"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Uşaq əməyinin istismarına dair QUİZ Uşaq əməyinin istismarına dair QUİZ ================================================================================ admin on 11 November, 2009 1. Ev əməyinin istismarına cəlb olunan uşaqların neçə faizinı qızlar təşkil edir? A. 20 % B. 50 % C. 90 % 2. Şəxsi evlərdə ev əməyi ilə məşğul olan uşaqların çoxu maaşlarını nəğd alırlar. A. Yanlış B. Düzgün 3. Uşaq hüquqları Konvensiyasına görə ev işləri aşağıdakı hallarda ziyanlı hesab oluna bilər: A. Uşaqlar onu görməkdən xoşlanmırlar və həyətdə oynamağı daha üstün tuturlar B. Bu işlər onları məktəbə getməkdən, boş vaxtlarında istirahət etməkdən, oynamaqdan məhrum edir C. Bu işlər onların gündə 3 saat vaxtını aparır 4. Ailəni öz uşaqlarını xidmətçi kimi işləmək üçün göndərməyə vadar edən ən əsas səbəblərdən biri: A. Öz evlərinin kifayət qədər təmiz olması B. Xidmətçilərin yaxşı maaş alması və valideynlərin uşaqlarının təhlükəsiz yerdə çalışmaqlarına əmin olması C. Valideynlərin maddi rifah səviyyəsinin aşağı olması 5. Xidmətçiliklə məşğul olan uşaqlar üçün ən böyük təhlükə: A. Sahibkarlar tərəfindən cinsi zorakılığa məruz qalmaq B. Təmiz içməli sudan məhrum olmaq C. Mətbəxdə özlərini zədələmək 6. Xidmətçiliklə məşğul olan uşaqların iqtisadi gələcəyini yaxşıllaşdırmaq üçün ən effektli yollardan biri: A. Uşaqların immun sisteminin güclü saxlanılmasına və hər il sağlamlıq klinikalarına göndərilməsinə əmin etmək B. Valideynləri uşaqları evə gətirməyə və digər işlə təmin etməyə razı salmaq C. Uşaqların işdən azad olan vaxtlarında peşə təlimi ilə məşğul olmalarını təklif etmək 7. Leylanın 14 yaşı var və o, hər gün məktəbə gedir. Anası işdən evə gələnə kimi o, yemək bişirməlidir, 8-yaşlı bacısına dalınca iki saat ərzində baxmalıdır. Uşaq hüquqları Konvensiyasına görə Leylanın burada hüquqları pozulmamışdır. A. Düzgün B. Yanlış 8. Ev işi ilə məşğul olan uşaqlar adətən neçə saat işləyirlər? A. Gündə 12 saat B. Gündə 6 saat C. Gündə 18 saat 9. Məktəb yaşına uyğun olan və məktəbə getməyən uşaqların üçdə ikisi qızlardır. Bunun səbəbi: A. Oğlanların təhsildə qızlara nisbətən daha çox ehtiyacı var B. Ev işlərində qızların köməyinə lazım olması C. Qızlar oğlanlar kimi yaxşı oxumurlar 10. Ev işləri ilə məşğul olan uşaqlar adətən az maaş alırlar, təcrübəsiz işlə məşğul olurlar. Bunun səbəbi: A. Yüksək maaşlı işlərin az olması, insanları hər iş üçün mübarizə aparmağa vadar edir B. Yaxşı işə düzəlmək üçün uşaqların kifayət qədər yüksək təhsil və peşə təlimi almağa imkanları yoxdur C. Onlar yüksək maaşlı işlərə düzəlmək üçün kifayət qədər savadlı deyillər 11. Nərgiz 14 yaşına qədər məktəbə gedirdi. Lakin anası yeni iş tapdıqdan sonra, qızına ev işlərini tapşırdı. Nərgiz daha məktəbə getmir, hər gün səhər saat 6-dan axşam saat 7-yə kimi ev işləri ilə məşğul olur, yemək bişirir, evi təmizləyir, mağazaya gedir, kiçik qardaşına və bacısına baxır. O rəfiqələri ilə görüşmək üçün vaxtının olmasını istərdi, lakin axşamlar çox yorğun olduğundan bunu edə bilmir. Uşaq Hüquqları Konvensiyasına əsasən Nərgizin hüquqları: A. Pozulmayıb, çünki onun məktəbə getmək imkanı var idi, və bütün uşaqlar valideynlərinə kömək etmək məsulliyyətini daşıyırlar B. Pozulub, çünki ev işləri Nərgizi təhsildən, istirahətdən və asudə vaxtdan məhrum edir 12. Ev işləri ilə məşğul olan uşaqların problemlərinə bəzən diqqət verilmir və yaxud onlar unudulur, çünki: A. Ev işləri bağlı qapılar arxasında baş verir və ictimaiyyətin diqqətindən aralıda qalır B. Xidmətçi kimi çalışan uşaqların sayı çox deyil C. Ev işləri ilə məşğul olan uşaqların problemləri fabriklərdə işləyən uşaqların problemləri qədər ciddi deyil 13. Ev işləri ilə məşğul olan uşaqlar yaxşı qidalanırlar, və aclıqdan əziyyət çəkmirlər. A. Düzgün B. Yanlış 14. Ev işləri ilə məşğul olan uşaqlara çox nadir hallarda məktəbə getməyə icazə verirlər. A. Düzgün B. Yanlış 15. Kənd təsərrüfatı ilə məşğul olanların təxminən neçə faizini uşaqlar təşkil edir? A. 10 % B. 30 % C. 70 % 16. Bir çox ölkələrdə kənd təsərrüfatında çalışan yetkinlik yaşına çatmış uşaqlar: A. Öz ailələri ilə birlikdə rahat yaşayırlar B. Yaxşı maaş alırlar C. Az maaş alırlar 17. Ferma işi ilə məşğul olan uşaqların həyatları təhlükə altında olur, çünki: A. Günəş şüaları altında çox işləmək ciddi yanmaya gətirə bilər B. Məhsula vurulan gübrələr dəri və respirator xəstəliklərinə gətirə bilər C. Bütün günü tarlada işləyəndən sonra gecələr yuxuya getmək çətin olur 18. Səbinənin ailəsi kiçik ferma sahibkarıdır. Məhsul yığmaq vaxtı gələndə Səbinə 2-3 həftə valideynlərinə kömək edir. Düzgün və yaxud yanlış: Səbinənin hüquqları pozulub. A. Düzgün B. Yanlış 19. Düzgün və yaxud yanlış: Ferma işi ilə məşğul olan uşaqların hüquqları onların ölkəsinin uşaq əməyi haqda olan qanunları ilə qorunur. A. Düzgün B. Yanlış 20. Kənd təsərrüfatında çalışan uşaqların çoxu gün ərzində neçə saat işləyir? A. Gündə 10 saat B. Gündə 3 saat C. Gündə 16 saat 21. Fermada çalışan uşaqların məvacibi nə qədərdir? A. Onlar böyüklər qədər maaş alırlar B. Böyüklərdən çox maaş alırlar C. Böyüklərdən az maaş alırlar 22. Düzgün və yaxud yanlış: Ferma işi ən ucuz iş qüvvəsinə əsaslanır A. Düzgün B. Yanlış 23. Təsərrüfat sahibləri uşaqları işə götürürlər çünki: * A. Onlar bilirlər ki, uşaqlara daha az maaş verə bilərlər və onların ailələri etirazlarını bildirmək üçün çox kasıbdırlar. * B. Uşaqların valideynləri ənənəyə çox meylli olduqları üçün onlar uşaqlarının bütün gün yanlarında qalmaqlarını istəyirlər. * C. Onlar inanırlar ki, ferma işi onların uşaqları üçün çox xeyirlidir, çünki onlar təmiz havada daha çox vaxt keçirəcəklər. 24. Düzgün və yaxud yanlış: Kənd təsərrüfatı sahəsində işləyən uşaqlar əsasən inkişaf etmiş ölkələrdə olur. * A. Düzgün * B. Yanlış 25. Uşaqların təsərrüfat sahəsində işləmə sualına uşaq əməyi haqda olan ictimai müzakirələrdə nadir hallarda baxılır, çünki: * A. Kənd təsərrüfatı sahəsində işləyən uşaq qeyri-adi bir haldır. * B. Təsərrüfatda uşaqların əməyi normal hesab olunur və ya ciddi qəbul edilmir. * C. Onların problemləri fabriklərdə işləyən uşaqların problemləri qədər böyük deyil. 26. Təsərrüfatda çalışan insanlar əksər hallarda uşaqlarını onlarla birlikdə işləmələri üçün özləri ilə sahələrə aparırlar. Bu ona görə baş verir ki: * A. Uşaqlara baxmaq üçün əlavə adam yoxdur. * B. Uşaqlar daha yaxşı işçidirlər. * C. Təsərrüfat sahibləri özləri ilə uşaq gətirən işçilərə maaşdan əlavə pul verirlər. 27. Düzgün və yaxud yanlış: Ailə fermalarından fərqli olaraq, böyük kommersiya plantasiyalarında istismarçı uşaq əməyinə daha çox rast gəlinir. * A. Düzgün * B. Yanlış 28. Hansı məhsulu yetişdirən sahələrdə çalışan uşaqlar qusmadan, ürəkbulanmadan, ürəkkeçmədən əziyyət çəkirlər? * A. Pambıq * B. Kök * C. Tütün 29. Orta hesabla, fabriklərdə işləyən uşaqların iş günü neçə saatdır? * A. 4 saatdan çox * B. 8 saatdan çox * C. 12 saatdan çox 30. Düzgün və yaxud yanlış: Fabriklərdə işləyən uşaqların istehsal etdiyi məhsullar digər ölkələrə ixrac olunur və satılır. * A. Düzgün * B. Yanlış 31. Baxmayaraq ki, böyüklərin bəziləri işsizdirlər və onlar iş axtarırlar, sahibkarlar bəzi hallarda uşaqları işə götürməyi daha üstün tuturlar, çünki: * A. Yetkinlik yaşına çatmış insanlar fabriklərdə işləmək istəmirlər. * B. Fabriklərdə iş görmək üçün uşaqların bacarığı daha çoxdur. * C. Uşaqlara böyüklərə nisbətən daha az maaş verirlər. 32. Mədənlərdə işləyən uşaqlar: * A. Onurğa sütunu problemlərindən əziyyət çəkirlər. * B. Əsasən heç bir fiziki problemləri olmur. 33. Fabriklərdə və mədənlərdə çalışan uşaqlara çox gənc və zəif olduqları üçün xüsusi qoruyucu paltarlar verilir. * A. Düzgün * B. Yanlış 34. “Razılaşdırılmış uşaq əməyi” termini nə deməkdir? * A. Uşaqların yarı günlərini işləməyə sərf etməyi, o biri yarısında isə məktəbə getməyi müəyyən edən quruluş. * B. Uşaqların fabrik sahibləri ilə bağladığı kontrakt, hansında onların günün neçə saatını işdə olmalı və nə qədər məvacib alacaqları dəqiqləşdirilir. * C. Uşaqların valideynlərinin fabrik və yaxud mədən sahibləri ilə bağladığı razılaşma. Bu razılaşmada uşaqların öz valideynlərinin borclarının qaytarılması üçün çalışmalı olduğu göstərilir. 35. Fabrik və mədənlərdə çalışan uşaqlar həyatlarının qalan hissəsini də az maaşlı işlərdə işləməyə sərf edirlər, çünki: * A. Onlar başa düşmürlər ki, gələcək üçün pul toplamalıdırlar. * B. Onların valideynləri inanmırlar ki, uşaqları başqa sahələrdə də bacarıqlı ola bilərlər. * C. Onların nadir hallarda əlavə təlim keçmək üçün şansları olur. 36. Düzgün və yaxud yanlış: Fabriklərdə uşaqlara olunan təhqirlərin əleyhinə öz etiraz səslərini qaldıran uşaq işçilər sahibləri və öz birliklərində olan insanlar tərəfindən təriflənirlər. * A. Yanlış * B. Düzgün 37. Düzgün və yaxud yanlış: Fabrik sahibləri uşaqların əvəzinə böyükləri işə götürsələr, uşaq əməyi problemi həll olunar. * A. Düzgün * B. Yanlış 38. Düzgün və yaxud yanlış: Fabrik və mədənlərdə işləyən bütün uşaqlar həmişəlik evlərinə göndərilsələr də uşaq əməyi problemi öz həllini tapmayacaq. * A. Yanlış * B. Düzgün 39. Dünyada işləyən uşaqların neçə faizi küçədə işləyir? * A. 15% * B. 70% * C. 40% 40. Düzgün və yaxud yanlış: Uşaq əməyi haqda olan qanunların çox az hissəsi küçədə işləyən uşaqların müdafiəsinə həsr olunub. * A. Düzgün * B. Yanlış 41. Əksər ölkələrdə uşaqlar zibil yığışdırmaqla, onları emala verməklə yaşayırlar. Bu cür işlər onların hüquqlarının pozulması deməkdir, çünki: * A. Onlar iti əşyalardan zədələnmək, çürümüş materiallardan müxtəlif dəri xəstəlikləri almaq təhlükəsi altındadırlar. * B. Onlar uzun yol qət eləməli olurlar, çünki böyük zibil yerləri şəhərdən xeyli uzaqda yerləşir. * C. Onlar evə qayıdanda zibilin iyi onların üstünə çökmüş olur və digər uşaqlar onlarla oynamaq istəmirlər. 42. Küçədə çalışan uşaqlar əsasən: * A. Cib pulu qazanırlar. * B. Qazandıqları pulları ailələrinə aparırlar. * C. Məktəbdən qaçırlar. 43. Küçədə çalışan çox uşaqlar: * A. Küçəyə böyük macəra kimi baxırlar. * B. Ailələri ilə birlikdə yaşayırlar. * C. Küçədə yaşayırlar. 44. Küçədə işləyən uşaqların qarşısına çıxan ən böyük və ciddi təhlükə: * A. Avtomobillər tərəfindən vurulub, yaralana, ölə bilərlər. * B. Polislər tərəfindən avaralar kimi saxlanıla bilərlər. * C. Seksual zorakılığa məruz qalıb, HİV/AİDS kimi xəstəliklərə yoluxa bilərlər. 45. Bəzi uşaqlar məktəbi atıb, küçələrdə iş axtarırlar, çünki məktəblərin çox dolu olurlar və dərslər yaxşı keçirilmir. Buna görə məsuliyyəti kim daşıyır: * A. Yerli və yaxud ölkə hakimiyyəti. * B. Tələbələr və onların ailələri. * C. Birləşmiş Millətlər Təşkilatı. 46. Mahir küçədə işləyir. O, görür ki, mağaza sahibləri onunla xoş davranmırlar, ona oğru və yaxud narkotik alverçisi kimi baxırlar, baxmayaraq ki, o, həyatında heç zaman qeyri-qanuni iş görməyib. Yalnız bir səbəbdən Mahirə belə münasibət ola bilər: * A. Ehtimal var ki, bu yalnız Mahir belə düşünür. * B. Onlar fikirləşə bilmirlər ki, işləyən uşaqların əksərriyyəti pulu halal yolla, düzgün yolla qazanır. * C. Küçədə çalışan uşaqların çoxu qanunsuz işlərə cəlb olunublar.