məst olma, qorxu hiss etmək, ürək bulanması, qusma, eyforiya vəziyyəti, hərəkət konsentrasiyası hiss etmək, yuxusuzluq, ümumi süstlük, apatiya və s. KİMYƏVİ YANIQLAR Kimyəvi maddələrin dəri səthinə bilavasitə təsiri zamanı kimyəvi yanıqlar baş verir. Yanığa səbəb olan əsas maddələr sırasına turşular (sulfat, nitrat, xlorid, flüorid və s.), qələvilər (natrium hidroksid, kalium hidroksid),  bəzi uçucu yağlar, fosfor, bitum və s. aiddir. Kimyəvi yanıqlar zamanı dəri və selikli qişanın zədələnmə dərəcəsi  kimyəvi maddənin qatılığından və onun toxumaya təsir müddətindən asılıdır. Təsirinə görə kimyəvi yanıqlar 4 dərəcəyə bölünür: I-II dərəcəli yanıqlar əsasən benzin, kerosin, III-IV dərəcəli yanıqlar isə turşu və qələvilərin təsirindən baş verir. Kimyəvi maddənin toxumaya təsir xüsusiyyətləri də böyük rol oynayır. Məsələn, qatı turşuların təsiri dərinin tez bir zamanda susuzlaşmasına, zülalın parçalanmasına səbəb olur, yanıq sahəsindəki dəri örtüyü quru, qalın, kəskin sərhədlərlə hüdudlanan və müxtəlif rəngli olur. Sulfat turşusu ilə yanıq zamanı dəri örtüyü əvvəlcə ağ, sonradan göyümtül-yaşıl, nəhayət sonda qara rəng alır. Xlorid turşusu ilə yanıqlar zamanı (çox zaman selikli qişa üzərində) qabıq əvvəlcə yumşaq, sarımtıl - qəhvəyi rəngli olur, tez bir zamanda quruyaraq bərkiyir. Qabığın qopmasından sonra dərinin qanaması baş verə bilər. Məişətdə çox işlənən sirkə turşusunun təsiri nəticəsində də baş verən yanıqlar ciddi fəsadlarla nəticələnir. Yüksək qatılıqlı ağır metal duzlarının (gümüş nitrat və s.) təsirindən müxtəlif rəngli, quru qabıq əmələ gəlir. Qələvilər nisbətən yavaş təsir edir, turşulara nisbətən dərinin daha dərin qatlarına təsir edir. Qatı qələvi məhlulu dərinin zülalını parçalayır. Onların təsirindən yumşaq, yayılan, boş, ağımtıl, kəskin sərhədi seçilməyən qabıq əmələ gəlir.Qələvinin təsirindən yaranan ağrı daha şiddətli olur. Fosfor və bitumun təsirindən baş verən yanıqlar öz spesifikliyi ilə fərqlənir. Fosforun dəriyə düşməsi nəticəsində onun öz-özünə alışması baş verir ki, bu da termiki yanığa səbəb olur. Zədələnmiş hissədə dəri quru, tüstülənən, qaranlıqda işıqlanan qabıq verir; sonra toxumanın ölmüş hissəsində getdikcə qəhvəyi rəngə keçən sarımtıl zolaq əmələ gəlir. Yağda yaxşı həll olan fosfor dərinin dərin qatlarına nüfuz edərək ümumi zəhərlənməyə səbəb olur. Ərimiş bitum dəri səthinə möhkəm yapışır, onu qoparmaq çox çətindir. Bu halda kimyəvi yanıq termiki yanıqla da müşaiyət olunur. Termiki zədələnmələrə nisbətən kimyəvi yanıqlar zamanı müalicə daha uzun çəkir. Kimyəvi reaktivin təsirindən baş verən dərin nekroz zamanı 10-15 gündən sonra qabıq ayrılır, nəticədə zəif epitelizasiya qabiliyyətli yara əmələ gəlir. Qələvi və fosforun təsirindən əmələ gələn yaralar nisbətən gec sağalır; onlardan sonra dərin çapıqlar qalır. Turşunun təsirindən baş verən yanıqlardan sonra dərin çapıqların əmələ gəlməsi ilə müşaiyət olunan yaralar nisbətən tez sağalır. Dəri yanıqlarından başqa kimyəvi maddələrin daxilə qəbul olunması ağız, qida borusu, mədənin, hətta gözün belə yanmasına səbəb olur. Qida borusunun kimyəvi yanığı ağır forma kimi spesifik ağırlaşma ilə müşayiət olunur (qanaxma, ciyər-böyrək fəsadları və s.). Kimyəvi yanıqların profilaktikası zamanı əhali və işçilər arasında geniş sanitar- maarifləndirmə işinin aparılması çox vacibdir. Tərkibində turşu və qələvil olan sanitar-məişət vasitələrinin açıq, üzərində etiketi olmayan qablarda, qida məhsulları, içki və dərmanların yanında saxlanmasının nə dərəcədə təhlükəli olması barədə ailə üzvlərinə məlumat verilməlidir. Müəssisələrdə, kimya sənayesi laboratoriyalarında isə təhlükəsizlik texnikası qaydalarına riayət olunmalı, təhlükəli kimyəvi maddələr səliqəli saxlanılmalı, onların istifadəsinə ciddi nəzarət edilməlidir. İşçilərin zəhərli kimyəvi maddələrlə davranış qaydalarına yiyələnməsi, kimyəvi yanıqlar zamanı ilk tibbi yardımın düzgün göstərilməsi də çox əhəmiyyətlidir. RADİASİYA ZƏDƏLƏNMƏSİ RADİASİYA ZƏDƏLƏNMƏSİNƏ nüvə qurğularında texnoloji kommunikasiyaların tamlığının pozulması və bununla da qamma və beta radioaktiv maddələrinin maye, aerozol qaz halında ətrafa atılmasına səbəb olan qəzalar zamanı rast gəlinir. Konkret şəraitdən (qəzanın xarakteri, qurğunun növü, məsafənin həcmi) asılı olaraq, insan aşağıdakı təsirlərə məruz qala bilər: • radioaktiv təsirsiz qazlar; • ətraf mühitin radioaktiv çirklənməyə məruz qalmış obyektlərindən şüalanma; • radioaktiv maddələrin dəriyə, gözün selikli qişasına və tənəffüs yollarına düşməsi; • tənəffüs, kirli dəri qatlarının yığılması, yaxud da qida və ya su qəbulu zamanı nuklid daşıyıcısı olan radioaktiv maddələrin orqanizmə daxil olması; Müxtəlif komponentlərin birləşməsinin təsiri müxtəlif ola bilər. Hər bir halda radiasiya zədələnməsinin nəticələri böyük əhəmiyyətə malik olan yerli və ümumi şüalanmanın səviyyəsi və dərəcəsindən və dərinin “əlavə” şüalanmaya səbəb ola biləcək ölçüsündən asılıdır. ŞÜA YANIĞI ŞÜA YANIĞI ionlaşdırıcı şüalanmanın təsiri altında yaranır, özünəməxsus klinik xüsusiyyətlərə və xüsusi müalicə metodlarına malikdir. Şüalanma zamanı canlı toxumada hüceyrələrarası əlaqə pozulur və zəhərləyici maddələr yaranır ki, bu da bütün toxuma və hüceyrələrarası mübadilə proseslərinə təsir edən zəncirvari reaksiyanın başlanmasına səbəb olur. Mübadilə proseslərinin pozulması, zəhərləyici maddələrin və şüaların təsiri özünü ilk növbədə sinir sisteminə göstərir.ƏLAMƏTLƏRİ. Şüalanmadan sonrakı ilk dövrdə sinir hüceyrələrində güclü qıcıqlanma, oyanma baş verir. Bir neçə dəqiqə sonra şüalanmaya məruz qalmış toxumalarda kapillyarlar genişlənir, bir neçə saat sonra isə sinirlər ölür və məhv olur. KARBON MONOOKSIDLƏ (DƏM QAZI) - ILƏ ZƏHƏRLƏNMƏ Karbon monooksidlə (dəm qazı) - ilə zəhərlənmə tənəffüs vasitəsilə baş verir və kəskin zəhərlənmələrdən hesab olunur. Dəm qazı müxtəlif növlü üzvü yanacağın - neft məhsullarının, odunun, daş kömürün natamam yanması zamanı əmələ gəlir. Kimya sənayesində isə bu kimyəvi birləşmə aseton, fosgen, metil spirti, metan və s. sintezində  tətbiq olunur. Karbon monooksid güclü zəhərdir. O, qandakı hemoqlobinlə (qanın zülal və dəmirdən ibarət olan kimyəvi birləşməsi olub, toxumanın oksigen ilə təmin olunmasına xidmət edir), oksigenə nisbətən daha möhkəm birləşir, karbooksihemoqlobin yaradır və qan oksigeni orqanizmin toxumalarının  hüceyrələrinə daşıya bilmir, nəticədə başağrısı, huşun itməsi ilə müşayiət olunan “oksigen aclığı” yaranır. Mərkəzi sinir sistemində müşahidə olunan daha erkən və hiss olunan dəyişikliklər, xüsusilə oksigen çatışmazlığına qarşı hissiyyatlılıq da bununla izah olunur. Dəm qazı ilə zəhərlənmənin əlamətləri: baş ağrıları, baş gicəllənmələri, ürək bulanma, qusma, qulaq batması, qəfil əzələ boşalması, şüurun dumanlanması, huşun itirilməsi və s. Yüksək qatılıqlı dəm qazının təsiri  nəticəsində kəskin zəhərlənmələr müşahidə olunur ki, bunlar da huşun itirilməsi, xüsusi ağır şəraitdə ölümlə nəticələnən uzun müddətli koma vəziyyəti ilə xarakterizə olunur. Bu zaman göz bəbəklərinin genişlənməsi və işığa zəif reaksiya vermə, qıcolma, əzələlərin kəskin gərginliyi, tənəffüsün və ürək döyüntülərinin sürətlənməsi də müşahidə edilir. Tənəffüs və ürək fəaliyyətinin dayanması isə ölümlə nəticələnir.   ELEKTRİK ZƏDƏSİ ELEKTRİK ZƏDƏSİnin səbəbi insanın elektrik enerjisi mənbəyi ilə birbaşa, yaxud dolayısilə əlaqədə olmasıdır. Elektrik cərəyanın bədənin toxumaları boyunca yayılması nəticəsində əmələ gələn istiliyin təsirindən yanıqlar əmələ gəlir. Elektrik enerjisi adətən dərin yanıqlara səbəb olur. Elektrik zədəsinin səbəb olduğu bütün patoloji fəsadlar elektrik enerjisinin orqanizmin toxumalarından keçərək, birbaşa təsir etməsi ilə, orqanizmdən kənarda ətraf mühitdə olan cərəyanın əlavə təsiri ilə izah olunur. ƏLAMƏTLƏRİ: Cərəyanın orqanizmə birbaşa təsirindən ümumi fəsadlar törəyir (mərkəzi sinir sisteminin, ürək-damar, tənəffüs və s. sistemlərin fəaliyyətinin pozulması). Ətraf mühitdəki əlavə təsirlər (istilik, işıq, səs) orqanizmdə dəyişikliklərə səbəb ola bilər (kor olma, eşitmə orqanlarının zədələnməsi və s.). TERMİK YANIQ TERMİK YANIQ – orqanizmin toxumalarına yüksək temperaturun təsir göstərməsi ilə əmələ gələn zədələnmə növlərindən biridir. Vəziyyətdən asılı olaraq termik yanığa işıq şüalanması, alov, qaynar su, buxar, isti hava, elektrik enerjisi səbəb ola bilər. Yanıqlar bədənin ən müxtəlif nahiyələrində (üz, əl, bədən, ətraflar) ola bilər və müxtəlif ölçülü sahəni əhatə edə bilər. Dərinliyinə görə yanıqların 4 növü var: • I dərəcəli yanıqlar hiperemiya (damarların həddən artıq qanla dolması) və dərinin şişkinləşməsi ilə xarakterizə olunur və yanıq ağrıları ilə müşayiət edilir; • II dərəcəli yanıqlar zamanı işində sarımtıl rəngli şəffaf maye olan qabarcıqlar əmələ gəlir; • IIIa dərəcəli yanıqlarda epidermisdə nekroz əmələ gəlir; • IIIb dərəcəli yanıqlar zamanı isə nekroz dərinin bütün təbəqələrində əmələ gəlir; IV dərəcəli yanıqda nəinki dəri, eləcə də dərində olan toxumalar da məhv olur.