Qızların hüquqlarına dair QUİZ

Şrift ölçüsü: Decrease font Enlarge font
image

1. Hansı səbəbdən qız uşaqları hətta anadan olmamışdan əvvəl risk altında olurlar?
A. Onların bacı və qardaşları anadan təzə olmuş uşaqlara paxıllıq edirlər
B. Qızlar fiziki baxımdan oğlanlara nisbətən daha zəif olurlar
C. Onların valideynləri oğlan uşağının olmasını daha üstun tuturlar
 
2. Bir çox cəmiyyətlərdə oğlan uşağının doğulması ailənin nüfuzunu artırır. Bu inam:
A. Qızlara qarşı olan ayrıseçkiliyi müdafiə edir
B. Qızlara qarşı olan ayrıseçkiliyə qarşı çıxır
C. Bütün uşaqlarla bərabər rəftarı təmin edir
 
3. Diskriminasiya zərərlidir, çünki:
A. İnsanlar arasında bərabərsizliyin yayılmasına təkan verir
B. Sahibkarlar üçün çox saylı problemlər yaradır
C. Hər kəs bunun xeyirini görür
 
4. Bir çox cəmiyyətlərdə əgər ananın ancaq qız uşağı varsa, o:
A. Daha çox qız uşağının olmasını arzulayır
B. Oğlan uşağı olana qədər dünyaya uşaq gətirməlidir
C. Uşaq dünyaya gətirmək fikrindən daşındırılmalıdır
 
5. Uşaq Hüquqları Konvensiyasının 2-ci maddəsinə görə qızlara qarşı diskriminasiya:
A. Hüquqlara qarşı zorakılıqdır
B. Sosial inkişaf üçün lazımlıdır
C. Bəzi hallarda cəmiyyətdə olan adətlərin adi bir hissəsi kimi qəbul olunur
 
6. Bir çox cəmiyyətlərdə valideynlər inanırlar ki, yaxşı qida oğlan uşaqlarına qızlara nisbətən daha vacibdir, çünki:
A. Qız uşaqları oğlanlardan daha sağlam olurlar
B. Qız uşaqları oğlanlardan daha yaxşı qidalanırlar
C. Oğlan uşaqları gələcəkdə ailənin dayağı olması üçün daha sağlam olmalıdılar
 
7. Əgər valideynlər qızlara nisbətən oğlan uşaqlarına daha yaxşı qayğı göstərirlərsə, hökumət bu məsələdə heç nə edə bilməz.
A. Yanlış
B. Düzgün
 
8. Qızların uşaq xəstəlikərinə qarşı immunitetləri oğlanlara nisbətən daha güclüdür.
A. Yanlış
B. Düzgün
 
9. Dünyada zəif qidalanma daha çox qızlar arasında yayılıb.
A. Yanlış
B. Düzgün
 
10. Qadınlara və qızlara qarşı olan zorakılıq:
A. Onların insan hüquqlarını pozmaq deməkdir
B. Dünyanın hər yerində azalıb
C. Ancaq şimal və qərb cəmiyyətlərinin problemidir
 
11. Az təhsilli qızlar iş yerlərində:
A. Az maaş alırlar
B. Böyük iş imkanları var
C. Əsasən yüksək məvacibli işlərə düzəlirlər
 
12. Cavan qızlar ev işləri ilə məşğul olduqlarından:
A. Məktəbdə qardaşlarından daha yaxşı oxuyurlar
B. Oxumaq üçün çox yorğun olurlar
C. Onların təhsillərini bitirməsi ehtimalı daha böyükdür
 
13. Təhsil  qızlara nisbətən oğlanlara daha lazımlıdır.
A. Düzgün
B. Yanlış
 
14. Az təhsilli qızların və qadınların iş tapmaq şansları yoxdur.
A. Düzgün
B. Yanlış
 
15. Bəzi cəmiyyətlərdə qızların çoxu məktəbə gedib, təhsil almağa həvəsləndirilirlər çünki:
A. Artıq qadınların evdən kənarda işləmələri normal haldır
B. Valideynlər oğullarını evdə saxlayıb, onların ailənin qayğısına qalmaqlarını istəyirlər
C. Qızlar adətən oğlanlardan daha savadlı olurlar

16. İnkişaf etmiş ölkələrdə məktəb yaşına uyğun olan uşaqların, əsasən də qızların, hansı hissəsi məktəbə getmirlər?
• A. Üçdə ikisi
• B. Yarısı
• C. Üçdə biri

17. Valideynlərin qız uşaqlarını məktəbə göndərməmələrinin başlıca səbəbi:
• A. Onlar düşünürlər ki, qızlar oğlanlar qədər ağıllı deyillər
• B. Onların bütün uşaqlarını məktəbə göndərmək imkanı yoxdur
• C. Məktəblər qız şagirdləri qəbul etmirlər

18. Dünyanın inkişaf etmiş ölkələrində 130 milyon uşaq məktəbə getmir. Bu rəqəmin neçə faizini qızlar təşkil edir?   
• A. 66 %
• B. 30 %
• C. 50 %

19.  Yeniyetmə yaşlarında olan gənc qızlar ailələri tərəfindən ailə qurmağa məcbur edilirlər, əgər
• A. Onlar artıq təhsillərini bitiriblərsə
• B. Onların ailələri qızları iqtisadi yük hesab edirlərsə
• C. Qızların həddindən artıq oğlan dostları varsa

20. Ailələri qızlarını erkən yaşlarında ərə verməyə vadar edən səbəb:
• A. Cəmiyyətdə erkən nikah adətdir
• B.  Nikah qızların iş yüklərini azaldır
• C. Ailə qurmaq qızların məktəbi qurtarmaq imkanlarını artırır

22. Düzgün və yaxud yanlış: Əgər hökumət ailə qurmaq üçün minimum yaş həddini müəyyən edən qanunlar qəbul etsə, erkən nikah problemi tamamilə aradan qaldırılmış olar.
• A. Düzgün
• B. Yanlış

23. Düzgün və yaxud yanlış: Uşaq Hüquqları üzrə Konvensiyaya görə 18 yaşına çatmamış qızların erkən nikahdan imtina etmək hüquqları var. 
• A. Düzgün
• B. Yanlış

24. Düzgün və yaxud yanlış: 20 yaşına çatmış qadınlar daha çox doğum vaxtı dünyalarını dəyişirlər, nəyin ki, yeniyetmə yaşlarında.
• A. Düzgün
• B. Yanlış

 25. Yeniyetmə anaların uşaqları risk altındadırlar çünki:
• A. Yeniyetmələrin uşaqlarının daha çox irsi qüsurları olur
• B. Onların uşaqlarının daha az çəkili olması ehtimalı böyükdür
• C. Yeniyetmə analar uşaqlarının sağlamlıqları haqda yaşca böyük olan analardan daha az düşünürlər

26. Düzgün və yaxud yanlış: Erkən yaşlarda dünyaya uşaq gətirən qızlar nisbətən böyük qadınlardan daha tez uşağa sahib olmaq imkanından məhrum olurlar.
• A. Düzgün
• B. Yanlış

27. Qızların ümumi sayının 20%-dan daha azı məktəbə gedən ölkələrdə qadınların orta hesabla 7 uşaqları olur. Bəs qızların 80% məktəbə gedən ölkələrdə qadınların orta hesabla neçə övladı olur?
• A. İki
• B. Dörd
• C. Altı

28. Yeniyetmələr arasında hamiləliyin azalmasının ən birinci yolu:
• A. Qızların erkən ərə getməyə və ev işlərindən həzz almağa həvəsləndirmək
• B. Qızları təhqirdən, erkən nikahdan və digər zorakılıqlardan qorumaq
• C. Qızların öz hüquqları haqda maarifləndirilməsini dayandırmaq

29. Düzgün və yaxud yanlış: Qadınlara qarşı olan diskriminasiya uşaqlara mənfi təsir göstərir.
• A. Düzgün
• B. Yanlış

30. Dünyada olan kasıbların ümumi sayının neçə faizini qadınlar təşkil edir?
• A. 30%
• B. 50%
• C. 70 %

31. Dünyada 193 ölkə var. Onlar evdə baş verən zorakılıq haqda neçə qanun qəbul ediblər?
• A. 98
• B. 44
• C.  187

32. Düzgün və yaxud yanlış: Orta hesabla, dünyada qadınlar kişilərin qazandıqlarının yalnız 75% qazanırlar.
• A. Düzgün
• B. Yanlış

 

 

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az