Qızlar, sizlərə - REPRODUKTIV ANATOMIYA VƏ FİZİOLOGİYA

Şrift ölçüsü: Decrease font Enlarge font
image

Qızlar, sizlərə - REPRODUKTIV ANATOMIYA VƏ FİZİOLOGİYA

Qızların və qadınların reproduktiv sistemi - mürəkkəb "mexanizmdir", təbiət onu elə qüsursuz quraşdırıb ki, dünyaya İnsan gətirsin. Sizin bədəniniz özünüzə yaxşı tanışdır. Gəlin görək, hansı orqanlar reproduktiv funksiyanı yerinə yetirirlər? 

Uşaqlıq yolundan başlayaq - bu əzələ boşluğudur, "ikili" rol oynayır: (1)1 cinsi əlaqə zamanı kişi cinsi üzvünü qəbul edir. (2) doğuş zamanı uşağın çıxması üçün bir kanaldır. Bəs içəridə nə var? 

Uşaqlıq yolunun başlangıcını "qızlıq pərdəsi" deyilən membran əhatə edir, orada delik var, aybaşı zamanı qan xaric olunur. Bu haqda sonra. Qızlıq pərdəsinin psixoloji əhəmiyyəti var. Qızlıq pərdəsi deşiləcək divar deyil, ilk cinsi əlaqədə qanın olmaması qızlığın itirilməsinə sübut deyil. İdman məşqləri zamanı zədələnə bilər, bəzi qızlar pərdəsiz doğulur və ya genişlənmiş şəkildə olur. 

Uşaqlıq yolunun yuxarı hissəsində uşaqlıq boynu yerləşir, doğuş zamanı uşağın keçməsi üçün 10 sm diametrə qədər genişlənə bilər. 

Yuxarıda əsas reproduktiv, uşaq inkişaf edən uşaqlıqdır. Uşaqlıqda uşaqlıq boruları olur, ucları yumurtalığa çatır. Yumurtalıqlar qarnın aşağı hissəsində yerləşir, badam boyda cüt orqandır. Yumurtalıqlarda qabarcıq şəkilli törəmələr olur. Bunlara follikullar deyilir, orada yetişməmiş yumurta hüceyrələri yerləşir. Yumurta hüceyrələrindən insan əmələ gəlir, yəni həyat başlanır. 

İnsan necə əmələ gəlir? Necə olur ki, yumurta hüceyrəsi insan embrionuna çevrilir? Bu belə baş verir. 

Cinsi yetkinliyə qədər yumurta hüceyrələri öz "evciklərində" yumurtalıqda sakit vəziyyətdə olurlar. Beynin yumurtalıqlara göndərdiyi xəbərlə follikullardan biri yetişməyə başlayır, proses 14 gün davam edir. Sonra yumurta hüceyrəsi oradan çıxır, proses -ovulyasiya   adlanır. Hər  bir yumurtalıq uşaqlıq borusunun yanında yerləşir. Uşaqlıq boruları, onlara fallop boruları da deyilir, yumurtalıqlarla bağlı deyillər. Amma ovulyasiya vaxtı  bir-birlərinə yaxınlaşırlar. Borular fəallıqla yumurta hüceyrələrini zəbt edib, fibrin deyilən narın tüklər əzələlərin sıxılması ilə onu uşaqlığa keçirir. 

Ovulyasiya zamanı partlamış follikul maye ifraz edir, kiçik gölməçə əmələ gəlir -"məhəbbət gölü" uşaqlığın arxasında yerləşir. Spermatozoidlər (yumurta hüceyrəsinin kişi analoqu, bu haqda sonralar danışacağıq) öz yumurta hüceyrəsini tapır yalnız onlardan biri pərdədən keçə bilir. Əgər görüş baş tutsa "mayalanma başlanır" deyirlər. Mayalanmış yumurta hüceyrəsi budur, "başlangıcın başlanması" embrion inkişaf edib, uşaqlığın divarına yapışır. 

Mayalanma baş verməsə yumurta hüceyrəsi çox tez məhv olur (yaşama müddə 12-24 saatdır). Məhv olmuş yumurta hüceyrəsi uşaqlıq yolundan qanla birlikdə xaric olunur. Uşaqlığın daxili təbəqəsi (endometriya) qopur və bu aybaşı adlanır və 3-7 gün davam edir. 

Artıq biz qadın qızların orqanizmində gedən reproduktiv prosesi öyrəndik. Aybaşı qızlarda 12-14 yaşda başlayır, lakin gec və ya tez də ola bilər, aybaşı financə adlanır. Aybaşı dövrü  aybaşının  ilk gününda sonra gələn aybaşının olacağınına gədər hesab olunur. Dövr mücdəti müxtəlifdir: qısa (21 gün) ya uzun (32 günə qədər) ola bilsin ki yarım ildə,  bir ildə aybaşı müntəzəm olmaya bilər. 

Aybaşı funksiyası qızın sağlamlığından asılıdır. Bir qayda olaraq, sağlam, bərkimiş, fiziki məşqlə məşgul olan, normal qidalanan qızlar aybaşını yaxşı keçirirlər. Zəifləmiş, tez-tez xəstələnən, yorulmuş, tosqunlaşmış qızlarda aybaşı vaxı ümumi halsızlıq, başağrısı, qarnın aşağı hissəsində, beldə ağrılarla keçir. Yüngül nasazlıq və zəiflik sağlam qizda da ola bilər. Bilmək lazımdır ki, bu xəstəlik deyil, həyat tərzidir. Həm əqli, həm fiziki məşğulluq davam etməlidir. İdmanla, rəqslə məşgul ola bilərsiniz, amma artıq fiziki ağırlıq olmamalıdır. 

Qadın reproduktiv orqanına süd vəziləri də daxildir ki, onlar körpəni əmizdirmək üçün süd hasil edir.

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az