"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Təcili yardım Təcili yardım ================================================================================ admin on 20 November, 2009 SıyrıntıƏzilmə YanıqlarDişləmə və sancmalar. Haşaratlar ƏqrəblərBurundan qanaxmaYaralanmaXarici qanaxmaSınıqlarDartılmalar və qırılmalarÇıxıqİsti və soyuğun təsiriİsti vurmaElektro travmaVəhşi və ev heyvanlarının dişləməsiDəm qazından zəhərlənmə Qida zəhərlənməsiSuda boğulmaYaranın mikroblarla çirklənməsi və qarşısının alınmasıÜrəkgetmə TERMİNAL VƏZİYYƏT HAQQINDA ÜMUMİ MƏLUMAT SıyrıntıDəri örtüyünün sıyrıntısı, cızılması, az dərəcədə kəsiyi kimi zədələnmələr çox vaxt həkim yardımı tələb etmir. Sıyrıntını və onun ətrafını yumaq lazımdır. Həmin yerə hidrogen-peroksid məhlulu tökmək olar, bu ağrılı olmur. Dezinfeksiya məqsədi ilə göy daş məhlulu (bu da ağrılı olmur), yaxud yod sürtmək olar (bu bir az ağrılı olur). Bundan sonra həmin yeri təmiz bintlə sarımaq lazımdır. Bir vacib məsələni heç vaxt yaddan çıxarmaq olmaz. Əgər sıyrıntı və ya, yara yerinə torpaq düşmüşsə, mütləq həkimə müraciət etməli. Çünki torpaqda tetanus çöpləri olur, və zədələnən şəxs tetanusa yoluxa bilər. Ona görə də tetanus əleyhinə zərdab vurulmalıdır. ƏzilməYumşaq toxumaların əzilməsi küt alətlə zərbə və yıxılma nəticəsində əmələ gəlir. Bu zaman dərinin tamlığı pozulmur. Yumşaq toxumaların əzilməsində ağrı, qansızma, şişkinlik əmələ gəlir və əzilmiş nahiyənin funksiyası pozulur, Yardım: əzilmədən dərhal sonra ağrının azalması və toxumalara qansızmanın azalması üçün tədbirlər görülür. Bunun üçün zərərçəkənə sakitlik verilir, ağrı olan yerə sıxıcı sarğı qoyulur, əzilmiş nahiyə bədənə nisbətən yuxarıda saxlanılır (məsələn, ayaq əzilmişsə, ayağı balışın üstünə qoyun), həmin nahiyəyə soyuq su ilə dolu polietilen paket, dəsmala bükülmüş buz parçası və s. qoyulur. Əzilmədən sonra ikinci və üçüncü gün həmin nahiyəyə isti qoyulur ki, qansızma tez sorulsun, şişkinlik azalsın. Tədricən əzilmiş üzvün funksiyaları da bərpa olunur. YanıqlarTermiki yanıqlar. Termiki yanıqlar qaynar su, ütü, alov, buxar və s. yüksək temperaturun təsirindən baş verir. Yangın zamanı isə yuxarı tənəffüs yollarının yanığı və qırtlağın şişməsi mümkündür. Yanıq sahəsi nə qədər böyük olarsa və yanıq nə qədər dərin olarsa, xəstənin vəziyyəti о qədər ağır olar.1. Alovla yanıq. Hər şeydən qabaq alovu söndürmək, bunun üçünalovun üzərinə örtük atmaq lazımdır. Yanğın evdə baş vermişsə,zərərçəkəni təmiz havaya çıxarmaq lazımdır. Diqqət! Əgər yanmış paltar qalıqları dəriyə yapışmışsa, onu qopartmaq olmaz.2. Qaynar su ilə yanıq. Yaş paltarı tezliklə, ancaq ehtiyatlaçıxartmaq lazımdır. Yanıq nahiyəsinə soyuq qoymaq lazımdır. Evapteçkasından zərərçəkənə ağrıkəsici həblərdən analgin ya baralgin,korvalol damcıları vermək olar. Dərin yanıqlar şoka səbəb ola bilər, onagörə də yanıqlar zamanı həmişə təcili yardım çağırmaq lazımdır. Dişləmə və sancmalar. Həşaratlar Həşarat sancan zamanı ilk yardım göstərmək üçün iynənin sancılan yerdə olub-olmadığını yoxlamaq lazımdır. Əgər iynə varsa, zəhərlənmənin inkişafının qarşısını almaq üçün iynəni dırnaqla dəridən çıxarmaq lazımdır. Çox zaman zəhər kisəciyi iynəyə birləşmiş olur. Ona görə də iynəni sıxmaqla çıxartmaq olmaz. Çünki, zəhər kisəciyinin yırtılması zəhərlənmənin sürətli inkişafına səbəb olur. Sonra zədələnən yeri sabunla yuyub təmiz qalması üçün sarınır. Ağrı və şişməni azaltmaq üçün soyuq kompres qoyulur. Periodik olaraq allergik reaksiyaların olub-olmaması yoxlanılır. ƏqrəblərƏqrəblər, iqlimi quru olan ərazilərdə geniş yayılmışdır. Onlar sərin və nəm olan yerlərdə məskunlaşır (məsələn, daşların altı, zibillik, ağac qabığı və s). Onlar ən çox axşam tərəfi və gecə daha fəal olur. Əqrəb sancması zamanı aşağıdakı əlamətlər özünü büruzə verir:* Sancma nahiyəsində iz;* Ağrı;* Sancılmış yerin suluqlaması, şişməsi;* Ürəkbulanma və qusma;* Çətin nəfəsalma və ya udqunma;* Çox tərləmə və ağızdan selik axma;* Əzələ qıcolması və ya qarında ağrı.Əqrəb sancması baş vermişsə, dərhal həkim çağırmaq lazımdır. Həkim gələnə qədər yaranı yuyub, üzərinə soyuq kompres qoyulmalıdır. Burundan qanaxmaKüt əşya ilə zərbə aldıqda, burun zədələnməsi zamanı burun qanaxması baş verir. Yüksək qan təzyiqi də burun qanaxmasına səbəb ola bilər. Yardım:1) zərərçəkəni rahat oturdub, başını azacıq qabağa əymək lazımdır;2) barmaqla burunu yanlardan tutub sıxmaq lazımdır;3) burun üzərinə və ənsə nahiyəsinə soyuq kompress qoyulur.Qanaxma dayandıqdan sonra bir müddət burunu silmək və ya qurdalamaqolmaz. Əgər qanaxma dayanmırsa, həkimə müraciət etmək lazımdır. YaralanmaAçıq zədələnmə, yaxud yara - bədən örtüklərinin (dəri və selikli qişanın) tamlığının pozulmasına deyilir. Əlamətləri: yara kənarlarının olması, ağrı, qanaxma. Təhlükəsi: qanitirmə, şok, infeksiya düşməsi. Növləri: toxumaların zədələnməsinin xarakterinə görə1) deşilmiş yaralar;2) kəsilmiş yaralar;3) çapılmış yaralar;4) əzilmiş yaralar;5) cırılmış yaralar;6) dişlənmiş yaralar;7) zəhərlənmiş yaralar.Kəsilmiş və çapılmış yaralardan qanaxma güclü olur, lakin kəsilmiş yaralar digərlərinə nisbətən daha tez sağalır. Deşilmiş yaralar daha təhlükəlidir. Çünki burada giriş qapısı balaca və xarici qanaxma az olmasına baxmayaraq daxili üzvlərin zədələnməsi olur. Əgər bıçaq, biz, şüşə qırığı və s. yarada qalmışsa, onu çıxarmaq üçün həkimə müraciət etmək lazımdır. Əzilmiş yaralardan qanaxma az olur. Lakin əzilmiş toxumalar mikrobların inkişaf etməsi üçün yaxşı mühitdir. Böyük olmayan, səthi yaranı hidrogen-peroksidlə yumaq, yaranın ətrafını yodla işləmək kifayət edir. Əgər qanaxma cüzidirsə, özü dayanana kimi bir qədər gözləmək olar. Yaranın kənarları yaxınlaşdırılıb bintlə bərk bağlanır. Ciddi yaralanmalar zamanı çox vaxt kəskin qanitirmədən ölüm baş verir. Ona görə də hər şeydən əvvəl qanaxmanı dayandırmaq lazımdır.Nə etmək olmaz!1. Yaranın dərinliklərindən çirki təmizləmək olmaz. Belə ki, bu daha da çirklənməyə, qanaxmanın artmasına, daxili üzvlərin zədələnməsinə səbəb ola bilər.2. Yaranı su ilə yumaq və ya üzərinə pambıq qoymaq olmaz, bu infeksiyanın inkişafına səbəb ola bilər.3. Yaraya yod, araq, digər yandırıcı mayelər tökmək olmaz. Bu diri hüceyrələri öldürür, çirklənməni artırır və sağalmağa mane olur.4. Yaraya vişnevski, ixtiol və digər melhəmlərlə sarğı qoymaq olmaz. Bunların köməyi olmayacaq, əksinə zərəri ola bilər.5. Bəzən yaradan daxili üzvlər çıxıb sallana bilər (məsələn bağırsaqlar və s). Onları içəri - öz yerinə salmaq olmaz. Belə olduğu vəziyyətdə üstündən sarğı qoyulur.Nə etmək lazımdır:* Yara təmiz yuyulmuş, dezinfeksiya edilmiş əllərlə işlənir. Sarğının yaraya qoyulan hissəsinə əllə toxunmaq olmaz. İşlənmiş yaraya steril tampon ve steril sıxıcı sarğı qoyulur. Bununla da ilk yardımın imkanları tükənir. Ehtiyac olarsa zərərçəkənə bir həb analgin vermək olar, yaralanmış ətrafı hərəkətsizləşdirmək olar.* Ciddi yaralanmalarda tezliklə həkimə müraciət etmək lazımdır. Yaranın sonraki işlənməsi və müalicəsilə həkim məşğul olmalıdır. Vaxtında həkimə müraciət etməsəniz, sonra daha çox əziyyət çəkə bilərsiniz. Xarici qanaxmaHəyat üçün təhlükəli olan xarici qanaxmanın əlamətləri bunlardır.1. Qan yaradan fəvvarə kimi axır, yeni arterial qanaxma.2. Qanaxmanı dayandırmaq cəhdləri kömək etmir.Arterial qanaxma zamanı qanın rəngi al-qırmızı olur, böyük təzyiqlə yaradan fışqırır. Venoz qan tünd rəngdə olur və nisbətən aşağı təzyiqlə axır. Kapilyar qanaxma tez-tez rast gəlir, zəif olur, asanlıqla laxtalanır və tezliklə dayanır.Qanaxmanın dayandırılması1. Sıxıcı sarğı qoyulması. Qaydalara uyğun sarğı qoyulma xüsusiməharət tələb edir. Bu işdə təcrübəsi olmayanlar üçün məsləhətlər: Bir neçə qat bükülmüş bint arasına pambıq qoyub tampon düzəldilir.Həmin steril tampon yara üzərinə qoyulub steril bintlə kip sıxıb bağlanılır. Ətrafa sarğı qoymaqdan əvvəl həmin ətrafı yuxarı qaldırmaq lazımdır. Sarğı lazım olduğundan artıq sıxılmamalıdır. Fikir verilməlidir ki, sarğıdan aşağı nahiyələr göyərməsin. Sarğı tezlikdə qanla hopursa, üzərindən ikinci sarğı qoyulub bir az bərk sıxılır. Əgər sıxıcı sarğı kömək etmirsə, jqut qoyulur.2. Jqut qoyulma qaydası. Qanaxmanı dayandırmaq üçünrezin jqutdan istifadə olunur. Ətrafı yuxarı qaldırıb jqutu yaradan yuxarıya,paltarın üstündən bağlamaq lazımdır. Rezin jqut olmadıqda, ətrafı kəmərləsıxmaq olar. Bu məqsədlə qalstuk, kəndir, cib dəsmalından da istifadəetmək olar. Bunları elə sıxmaq lazımdır ki, qanaxma dayansın. Lazımolduğundan daha möhkəm sıxdıqda damarlar ve sinirler zədələnə bilər.Lazım olduğundan az sıxdıqda ətrafın rəngi avazımır, əksinə göyərir, venoz qanaxma daha da güclənir.Sıxmaq məqsədilə məftildən istifadə etmək olmaz. Jqutun üzərini sarğı və ya paltarla örtmək olmaz. Kağız üzərinə jqutun qoyulma vaxtı yazılır və jqutun altına salınır. Jqutu bir saatdan artıq saxlamaq olmaz. Hər yarım saatdan bir jqutu 5-10 dəq müddətinə boşaltmaq lazımdır. SınıqlarSümük toxumalarının qırılması və ya çatlamasına sınıq deyilir. Sınıqlar açıq və qapalı olur. Açıq sınıq zamanı bədən səthində açıq yara mövcud olur. Sınmış sümüyün iti ucları ətrafda olan yumşaq toxumaları və dərini yarıb bayıra çıxır. Açıq sınıqlar zamanı sümük uclarının görünən olması məcbur deyil. Açıq sınıqlar zamanı infeksiya və ya çoxlu qan itkisi təhlükəsi var. Qapalı sınıqlara açıq sınıqlardan daha çox təsadüf edilir və bu zaman dərinin yarılması baş vermir. Ən çox ətrafların borulu sümükləri sınır. Tipik hallarda zədə nahiyəsində kəskin ağrı əmələ gəlir, zərərçəkən həmin ətrafı ilə hərəkət edə bilmir. Ətrafın forması dəyişir, ətraf toxumalara qansızma olur. Bəzi sınıqlar zamanı qonşu üzvlər zədələnə bilər: qabırğaların sınığında – ağciyərlər, çanağın sınığında - qarındakı üzvlər, fəqərələr sınığında-onurğa beyni və s.Yardım – Zərərçəkən heç vaxt özü sümük sınıqlarını düzəltməyə və ya bayıra çıxan sümüyü içəri salmağa çalışmamalıdır. Açıq sınıq zamanı qanaxma dayandırılır, yaraya steril sarğı qoyulur, sınıq olan ətraf hərəkətsizləşdirilir.Hərəkətsizləşdirmə - Sınıqlar zamanı ilk yardımın əsas məqsədi sümük sınıqlarının yerdəyişməsinin və ətraf toxumaların zədələnməsinin qarşısını almaqdır. Bu məsələ şinlərin qoyulması ilə yeni, hərəkətsizləşdirmə ilə həll olunur. Hərəkətsizləşdirmə (immobilizasiya) üçün xüsusi şinlərdən yaxud şin əvəzi əlaltı materiallardan istifadə olunur. Şin əvəzinə taxtalar, karton, çətir, bərk bükülmüş paltar kimi əlaltı əşyalardan istifadə etmək olar. Əsas prinsiplər.1) Şina qoyulana qədər zərərçəkəni yerindən tərpətmək olmaz.2) Şina 2 və ya 3 oynağı əhatə etməlidir.3) Qapalı sınıqlarda paltarı çıxartmağa ehtiyac yoxdur.4) Bərk şina birbaşa bədənə qoyulmur, şina ilə bədən arasına yumşaq aralıq qoyulur. Dartılmalar və qırılmalarOynaqda həddən artıq güclü hərəkət olarsa, vətərlərin, bağların və əzələlərin dartılması və qırılması baş verir. Ən çox ayağın burxulmasında dartılmalar olur. Dartılma, çıxıq və yaxud sınıq olmasını rentgen müayinəsindən sonra dəqiq demək olar. Dartılma və qırılmanın əlamətləri əvvəlcə zəif olur və bir neçə saat ərzində inkişaf edir. Oynaq şişir, az və ya çox qansızma olur, ağrı artır, oynaqda hərəkət məhdudlaşır. Bağların qırılması zamanı isə oynaq qeyri-adi hərəkətli olur. Dartılmalar və qırılmalar zamanı ilk yardım sınıqlarda olduğu kimi hərəkətsizləşdirmədən ibarətdir. Yüngül zədələnmələrdə bunun üçün sıx sarğı qoymaq kifayət edir, daha bərk dartılmada və qırılmada isə şin qoyulur. Şişkinliyin və ağrının azalması üçün zədələnmiş oynağa soyuq qoymaq lazımdır. Bundan sonra nə etmək lazım gəldiyini həkim özü deməlidir. ÇıxıqÇıxıq - oynağı təşkil edən sümüklərin öz oynağından çıxmasıdır. Əgər yıxılandan, hər hansı zərbədən sonra oynaqda kəskin ağrı əmələ gələrsə, oynağın forması dəyişərsə, hərəkət məhdudlaşarsa, deməli, burada çıxıq (yaxud sınıq, dartılma, qırılma və s.) mümkündür. İlk yardım: 1. Zədələnmiş oynaq ona yaxın salamat oynaqlarla birlikdə hərəkətsizləşdirilir. 2. Oynaq üzərinə soyuq qoyulur. 3.Təcili yardım çağrılır, yaxud zərərçəkən özü travmotoloqun yanına gedir. Travmotoloq çıxığı yerinə salmalı, gips sarğı qoymalı və müalicə təyin etməlidir.Çıxıq zamanı nə etmək olmaz!1. Özbaşına diaqnoz qoymaq və hər şeyin öz-özünə keçib gedəcəyini düşünmək. 2. Özbaşına çıxığı yerinə salmağa cəhd etmək. 3. İsti kompres qoymaq. İsti və soyuğun təsiriİnsan bədəninin fəaliyyəti üçün ən əlverişli temperatur 36-37°C-dir. Bədəndə bu temperaturun saxlanması üçün bir neçə mexanizm fəaliyyət göstərir - isti havada artıq hərarəti bədəndən çıxarır, soyuqda isə istiliyin itəəsinin qarşısını alır. Bu mexanizmlər mərkəzdən – beyindən idarə olunur. Bundan əlavə, insan özü də normal temperaturu saxlamaq üçün geyim, müxtəlif qızdırıcılar, kondisionerlər kəşf edib. Buna baxmayaraq bəzən isti və soyuq şərait təhlükəli və ölümcül hallara səbəb ola bilər.Donma. Soyuqda orqanizmdə qan damarları daralır və bu bədəndən əsas istiliyin itməsinin qarşısını alır. Donma kəskin şaxtada rast gəlir. Əvvəlcə iynə batırılmasına bənzəyən hissiyyat yaranır, sonra isə hissiyyatın tam itməsi müşahidə olunur. Dərinin donmuş sahəsi əvvəl ağarır, sonra boz, göy və ya soyuğun təsiri davam edərsə - qara rəng alır, xəstə isti yerə keçərsə, donmuş hissələr qızarır, isti və ağrılı olur, dərinin üzərində suluqlar əmələ gəlir.Bu zaman nə etməli?Donmuş ətrafları tədricən isitmək lazımdır, əks halda toxumaların zədələnməsi güclənir. Ehtiyatla əllərdən əlcəkləri, üzükləri, ayaqlardan ayaqqabıları və başqa əşyaları çıxarmaq lazımdır. Buzlanmış ətrafları əllə isitməli; lakin əllə donmuş hissələri sürtmək qəti qadağandır. Bu, dərinin və toxumaların zədələnməsinə səbəb ola bilər. Xəstəni dərhal isti otağa keçirmək lazımdır. Özü hərəkət edə bilmirsə, ona isti yerə keçməkdə yardım etmək lazımdır. Donmuş ətrafları ilıq suya salmaq, ehtiyatla ətrafları yumşaq dəsmalla qurudub, quru və isti paltar geyindirmək lazımdır. Ətrafları (xüsusilə də ayaqları) bir qədər yuxarı qaldırıb, onların şişməsinin qarşısını almaq olar. Ağrılar güclü olan halda xəstəyə parasetamol həbi vermək olar.Orqanizmin ümumi soyumasına hipotermiya deyilir. Hipotermiya bədən temperaturu 350C- dən aşağı endikdə yaranır. Bu vəziyyət insan üçün təhlükəli sayıla bilər, lakin bəzən uzun müddət (hətta bir neçə gün) soyuqda qalan insanlar lazımi yardım göstəriləndən sonra sağalırlar. Ümumi hipotermiyaya daha çох кörpələr, yaşlı və zəif insanlar məruz qalırlar. Hipotermiyada titrəmə, dərinin avazıması, huşun dəyişməsi və bəzən aqressivlik, yuxululuq və ya huşsuzluq, tənəffüsün və nəbzin seyrəkləşməsi, ağır hallarda isə ürəyin dayanması baş verə bilər.Bu zaman nə etmək lazımdır?İlk növbədə xəstəni isti otağa keçirmək, nəm geyimlərini çıxarıb quru və isti paltarla əvəz etmək lazımdır. Cavan insanları isti vannada (suyun hərarəti 40°C-yə qədər olmalıdır) yerləşdirmək olar. Yaşlı xəstələrdə bu tədbirlər ürəyin və beynin fəaliyyətini ciddi şəkildə poza bilər. Buna görə də yaşlı xəstələrdə bədənin isidilməsi tədricən isti örtüklər vasitəsilə həyata keçirilməlidir. Başı papaq və ya yaylıqla örtmək, əlavə istilik yaratmaq deməkdir. Xəstəni yatağa yerləşdirib, onun üstünü möhkəm örtmək lazımdır. Ona isti şorba, çay və ya qəhvə vermək məsləhətdir. Xəstəyə spirtli içkilərin verilməsi qəti qadağandır. İsti vurmaƏtraf mühitin temperaturunun və havanın rütubətli olması orqanizmin hərarətinin artmasına səbəb olur. Belə şəraitdə tələb olunandan az maye qəbul edilməsi, köklük, yəni, bədən çəkisinin normadan artıq olması, başqa xəstəliklərin olması vəziyyəti pisləşdirir. İsti yerdə işləmək və idman etmək, istivurma təhlükəsini artırır. İlkin dövrlərdə tərləmə vasitəsilə bədənin temperaturu bir qədər tənzimlənir. Sonradan tərləmə dayanır, bədən özünü soyuda bilmir, hərarəti sürətlə qalxır. İstivurmanın ilkin əlamətlərinə dərinin soyuq və avazıması, baş ağrısı, baş gicəllənmə və zəiflik, ürəkbulanma, üzülmə halı aiddir. Bu mərhələdə dərhal yardım göstərməklə vəziyyəti yaxşılaşdırmaq olar. Bunun üçün zərərçəkəni sərin yerə gətirib, içməyə sərin su verirlər. Bu ilkin mərhələdə kömək etmədikdə vəziyyət ağırlaşır: İstivurmada yüksək hərarət, dərinin quruması, qızarması və isti olması, huşun pozğunluğu, nəbzin zəif və tez-tez vurması, tənginəfəslik müşahidə edilir. Bu zaman dərhal həkim çağırmaq lazımdır. Zərərçəkənin ürəyi bulanırsa və ya qusursa, onu böyrü üstə uzadıb, bədənini soyutmaqda davam etməli. Zərərçəkənin bədəninə nəm dəsmal qoyub, soyuq su tökməli. Buz vardırsa, buzu biləklərinin, topuqlarının altına, qasığına, qoltuqlarına və boğazına qoymalı. Tənəffüsü dayanarsa, həkim gələnə qədər süni tənəffüs vermək lazımdır. Elektro travmaElektrik cərəyanı ilə zədələnmələrin ağırlığı cərəyanın şiddətindən, gərginliyindən, dərinin quru və ya nəm olmasından, cərəyanın keçdiyi yoldan asılıdır. Cərəyan vurmanın bir neçə dərəcəsi vardır:I dərəcə – Zərərçəkənin əzələləri yığılır, lakin o, huşunu itirmir.II dərəcə - Əzələlər yığılır, huşunu itirir.III dərəcə - Huşunu itirir, ürək fəaliyyəti və tənəffüsü pozulur.IV dərəcə - Ürəyi və tənəffüsü tamamilə dayanır.Yardım - İlk yardım üçün dərhal zərərçəkənin elektrik cərəyanı ilə əlaqəsi kəsilməlidir. Bunu ehtiyatla etmək lazımdır ki, xilas edən özü zədələnməsin. Elektrik cərəyanını ayırdıqdan sonra dərhal həkim çağrılır Tənəffüsü dayanmışdırsa, ağızdan-ağıza süni tənəffüs verilir. Ürəyi dayanmışdırsa, ürəyin qapalı masajı aparılır. Vəhşi və ev heyvanlarının dişləməsiVəhşi və ya ev heyvanlarının dişləməsi infeksiya və yumşaq toxuma zədələnmələrinə səbəb olur. Bunun da ən ağır mümkün olan nəticələrindən biri «Quduzluq» xəstəliyidir. Quduzluq xəstəliyini - xəstə məməli heyvanlann ağız suyu vasitəsilə keçən viruslar törədir. İt dişləməsi bu tip zədələnmələr arasında geniş yayılmışdır. Xəstəliyə tutulmuş adamlar müalicə olunmasa bu ölümlə nəticələnər. Vəhşi və ya ev heyvanı dişlədiyi adam mümkün qədər tez tibbi yardım almalıdır. Əgər yara yüngüldürsə yara sabunla yuyulur, qanaxma kəsilir, sarğı qoyularaq zərərçəkən həkimə çatdırılır. Yarada güclü qanaxma varsa qanaxma dayandırılır, lakin yaranı yumaq olmaz. Quduzluğun inkişaf etməsinin qarşısını almaq və xəstəliyə yoluxmamaq üçün vaksinlə peyvənd etmək lazımdır. Dəm qazından zəhərlənməHəyat üçün təhlükəli vəziyyətlərdən biri də müxtəlif qazlarla zəhərləmədir. Bunlardan ən çox rast gəlinəni və təhlükəli olanı dəm qazıdır. Dəm qazı bağlı otaqlarda tüstülədən sobaların, su qızdırıcılarının, avtomobil sobalarının nasazlığı nəticəsində və yanğın zamanı əmələ gəlir. O, qana çox tez daxil olur, orada oksigen daşıyıcısı olan hemoqlobinlə birləşir və bu da bütün toxumalarda oksigen çatışmazlığının yaranmasına gətirib çıxarır. Bu qaz bir də ona görə təhlükəlidir ki, onun nə iyi, rəngi, nə də dadı var. Zəhərlənmə zamanı xəstənin huşu dəyişir və hətta itə də bilər, tənəffüsü isə tezləşir. Dəri çəhrayı rəngdə olur, başağrısı, ürəkbulanma, qusma müşahidə olunur. Belə hallarda nə etmək lazımdır? Əlbəttə, yardım göstərən şəxs ilk növbədə öz təhlükəsizliyini təmin etməlidir. Buna görə də o, xəstə olan otağa girərkən bütün pəncərələri və ya qapılan geniş açıb, özünü zəhərlənmədən müdafiə etməlidir.1. Əgər xəstənin paltarı yanırsa, ilk növbədə əynindən paltarı çıxarmaq, yaxud çıxarmaq mümkün deyilsə, üstündə söndürmək vacibdir.2. Xəstənin arxasında durub, qoltuğunun altından əllərinizi salıb barmaqları bir-birinə birləşdirib onu otaqdan çıxarmaq lazımdır.3. Xəstə huşsuz vəziyyətdədirsə, nəfəs yollarını açıb, tənəffüsü və nəbzi yoxlanılır. Ehtiyac olsa, ürək-ağciyər reanimasiyasına başlamaq, mütləq həkim yardımını təşkil etmək lazımdır. Qida zəhərlənməsiQida vasitəsilə orqanizmə keçərək zəhərlənmə yaradan maddələrə aşağıdakıları misal göstərmək olar: Bəzi növ göbələklər, Alkoqol, Dərmanlar, Pestisidlər, Bəzi bitkilər və s.Zərərçəkəni müayinə etdikdə o xəstəhal görünür və digər qəfləti xəstəliklərə xas olan ümumi əlamətlərə malik olur. Zəhərlənmənin əlamətləri aşağıdakılardır:* Ürəkbulanma;* Sinədə və qarında ağrı;* Tənəffüs çətinliyi;* Tərləmə;* Baş ağrısı;* Baş gicəllənməsi;* Ümumi zəiflik.Bəzi hallarda məcburi qusma yaratmaq qida vasitəsi ilə zəhərlənməyə qarşı düzgün yardımdır. Qusma zəhərin mədədən nazik bağırsağa keçməsinin qarşısını alır. Qusmağa məcbur etmək üçün barmaq, yaxud iti olmayan əşya ilə boğazın arxa tərəfindən basılır. Bir neçə litr ilıq su (çay sodası məhlulu) ilə mədəni yumaq lazımdır. Mədədən təmiz su gələnə qədər bu sudan içib qusmaq lazımdır. Bəzi hallarda zərərçəkən qusmağa məcbur edilməməlidir. Bu hallara aşağıdakı vəziyyətlər aiddir:* Huşun itməsi;* Hamiləliyin son dövrləri;* Qələvi və ya neft məhsulu qəbul etməsi;* Ürək xəstəliyinin olması.Qida məhsulları ilə zəhərlənmə geniş yayılmışdır. Bişiriləndən sonra otaq temperaturanda saxlanılan yeməklərdə bakteriyalar əmələ gəlir ki, bu da bakterial zəhərlənməyə səbəb olur. Hətta yemək yenidən qızdırılsa belə, toksik maddələr məhv olmur. Kəskin qida zəhərlənməsi xüsusilə uşaqlar və zəif immun sistemi olanlar üçün ölümlə nəticələnə bilər. Ona görə də həkimə müraciət etmək lazımdır. Suda boğulmaÖlümlə nəticələnən fəlakətlərin biri də suda boğulmadır. Beləhallarda yardım göstərilməsinin öyrənilməsi daha vacibdir. Yay vaxtlandənizdə çimən onlarla insan həyatı ilə vidalaşır. Çox vaxt ölümün səbəbiyaxında olan insanların ilkyardım üsullarını bilməmələrindən irəli gəlir. Boğulma suyun ağ ciyərlərin daxilinə düşməsi və ya tənəffüs yollarının sıxılması nəticəsində baş verir. Zərərçəkəni sudan dərhal çıxaran zaman onun baş hissəsini ayaqlarına nisbətən aşağı qoymaq lazımdır. Bu tədbirlər mədədəki suyun rahat çıxmasına kömək edir və onun tənəffüs sisteminə düşməsinin qarşısını alır. Sudan çıxarılan insan uzun müddət nəzarət altında olmalıdır. Suyun ağ ciyərə düşməsi tənəffüs yollarının qıcıqlanmasına səbəb olur. Xəstə özünü nisbətən yaxşı hiss etsə də, o, hər bir zaman yenidən boğulma halına düşə bilər, Bu vəziyyət tənəffüs yollarının şişməsindən irəli gəlir və " təkrar suda boğulma " adlanır. Xəstəyə ilk yardım etmək üçün:1) Onu kürəyi üstə yerə qoyub, tənəffüs yollarını azad edib, nəbzi və nəfəs alması yoxlanılır;2) Ürək və ağ ciyərin fəaliyyəti dayanıbsa, təxirə salınmadan ürək masajı edilməli və süni tənəffüs verilməlidir;3) Xəstəni soyuqdan qorumaq da vacibdir, lakin yay vaxtı hava isti olduqda bu addıma ehtiyac yoxdur;4) Tənəffüsü və ürəkdöyünməsi Ьэrpa olubsa, onu təhlükəsiz vəziyyətə çevirmək lazımdır Yaranın mikroblarla çirklənməsi və qarşısının alınmasıDərinin və ya onun altındakı yumşaq toxumaların hər hansı zədələnməsi bədən üçün təhlükə doğurur. Dərinin səthində mikroblar yığıldığı üçün açıq yaralara lazımi qulluq göstərmədikdə infeksiyaya səbəb olur. Açıq yaraların aşağıdakı dörd növü vardır:* Sürtünmə (sıyrılma);* Cırılma (kəsilmə);* Qopartma (soyulma);* Deşilmə (yarılma).Açıq yaralar dezinfeksiyaedici məhlullarla (hidrogen-peroksid, rivanol, zelyonka və s.) işlənməlidir və müəyyən vasitələrlə örtülməlidir. Belə örtmə vasitələri kimi bükmə və sarğılardan istifadə olunur. Bükmələr - qanı və digər mayeləri özünə hopdurmaq və infeksiyanın qarşısını almaq üçün yaranın üzərinə qoyulan yumşaq altlıqlardır. Bükmələr steril tənziflər şəklindədir. Sarğılar, bükməni yerində saxlamaq, qanaxmanı dayandırmaq üçün təzyiq yaratmaq, yaranı çirkdən və infeksiyadan qorumaq, zədələnmiş ətrafları saxlamaq üçün istifadə olunur. Yaraya infeksiya düşməsinin qarşısını almaq üsulları aseptika, yaraya düşmüş infeksiyanın ləğv edilməsi üsulları antiseptika adlanır. Təhlükəli infeksiyalardan biri tetanusdur. Tetanus törədiciləri torpaqda olur. Bütün yaralanmalar zamanı tetanusa yoluxmaq təhlükəsi var. Ona görə də açıq yaralar, heyvan dişləmələri zamanı həkimə müraciət etmək lazımdır ki, uyğun zərdab vurulsun. ÜrəkgetməÜrəkgetmə huşun tam və ya qismən itirilməsidir. Bunun səbəbi beyinə vurulan qanın miqdarının müvəqqəti azalmasıdır. Bir çox hallarda huşun itirilməsindən qabaq baş gicəllənmə olur. Dərinin rənginin dəyişməsi, soyuması, nəmlənməsi kimi əlamətlər də ola bilər. Yardım göstərilməsi - adətən, ürəkgetmə özü-özünə düzələn vəziyyətdir. Zərərçəkən uzadılır, ayaqları altına yumşaq əşya qoyub 30 sm qaldırmaq lazımdır. Sinəsi və boynunu sıxan paltardan azad edilir. Zərərçəkənin ürəkgetməsinin daha ciddi səbəblə bağlı olub-olmadığını müəyyən etmək üçün həkimə müraciət edilməlidir. TERMİNAL VƏZİYYƏT HAQQINDA ÜMUMİ MƏLUMATTerminal vəziyyət insan orqanizminin hayatla ölüm arasında olan bir halıdır. Bu zaman həyati vacib üzvlərin və sistemin funksiyaları ağır dərəcədə pozulur. Orqanizm özü bu pozğunluqların öhdəsindən gələ bilmir, vaxtında reanimasiya tədbirləri aparılmasa ölümlə nəticələnir.Ürəyin qəfləti dayanmasının əlamətləri:* huşun itməsi;* yuxu arteriyasında nəbzin olmaması;* tənəffüsün dayanması;* göz bəbəklərinin genəlməsi;* dərinin rənginin dəyişməsi; Bu zaman ilk növbədə tənəffüs sistemi və ürək-damar sisteminin fəaliyyəti bərpa olunmalıdır. Ürək fəaliyyəti dayanmasından orta hesabla 4-5 dəqiqə sonra mərkəzi sinir sistemində bərpa olunmayan zədələnmə əmələ gəlir. Ona görə də canlandırma tədbirləri qəfləti ölüm baş verən an başlanmalıdır.Yardım - Yuxarı tənəffüs yollarının keçiriciliyini bərpa etmək üçün xəstə arxası üstə uzadılır. Başı maksimal arxaya bükülür (bunun üçün bir əli xəstənin boynuna, bir əli alına qoyub başı arxaya bükürlər. Ağızdan-ağıza süni nəfəs verilir. Əgər sərbəst tənəffüs əmələ gəlmədisə, dərhal süni tənəffüs verilir. «Ağızdan-ağıza» süni tənəffüsün texnikası: Xəstənin burnunu barmaqla sıxıb və ağzına nəfəs verilir. Eyni zamanda xəstənin döş qəfəsinə fikir verilir. Döş qəfəsi genəlirsə, deməli düzgün tənəffüs verilmişdir. Nəfəs verdikdən sonra, ağız xəstənin ağzından aralanır və xəstədə passiv nəfəsvermə baş verir, döş qəfəsi kiçilir. Dəqiqdə 12 tənəffüs aktı olmaqla süni tənəffüs davam etdirilir. Tez-tez nəfəs verməyə çalışmaq lazım deyil, vacibdir ki, lazımi həcmdə hava üfürülsün (böyüklər üçün təxminən 1 litr). Süni nəfəsvermə effektsiz olsa, çənə önə və yuxarıya çəkilir (bunun üçün baş barmaq xəstənin ağzına salınaraq çənə qaldırılır. Belə ki, alt çənənin dişləri üst dişlərdən öndə olmalıdır). Ən optimal şərait isə «Safarin üçlü fəndi» zamanı yaranır: başın arxaya bükülməsi, alt çənənin yuxarı qaldırılması, ağzın açılması. Əgər ağız boşluğunda yad cisimlər (qan laxtası, selik, protez dişlər və s.) varsa, onları götürmək lazımdır.Ürəyin masajı. Ürəyin qapalı masajı aparılmasının əsas qaydaları: xəstə bərk yerdə (döşəmədə) uzadılmalıdır - reanimasiya edən bir əlini o biri əlinin üzərinə qoyur, iki əli ilə birlikdə döş qəfəsinə təzyiq edir. Təzyiqin tətbiq olunma zonası xəstənin döş sümüyünün aşağı hissəsi, orta xətt üzrə olmalıdır. Bu zaman döş qəfəsi 4-6 santimetr sıxılmalıdır. Sıxılmaların sayı 1 dəqiqədə 80-100 olmalıdır. Qeyd etmək lazımdır ki, ağciyərlərin süni tənəffüsü döş qəfəsinin sıxılması ilə eyni vaxtda aparılmalıdır. Massajın effektliyini göstərən əlamətlərə dərinin rənginin dəyişməsi, əvvəlcə genəlmiş olan göz bəbəklərinin daralması; yuxu arteriyasında nəbzin əmələ gəlməsi, bəzən sərbəst tənəffüsün başlaması aiddir. Xəstənin tənəffüsü və ürək döyüntüsü bərpa olunarsa, onu elə vəziyyətdə yerləşdirmək lazımdır ki, xəstədə qusma olsa, onun tənəffüs yolları qusuntu ilə tutulmasın və xəstə boğulmasın. Buna təhlükəsiz vəziyyət deyilir. Xəstənin huşu olmayan zaman onu dərhal bu vəziyyətdə yerləşdirmək lazımdır. Bunun üçün xəstənin yanında dizi üstə oturub, onun ayaqları və qolları düzəldilir. Yardım edənə yaxın olan qolu xəstənin gövdəsi altına, o biri qolu isə başının atına yerləşdirilir. Yardım edənə uzaq olan ayağı dizdən bükülmüş vəziyyətdə çəkilib böyrü üstə çevirilir. Xəstəniçevirəndən sonra altda qalan qolunu çıxarıb, başını bir qədər geriyəçəkmək lazımdır. Belə vəziyyətdə huşsuz xəstəni uzun müddət təhlükəsizsaxlamaq və hətta xəstəxanaya çatdırmaq mümkündür.