Sorğu: Uşaq əməyinin istismarına dair
1. Ev əməyinin istismarına cəlb olunan uşaqların neçə faizinı qızlar təşkil edir?
Mən kiməm?
• Qızlarda və oğlanlarda ümumi dəyişikliklər:
• Yalnız qızlarda olan dəyişikliklər:
• Yalnız oğlanlarda olan dəyişikliklər:
• Davranış tərzi
Gənclik - ömrün ən gözəl çağıdır. Dəyişiklik və ali məqsədlərin həyəcan dövrü hərədə bir cür gəlib keçir. Qızlar, oğlanlar yetişmiş qızlara və gənclərə çevrilirlər, kimisi tez, kimisi gec. Nə qədər problem, yenilik, tanış olmayan, başa düşülməyən şeylər var! Bu yeni şəraitə necə uyğunlaşmalı, necə etmək lazımdır ki, bu dövr sizin üçün çiçəklənmə və fərəh dövrü olsun, irili - xırdalı pisliklərlə ovqat pozulmasın?
Siz bilirsiniz ki, insan orqanizmində əmələ gələn bütün fızioloji prosesin mərkəzi baş beyindir. O kimyəvi daşıyıcılar vasitəsiylə orqanizmə hormonlar adlanan siqnallar (xəbərdarlıq) göndərir (kişidə - androsteron, testesteron, qadında - estrogen və progesteron). Bunlar da orqanizmə xüsusi dəyişiklik gətirir. Cinsi hormonlar bioloji aktiv maddələrdir, orqanizmdə xüsusi hüceyrələr və orqanlar vasitəsilə əmələ gəlir, toxumaların və orqanların fəaliyyətinə məqsədyönlü təsir göstərir. İnsanlarda hormon hasil edən daxili sekresiya vəziləri var (hipofiz və b.). Elə daxili sekresiya vəziləri var ki, onların vasitəsilə hormonlar qana keçir, həyat üçün vacib olan proseslərin tənzimlənməsində iştirak edir - böyümə, inkişaf, maddələr mübadiləsi, reproduksiya. Həyatın 9-16 yaş dövründə beyin, orqanizmi cinsi yetkinliyə gətirib çıxaran çoxlu dəyişmələri idarə edir. Ona görə də bu dövr, keçid yaş həddi və ya pubertat dövrü adlanır. Hər adamın özünəməxsus cinsi yetkinləşmə vaxtı var, amma bu dövrdə gedən proseslər hamı üçün eynidir.
Pubertat dövründə yeniyetmə orqanizmində əmələ gələn dəyişmələrdən söhbət açacayıq.
Kəskin böyüməyə 12-13 yaşlarda başlayırsınız, paltar və ayaqqabınızın ölçüsü böyüyür. Boydan başqa özünüzdə və dostlarınızda digər dəyişmələr görürsünüz: kimsə başla danışmağa başlayır, oğlanların bığ yerində zərif tüklər əmələ gəlir. Qızlar döş vəzilərinin gözlənilmədən böyüməsinə diqqət verirlər. Qasıqda və qoltuqaltında, oğlanların üzündə tüklər əmələ gəlir. Bədən quruluşunuz da inkişaf edir, oğlanlarda kişilərdə olduğu kimi - enli çiyin, qızlarda qadınlarda olduğu kimi - enli budlar.
Elə yeniyetmə olmaz ki, dəyişiklikləri hiss edib maraqlanmasın. Psixika və emosiyalar da bunlara məruz qalır: gücün, enerjinin artması, əks cinsə maraq, bir qayda olaraq zahiri görkəmlərindən narazılıq, diqqətin artması.
15-16 yaşdab yeniyetmələrin əksəriyyəti cinsi yetkinlik həddinə çatır, yeni orqanizm təkrar hasilə qabil olur. Orqanizmin inkişafı bununla bitmir! Orqanizmin bioloji yetkinlik dövrü 18-19 yaşda başlanır. Bir qayda olaraq qızlar oğlanlardan daha tez yetkinləşirlər, amma cinsi yetişmənin sonuna yaxın fərq aradan qalxır. Pubertat dövründə hissləri idarə etməyi öyrənmək, özünütəsdiq xüsusiyyətini hasil etmək vacibdir. Gənclik uşaqlıqdan yeniyətməliyə keçid mərhələsidir. Bu dövrdə yeniyətmənin həyatında kimi qaynayır, emosiya və tam çevriliş baş verir, şəxsiyyətin məzmunu, gələcək xasiyyəti formalaşır, hissiyyat gücü çox olur, enerji bulaq qasırğaları üstün gəlir, amma saxlayıcı tormozlar hələ zəif olur. Bu gün onlar xoşbəxt - sabah bədbəxtdirlər. Yeniyetmələr tez əsəbləşir, tez qərar qəbul edib o saat da icra edirlər. Bu dövrün əsas anları kəskin cinsi inkişafdır. Məftunluğa tələbat artır, təsadüfi tanışlardan qəhrəmanlar yaratmaq, öz gücünü göstərmək istəyi ilə bərabər valideynlərə qarşı etiraz və ziddiyyət notları səslənir. Sərbəstliyə cəhd hissi oyanır, emosional qüvvələr axını yeniyetmələri nüfuzları inkar etməyə, böyüklərə tənqidi yanaşmağa təhrik edir. Yeniyetmə daha uşaq deyil, amma hələ böyük adam da deyil. Maraqları, dəyərləri hələ formalaşmayıb və asanlıqla təsir altına düşürlər. Yetkinləşmə zamanı yeniyetmələrdə əmələ gələn dəyişiklik onlarda müxtəlif hisslər oyada bilər. "Keçid dövrü" birtərəfdən özünə arxayınçılıq, digərtərəfdən inamsızlıq, özündən narazı dövrdür. Bəzən onlara elə gəlir ki, kifayət qədər cəlbedici deyillər, özlərini TV-də və jurnallardakı fotomodellə müqayisə edirlər, görkəmləri sarsıdıcı olmadığı üçün əzab çəkirlər. Onlara elə gəlir ki, çox və ya yavaş boy atırlar, xüsusilə kiminləsə müqayisədə. Çox vaxt xarici görkəmlərindən narazı olub, məntiqi yanaşmırlar və müsbət cəhətlərini görmürlər.
Zahiri görünüş çox vaxt valideynlərdən asılıdır - buna genetika deyilir. Genetika – irsiyyət, orqanizmin dəyişməsi və idarə olunma qanunları haqqında elmdir. Lakin adamlar yalnız irsi əlamətlərinə görə seçilmirlər. Həyat tərzi də az əhəmiyyətli deyil. Məsələn, bəzilerinin köklüyü çox yeməkdəndir və ya az hərəkətdən. Düzgün qidalanma, fiziki treninq - sağlamlığın və ideal çəkinin rəhnidir. İnsan özünə hörmətlə yanaşmalı, özu ilə olduğu kimi fərəhlənməlidir. İnsan özünü sevib hörmət etməsə, başqalarına onu pozitiv tərəfdən qəbul etmək çətin olacaq. Özünə istək - çox problemin həllində başlanğıcdır.
Keçid dövrünün necə keçməsi yeniyetmənin yeniliklərə hazırlığından asılıdır. İnkişafın başlanğıcında yeniyətmə üçün əsas valideyn və müəllimdir. Zaman keçdikcə onlara dostlar, televiziya, kütləvi informasiya vasitələri təsir edir. Valideynləri və yaşıdları ilə özlərini müxtəlif cür aparırlar. Böyüklərlə təkbətək görüşdə, böyüklərə bərabərlik münasibəti göstərib anladıqda, özlərini daha təmkinli aparıb, əməkdaşlığa hazır olurlar. Amma yaşıdlarının dəstəsində olanda, böyüklərdən asılı olmadıqlarını dostlarına çatdırmaq istəyirlər, bu da təcavüzkar davranışa səbəb olur.
Yeniyetmə özünün "mən"ini, mühitini axtarır, çox adamların zahiri keyfiyyətlərinə, deməli özününkünə də fikir verir. Nəyə görə zahiri görünüş, populyarlıq, rifah ilk növbədə maraq doğurur? Her yeniyetmə məşhur adamlara oxşamaq, onlar kimi geyinmək istəyirlər, guya bu yolla onların şöhrətinin, nailiyyətlərinin bir damlası da onlara düşəcək. Kütləvi informasiya vasitələri, ortabab insana müvafiq olmayan bədən quruluşu, zahiri görkəm idealini fədakarlıqla yayır.
Çox cavanlar dəbdə olan ayaqqabı ala bilmədikdə, üzlərinin "lazımı" rəngdə olmasına nail olmadıqda ümidsizliyə qapılırlar, moda dalınca çata bilmədikdə özlərinə nifrət edirlər. Təəssüf ki, onlar inanmırlar ki, bədənləri mükəmməldir, olduğu kimi var. Öz həqiqi "mən"ini başa düşməyənlər çox vaxt özlərini məhv edirlər.
Dəb, gözəllik – hamısı keçib gedəndir: ən gözəl adam qocalır, şöhrət keçir, şeylər dağılır. Əsl paradoks ondadır ki, başqaları bizə inanmazdan əvvəl özümüz özümüzə inanmalıyıq. Her şeyə nail olan və populyar adamlar ləyaqətlərinə güvənirlər, bununla da başqalarını cəlb edirlər.
Özünə qiymət - məhəbbət formasıdır, qarşılıqlı olması vacibdir. Əgər vaxtaşırı daxili dialoqumuzu və hərəkətləri¬mizi təhlil etsək müdriklik olardı və müəyyən olunardı ki, bu özünə hörmətin və ləyaqətin möhkəmlənməsinə kömək edir, yoxsa özümüzə neqativ münasibət bəsləməyə məcbur edir. Bu özünə dost olmağın vasitələrindən biridir.
Ətrafınıza baxın və dəyin: özünü kompaniyanın "canı" sayan, hamıya maraqlı olub özünə cəlb ədən tanışlar o qədər gözəldirlər ki, bununla başqalarını cəlb edirlər.
Belkə onlarda, nəzərə çarpmayan keyfıyyətlər var, özünüzə sual verin – mən niyə bele deyiləm? Səbəb bəlkə özünüzdə, inamsızlıqda və özünüzdən narazı olmaqdadır? Sizcə Puşkini niyə sevirdilər, o ki, gözəl deyildi - alçaqboy, neqroid tipli, amma iri hərflə yazılan insandır. Bəs topal şair Bayron? Bəs Napoleon? Nəyə görə hamı onları sevir, onlara meyl edirlər? I Pyotr gözəl və mərd idi, məgər bununla yadda qalıb? Yadınıza elə bir şəxsi salın ki, tarixdə və insan yaddaşında yalnız zahiri görkəminə görə yad olunsun. Əhatənizdə də yəqin elələri var ki, mahiyyətcə "liderdirlər" və hörmət sahibidirlər. Necə bilirsiniz, niyə? Bəs sevgi necə?
Yeniyetmələri bir sual ən çox narahat edir: "həqiqi məhəbbəti müvəqqəti həvəsdən necə ayırmaq olar?". Bu sualin birmənalı cavabı oğlana, yaxud qıza xoş gəlmək üçün özünü necə aparmaq barədə resepti yoxdur.
Sevgi müxtəlif olur, bu hissdə bir-birinə qayğı, qarşılıqlı asılılıq və hörmət var, bərabərlik və münasibətlərində məsuliyyət hissi var. Əks cinsə qarşılıqlı münasibətin yaradılması istiqamətində bir neçə şərti tövsiyyələr verə bilərik.
Beləliklə, məhəbbətin hissiyyat, yetkin olmayan qərar olduğunu desək haqlı olarıq. Yetkin məhəbbətdə, gəncdən istənilən şəkildə (qız, oğlan) ehtiyyatlılıq tələb olunur. Sevgililərin inamında ən böyük təhlükə odur ki, onlardan biri esl sevgi hissini duyur və bunu seksuallıqla göstərmək istəyir. Belə olduqda cinsi münasibətlər bu sözlərlə başlanır "mən istəyirəm, özünü bütövlüklə mənə verəsən. Bununla biz bir – birimizə olan məhəbbəti sübut edərik". Həyat göstərir ki, cinsi əlaqəyə girən yeniyetmələr seksual münasibətləri şişirdirlər, özlərinə hörməti itirirlər, bu onları əhatə edənlərin hörmətinin itirilməsindən daha dəhşətlidir.
Seksual aldanmaya uyan adam 2 səhv edir: bütövlüyünü pozmağa partnyora imkan verir, öz üzərinə zorakılıq edir. Seksual həvəs hormonlarla gətirilir. Ona görə yeganə düzgün yol – idarə oluna bilməyən seksuallıq şəraitindən qaçmaq, özlərini və münasibətlərini qorumaq üçün hər ikisi, lap əvvəldən, fiziki yaxınlığa başlamamaq və ya ona məhdudiyyət qoymaq barədə qərarlaşırlar ki, seksual oyanmanın təsiri altına düşə biləcək situasiyaların qarşısı alınsın. Bu məsuliyyət həm qızın, həm də oğlanın üzərinə düşür. Lap əvvəldən hüdudlar məlum olsa sevgililər özlərini daha sərbəst hiss edirlər, ikimənalı situasiyalardan qorxmazlar, birinin digərini və ya özünü saxlamaq lazım gəlməz.
Sevgi – ər-arvadın ilk nigah gecəsinə bəxş edəcəkləri ən qiymətli hədiyyədir. Əgər bu xəzinə əvvəlcədən bağışlanıbsa, özü də bir neçə dəfə, bağışlamağa nə qalır?
Qızlarda və oğlanlarda ümumi dəyişikliklər:
• Boyda və çəkidə artım, əzələ sistemində inkişaf əmələ gəlir.
• Tənasül üzvlərinin böyüməsi və inkişafı (amma cinsi yaxınlığa qabiliyyət bir qədər gecikir və cinsi yetkinlik fazası ilə həmişə üst - üstə düşmür).
• Səs dəyişir (qızlarda nisbətən az)
• Dərinin piy vəziləri daha aktiv olur, bəzən sızaqlar əmələ gəlir.
• Qoltuqaltı tər vəziləri inkişaf edir.
• Qoltuqaltda, qasıqda tüklər əmələ gəlir, əldə, ayaqda da ola bilər.
Yalnız qızlarda olan dəyişikliklər:
• Orqanizmin ümumi böyüməsi ilə dəri altı piy təbəqəsi də inkşaf edir, xüsusən bud və çiyin nahiyyəsində, çanaq sümüyü genişlənir, bunlar sonradan tipik qadın bədən quruluşuna çevrilir.
• Süd vəziləri inkişaf -edir, döş giləsi böyüyür (bəzən döşdə gərginlik və ağrı hiss olunur).
• Cinsi üzvlər hamiləliyə qadir olur.
• Aybaşı başlanır.
Yalnız oğlanda olan dəyişikliklər:
• Döş qəfəsi, çiyin qurşağı, əzələlər, skelet inkişaf edir.
• Cinsi yetkinliyin inkişafı ilə üzdə, bəzən sinədə tüklər əmələ gəlir.
• Cinsi orqanlar böyüyür, sperma ifraz olunmağa başlayır.
• Gecə pollyusiyaları başlanır.
Davranış tərzi
• Oğlanlar və qızlar tam dəyərli olmadıqlarını hiss etdikdə onu özünə-inamla pərdələyirlər.
• Qızlar üzdəki sızaqlardan, döşün öl¬çüsündən, ümumi görkəmlərindən narahatdırlar.
• Oğlanlar boylarından, üzdəki tük və sızaqlardan, səsin deyişməsindən narahatdırlar.
• Oğlan və qızlar çox vaxtlarını güzgü qabağında keçirirlər, əks cinsə cazibədar görünmək istəyirlər.
• Qızlar oğlanlara nisbətən daha çox inkişaf etdiklərindən, yaşıdlarından çox, yaşca böyük, sosial vəziyyəti daha yüksək olan oğlanların diqqətini cəlb etməyə çalışırlar.
• Qızların, oğlanların problemlərinin əhatə dairələri xeyli sərbəstləşsə də hələ də böyüklərdən asılı olaraq qalırlar.
• Yeniyetmələr, bilərəkdən böyüklərin acığına hərəkətlər edə bilərlər (otaqda nizamsızlıq, kobudluq, musiqiyə bərkdən qulaq asmaq, telefonla çox danışmaq, ev işlərindən qaçmaq).
Həqiqi yetkin məhəbbət | Yetkinləşməmiş (vurğunluq) məhəbbət |
· Şəxsiyyətə və daxili aləmə diqqət. · İnam. · Partnyorun rifahını nəzərə alıram. · Deyir "biz", "bizə", "bizim". · Aylar, illər ərzində yavaş - yavaş artım · Zaman keçdikcə ayrılıq zamanı daha da güclənir. · Münaqişələr yoluna qoyulur. | · Əsas diqqət zahiri xüsusiyyətdir: üz, bədən, dövlət, cəmiyyətdə yeri. · Qısqanclıq. · Deyir"mən", "mənə", "mənim", "o", "onun". · Bir neçə gündə və saatda yaranır. · Zaman keçdikcə və ayrılıq zamanı zəifləyir. · Tez-tez münaqişələr olur və zəifləyir. |
BÜTÜN XƏBƏRLƏR
-
18 October, 2011
“Azərbaycan 20 il” adlı veb konfrans. -
11 March, 2011
STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER -
11 March, 2011
Modern.az::: "NUR” Uşaq və Gənclər İctimai Birliyi etiraz bəyanatı yayıb -
11 March, 2011
Milli.Az::: "9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi dünya üçün bir çağırışdır" -
11 March, 2011
QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır -
11 March, 2011
Qafqazinfo.az::: “Nur” bəyanat yaydı -
09 March, 2011
“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi -
03 December, 2010
Ağayev Mirməhəmməd -
20 November, 2010
Fidan Məmmədova -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var"
1
xəbər sayı
1 - 15
və
641







