"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: “Azərbaycan 20 il” adlı veb konfrans. “Azərbaycan 20 il” adlı veb konfrans. ================================================================================ admin on 18 October, 2011 “NUR” Uşaq və Gənclərin İctimai Birliyi 18 oktyabr 2011-ci il tarixdə Azərbaycanın DövlətMüstəqilliyinin 20-ci ildönümü münasibətilə veb konfrans keçirmişdir. Müasir gənclik informasiya kommunikasiya texnologiyalarının inkişaf etdiyi bir dövrdə böyüyürvə hazırda internet müxtəlif ölkələrdə yaşayan insanlar arasında çevik ünsiyyət vasitəsidir.Azərbaycanımızın müstəqilliyinin bərpasının 20 illiyini qeyd etmək üçün 50 nəfər gənc həmrəyoldular. Veb konfransda Azərbaycandan başqa, ABŞ, Kanada, İrlandiya, İngiltərə, Türkiyə,Macarıstan, Rusiya, Litva, Ukrayna və Səudiyyə Ərəbistanında təhsil alan gənclər də iştirak etmişlər. Konfransda gənclər bir-birlərini təbrik etmiş, sonra isə Azərbaycanın inkişafı, gələcək inkişaf üçünistiqamət sahələri mövzuları ətrafında müzakirələr aparmışlar. Xüsusilə qeyd etmək istərdik ki,müzakirələr zamanı 20 yaşlı gənclər Azərbaycanın müstəqilliyinin həmyaşıdları olduqlarından qürurvə iftixar hissi keçirdiklərini ifadə etmişlər. Veb Konfransın iştirakçıları gələcəkdə xalqımız üçün digər əlamətdar günlərdə də bu tip vebkonfransların keçirilməsi təklifini iləri sürmüşlər.