Münaqişə
Münaqişə – ayrı-ayrı şəxslərin və ya sosial qrupların müxtəlif və ya bir-birinə əks olan məqsədlərinin, maraqlarının və dünyagörüşlərinin toqquşmasıdır. Münaqişənin yaranması üçün zəmin – münaqişə vəziyyəti olmalıdır. Münaqişə vəziyyəti-ziddiyətli mövqelərin, tərəflər arasında hər-hansı səbəbə görə fikir ayrılığının mövcud olmasıdır. Bu müxtəlif məqsədlər, maraqlar və istəklər, və ya onlara nail olmaq üçün müxtəlif vasitələr ola bilər.
Münaqişənin fəal iştirakçısı olaraq, insan başa düşür ki, bundan, ümumiyyətlə xilas olmaq mümkün deyil. Lakin, münaqişələr çox zaman insanların həyatını zəhərləyir, özünüqiymətləndirmə stimulunu aşağı salırlar. Münaqişəli vəziyyətdə şəxsiyyətin müxtəlif davranış formaları: rəqabət, uzaqlaşma, uyğunlaşma, kompromis, əməkdaşlıq və s. mövcuddur.
Rəqabət – münaqişədə bir rəqibin digərini sıradan çıxarmasına gətirib çıxara bilər. Bu üslubu işlədən insan, son dərəcə fəaldır və münaqişənin həllinə öz yolu ilə getməyi üstün tütür. Başqa insanlarla əməkdaşlıq etməyə maraq göstərmir. Əgər sən qərarına və ya bu yanaşma ilə məsələnin düzgün həll olunmasına əminsənsə və sözünün üstündə durmaq imkanın varsa, onda bu üslub effektivdir. Bütövlükdə isə istənilməyən nəticə verə bilər, çünki heç bir münaqişə iştirakçısı başqasının fikir və mövqeyini nəzərə almır, yəni, “Mənim udmağım üçün sən uduzmalısan”.
Uzaqlaşma – münaqişəyə əhəmiyyət verməmək deməkdir. Bu üslub insan hüquqlarını müdafiə etmədikdə, problemin həlli yollarının axtarışında heç kəslə əməkdaşlıq etmək istəmədikdə və ya sadəcə problem həllindən qaçdıqda reallaşır. Qaldırılan məsələ sənin üçün əhəmiyyətli olmadıqda, gücünü bu məsələnin həllinə sərf etmək istəmədikdə və ya çarəsizlik vəziyyətində olduğun halda həmin üslubdan istifadə edə bilərsən. Bu üslub həm də o vəziyyətlərdə məsləhət görülür ki, özünü haqsız, başqasının isə haqlı olduğunu hiss edirsən və ya həmin insanla münasibətlərinin davam etdirilməsinə heç bir əsas görmürsən. Bəlkə sənə həmin anda sakitləşmək və ya fikirləşmək üçün bir qədər vaxt – möhlət tələb olunur. Münaqişədən uzaqlaşma onun təxirə salınması, başqa vaxta keçirilməsi deməkdir.
Uyğunlaşma – tərəflərdən birinin əks tərəfin maraqlarına güzəştə gedərək, təslim olması ilə həyata keçirilir. Bu üslubu işlədən insan maraqlarını qorumağa cəhd göstərmir, ünsiyyət qurduğu partnyoru ilə birgə hərəkət edir. Bu üslubdan nəticə başqası üçün çox vacib olduqda, sənin üçün isə bir o qədər də əhəmiyyətli olmadıqda istifadə edə bilərsən. Əgər kiminləsə xoş münasibətdə qalmaq maraqlarını qorumaqdan vacibdirsə, o zaman bu üslub olduqca faydalıdır.
Kompromis – tərəflərin müəyyən dərəcədə qarşırıqlı güzəştə getməsidir. Kompromis üslubu sənin və başqa insanın istəyi üst-üstə düşdükdə, lakin həmin istəklərin eyni bir vaxtda yerinə yetirilə bilmədiyini anladığınız halda ən təsirli ola bilər. Kompromis insanlar arasında xoş münasibətlərinin saxlanılmasına imkan verir. Bu nəticə altında hər iki tərəf üçün münasib və qəbul edilən məsələ həllinin axtarışına yönəlmiş fikir və mövqeyin açıq müzakirəsi başa düşülür. Kompromis variantında hər iki tərəf “orta məxrəcə” gəlir və ya onları qane edən “orta variantı” seçirlər.
Əməkdaşlıq – hər iki tərəfin maraqlarının təmin olunması məsələnin əsas həllindən vacib sayılır. Əməkdaşlıq üslubuna əməl etdikdə insan münaqişənin həllində fəal iştirak etməklə yanaşı həm başqa tərəfin mənafeini nəzərə almağa çalışır, həm də öz mövqeini qoruyur. Əgər hər iki tərəf üçün problemin həlli olduqca vacibdir və heç kəs onun həllindən kənarlaşmaq istəmir, əgər sizin uzunmüddətli və sıx əlaqəniz varsa, əgər hər biriniz başqasını dinləmək və öz mənafeinizin mahiyyətini söyləməyə qadirsizsə, o zaman əməkdaşlıq üslubunu işlətmək yaxşı olardı.
Həlli yollarından asılı olaraq münaqişə konstruktiv və ya destruktiv ola bilər.
Konstruktiv
1. Yumor
2. Güzəşt
3. Kompromis
4. Əməkdaşlıq
5. Tərəflərin mövqelərinin dərk edilməsi
Destruktiv
1. Hədə, zorakılıq
2. Kobudluq, təhqiretmə
3. Şəxsiyyətə keçmək
4. Problemin həllindən uzaqlaşmaq
5. Əlaqələrin kəsilməsi
Münaqişənin funksiyası pozitiv və neqativ ola bilər.
Pozitiv
- Bir-birini dərk etmə
- Şəxsiyyətin inkişafı
- Psixi gərginliyin zəifləməsi
- Nüfüzun,özünüqiymətləndirmənin yüksəlməsi Zorakılıq, təzyiq
Neqativ
- Sosial passivlik
- Fəaliyyətin keyfiyyətinin aşağı düşməsi
- Depressiya. Sağlamlıq üşün təhlükə
- Zorakılıq, təzyiq
Münaqişəsiz davranış qaydaları
1. Münaqişəli vəziyyətdə davranışını adekvat qiymətləndirməyə çalış.
2. Vəziyyətə başqasının gözü ilə baxmağa çalış.
3. Başqasının hərəkətlərinə və fikirlərinə dair hər hansı bir qənaətə gəlməkdən çəkin.
4. Emosiyalarına nəzarət et.
5. Təşəbbüs sənin əlində olsa belə, mübahisəli məsələlərin müzakirə prosesinə başqasını da cəlb et.
6. Məlumatın ötürülmə zamanı mənasının dəyişdirilməsinin mümkünlüyünü də nəzərə al.
Münaqişəni necə idarə etmək olar
Bunun üçün münaqişə zamanı əsas davranış qaydalarını bilmək vacibdir.
1-ci qayda: münaqişənin təşəbbüskarına qərəzsiz yanaş. Münaqişə zamanı davranışın birinci qaydası-münaqişənin təşəbbüskarına qarşı ədalətli, qərəzsiz münasibətdir. Onun nitqi tələblər, iddialar, inciliklərlə doludur və o, həmsöhbətinin ona qulaq asmasını və davranışını dəyişdirməsini gözləyir. Münaqişənin ilk addımdan daha da dərinləşməməsi üçün, toqquşmanın səbəbkarına qarşı ədalətli və ən əsası, səbirli olmaq lazımdır: onu dərhal qınamaq, rədd etmək, danlamaq yox, imkan daxilində maksimum xeyirxahlıqla və diqqətlə dinləmək lazımdır.
2-ci qayda: mübahisənin genişlənməsinə yol vermə. Münaqişədə ikinci davranış qaydası-mübahisənin səbəbini aydınlaşdırmaq və onu böyüməyə qoymamaq. Münaqişə dedikdə həmsöhbətin narazılığının səbəbi başa düşülür. Yəni konkret olaraq başqasının davranışında onu qane etməyən nədir?
3-cü qayda: münaqişənin pozitiv həllinə nail ol. Münaqişə zamanı davranışın üçüncü qaydası-gərgin vəziyyətin pozitiv həllinin formalaşdırılmasıdır. Bu, səbəbkarı ilk növbədə irəli sürülən ittihamlarda nəyin yaxşı, nəyin pis olduğunu fikrində götür-qoy etməyə məcbur edəcək. İkincisi, münaqişənin sonrakı qarşılıqlı əlaqələr üçün ehtimal olunan bütün nəticələrini nəzərə almaq, üçüncüsü, günahlandırdığınız insanın yerinə münaqişənin ən yaxşı sayılan nəticəsini fikirləşmək. Misal üçün: “Bu gün başım ağrıyır, mümkünsə bir az yavaş danış”. Səbəbkar kənar, əlaqəsi olmayan səbəblər göstərərək, gərginliyi azaldır.
4-cü qayda: hisslərini cilovla. Mübahisənin, toqquşmanın əsas şərti düşüncələrin maksimum sakit və yavaş, sözlərin dəqiq və düşünülmüş söylənilməsidir.Danışarkən çalışmaq lazımdır ki, səsin tonunda, sözlərdə hirs, qəzəb, məzəmmət, həmsöhbətin ünvanına təhqir olmasın.
5-ci qayda: mübahisədə nəzakətə riayət et. Şəxsiyyətin ləyaqət hissinə toxunan münaqişələrdən uzaq ol. Məktəbdə və evdə ehtiyatsız söz, nəqliyyatda yüngül itələmə kifayətdir ki, kiminsə mənliyinə toxunasan. Və bu zaman “təhqir olunmuş” mənlik tam müqavimət göstərməyə hazır olur.
Sonda bir hekayə oxumağın məsləhətdir. O, “Mismarlar” adlanır.
Biri var idi, biri yox idi bir coşqun oğlan var idi. Günlərin bir günündə ata oğluna bir kisəcik mismar verir və tapşırır ki, öz qəzəbini, hirsini saxlaya bilmədiyi anda hasarın dirəyinə bir mismar çalsın.
Birinci gün hasara 37 mismar çalındı. İkini həftədə oğlan bir qədər öz qəzəbini saxlamağa öyrəndi və günü-gündən dirəyə çalınan mismarların sayı azalmağa başladı. Oğlan başa düşdü ki, öz qəzəbini cilovlamaq daha asandır, nəyin ki hasara mismar çalmaq.
Nəhayət vaxt gəldi ki, oğlan gün ərzində bir dəfə də olsun səbrini itirmədi. Bunu atasına söylədi. Atası dedi: “İndi sən hər səbirli olduğu gün əvəzində hasardan bir mismar çıxarda bilərsən”.
Vaxt ötüb gedirdi və günlərin bir günündə oğul hasarın dirəyində bir dənə də olsun mismarın qalmadığını ataya xəbər verdi. Onda ata onun əlindən tutub hasara doğru getdi və dedi: “Bu işin öhdəsindən gəldin, lakin hasarda nə qədər çox deşiklərin olduğunu görürsən mi? O heç vaxt əvvəlki vəziyyətini ala bilməyəcək. İnsana isə pis söz dedikdə onun da qəlbində bu deşiklərə bənzər çapıqlar əmələ gəlir. Və bu sözlərdən sonra dəfələrlə üzr istəməyinin əhəmiyyəti yoxdur – çapıqlar onsuzda qalır”.
Bu ibrətli hekayədən nəticə çıxarmaq bir o qədər də çətin deyil.
-
18 October, 2011
“Azərbaycan 20 il” adlı veb konfrans. -
11 March, 2011
STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER -
11 March, 2011
Modern.az::: "NUR” Uşaq və Gənclər İctimai Birliyi etiraz bəyanatı yayıb -
11 March, 2011
Milli.Az::: "9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi dünya üçün bir çağırışdır" -
11 March, 2011
QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır -
11 March, 2011
Qafqazinfo.az::: “Nur” bəyanat yaydı -
09 March, 2011
“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi -
03 December, 2010
Ağayev Mirməhəmməd -
20 November, 2010
Fidan Məmmədova -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var"







