“Mənim hüquqlarım” - Qaçqın və məcburi köçkün uşaqlar üçün Uşaq Hüquqlarının Tədrisi Layihəsi
İştirak üçün elan!
İştirak üçün elan!
2009-cu ilin dekabr ayında Bakı şəhərində keçirilmiş Azərbaycan Uşaqlarının I Forumunun Bəyannaməsində uşaq hüquqlarının tədrisi, qaçqın və məcburi köçkün uşaqların inkişafı ilə bağlı təşəbbüslərin əhəmiyyəti uşaqlar tərəfindən xüsusilə vurğulanmışdır. Azərbaycan uşaqlarının 10%-i hələ də qaçqın və məcburi köçkün həyatı yaşayır. Bu uşaqlar Uşaq Hüquqları Konvensiyasında, eləcə də digər beynəlxalq sənədlərdə təsbit olunmuş hüquqlardan məhrum edilmiş və hazırda da bir çox hüquqları gerçəkləşdirilməmiş qalır. Onların böyük əksəriyyəti öz hüquqlarını bilmir.
“NUR” Uşaq və Gənclərin İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Mənim hüquqlarım” - Qaçqın və məcburi köçkün uşaqlar üçün Uşaq Hüquqlarının Tədrisi Layihəsi çərçivəsində 2010-cu ilin iyul ayında "Uşaq hüquqları" Yay Məktəbi təşkil edəcək.
Bu layihənin həyata keçirilməsində başlıca məqsəd qaçqın və məcburi köçkün həyatı yaşayan uşaqların arasından uşaq hüquqları barədə ətraflı məlumata malik olan, uşaqlarla bağlı mövcud vəziyyəti obyektiv təhlil edə, öz hüquqlarını ifadə edə və uşaqlar üçün yararlı cəmiyyətin formalaşdırılması ilə bağlı təkliflər irəli sürə bilən lider uşaqlar qrupu formalaşdırmaqdır.
"Uşaq hüquqları" Yay Məktəbində 18 yaşınadək 30 nəfər qaçqın və məcburi köçkün uşaqlar iştirak edə bilərlər. Uşaq hüquqlarının öyrənilməsinə maraq göstərən iştirakçıların Yay Məktəbində iştirak etmək üçün valideynin razılığı və bütün məşğələlərdə iştirak etmək imkanı olmalıdır. Yay Məktəbi 3 gün davam edəcək və bütün iştirakçılar şəhadətnamə ilə təltif olunacaqlar. 3 gün ərzində yaşayış, qidalanma, təlim materialları və s. xərclər “NUR”UGİB tərəfindən ödəniləcəkdir.
"Uşaq hüquqları" Yay Məktəbində iştirak pulsuzdur!!!
İştirak etmək istəyən uşaqlar “NUR” UGİB-ə yazılı ərizə ilə müraciət etməlidirlər.
MÜRACİƏT ÜÇÜN SON TARİX 15 İYUN 2010-CU İLDİR.
-
18 October, 2011
“Azərbaycan 20 il” adlı veb konfrans. -
11 March, 2011
STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER -
11 March, 2011
Modern.az::: "NUR” Uşaq və Gənclər İctimai Birliyi etiraz bəyanatı yayıb -
11 March, 2011
Milli.Az::: "9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi dünya üçün bir çağırışdır" -
11 March, 2011
QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır -
11 March, 2011
Qafqazinfo.az::: “Nur” bəyanat yaydı -
09 March, 2011
“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi -
03 December, 2010
Ağayev Mirməhəmməd -
20 November, 2010
Fidan Məmmədova -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var"








Download attachment >>