"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Vərəm yoluxucu xəstəlikdir Vərəm yoluxucu xəstəlikdir ================================================================================ admin on 22 November, 2009 Vərəm yoluxucu xəstəlikdir. KİMLƏR BU XƏSTƏLİYƏ DAHA TEZ TUTULURLAR? *Spirtli içkiləri, siqaret, və narkotiklərdən istifadə edən şəxslər *Ağ ciyərinin xroniki xəstəliyi olan və müalicəni almayan şəxslər *Vaxtında və yaxşı qidalanmayan şəxslər *Vərəmli xəstə ilə daimi təmasda olanlar, xüsusilə uşaqlar *AİDS-lə yoluxmuş şəxslər Vərəmin simptomları: *Uzun müddətli öskürək *Döş qəfəsində ağrı *Qan hayxırma *Qızdırma və titrətmə *Gecələr tərləmə *Arıqlama *Ümumi halsızlıq və ya tez yorulma hissi Vərəmin müayinəsi * Dəri testi (Mantu sınağı) *Bəlğəmin yoxlanılması *Ağ ciyərin rentgen müayinəsi Vərəmin müalicəsi varmı? - Vardır! Vərəm müalicə olunur. Vərəmin müalicəsi: *Müalicə ancaq həkim-ftiziatırın nəzarəti altında olmalıdır *Müalicə erkən başlanmalıdır. *Müalicə tam sağalana qədər davam etdirilməlidir. Önləmə/Profilaktika *BSG peyvəndini uşaq doğulandan 4-7 gün ərzində Doğum evində və ya Uşaq Poliknikasında və ya digər yerli tibb müəssisəsində vurmaq. *Şəxsi gigiyenaya əməl etmək *Otağın havasını təmiz saxlamaq *Yaxşı və vaxtında qidalanmaq Yadda saxlayın: *Vərəm müalicə olunmasa, və yaxud qeyri-müntəzəm müalicə olunarsa, ağır nəticələr verə bilər. * Vərəmin müalicəsi nə qədər erkən başlansa bir o qədər etkin olar. İLK NÖVBƏDƏ XƏSTƏLİYƏ AMAN VERMƏYİN! Əgər sizdə adı çəkilən simptomlardan bir neçəsi müşahidə olunarsa, dərhal həkim – ftiziatra müraciət edin.