"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: “Hər bir uşağın hüququ var!” Milli Kampaniyası çərçivəsində Bakı-Xaçmaz istiqamətində avtobus turu “Hər bir uşağın hüququ var!” Milli Kampaniyası çərçivəsində Bakı-Xaçmaz istiqamətində avtobus turu ================================================================================ admin on 25 May, 2010 22 may 2010-cu il tarixdə “NUR” Uşaq və Gənclərin İctimai Birliyi Bakı-Xaçmaz istiqamətində avtobus turunun təşkili ilə “Hər bir uşağın hüququ var!” Milli Kampaniyasına start verdi. Bakıdan yola düşən 30 nəfər uşaq Şabran rayonu 1 saylı orta məktəbi, Quba rayonu 2 saylı orta məktəb, Xaçmaz rayonu Z.Əliyeva adına liseydə təşkil olunmuş tədbirlərdə öz həmyaşıdları ilə görüşmüş, uşaqların hüquqları və iştirakına dair müzakirələr aparmışlar. Bu aksiyada 500 nəfər uşaq iştirak etmişdir. Daha sonra avtobus turunun iştirakçıları Qubadakı Soyqırım Məzarlığını ziyarət etmişlər. Cari il ərzində daha 10 regiona avtobus turunun təşkili nəzərdə tutulub. “Hər bir uşağın hüququ var!” Milli Kampaniyası Azərbaycan Uşaqlarının I Forumunun Bəyannaməsindən irəli gələrək “NUR” Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən 1 iyun – Uşaqların Beynəlxalq Müdafiə Günü ərəfəsində başlanılmıçdır. Kampaniyanın həyata keçirilməsində məqsəd uşaqların və eləcə də onları əhatə edən insanların uşaq hüquqlarına dair məlumatlılıq səviyyəsini yüksəltmək, uşaqların onların həyatları ilə bağlı təşəbbüskarlığını və iştirakını gücləndirmək, o cümlədən uşaqlara münasibətdə böyüklərin məsuliyyətini artırmaqdan ibarətdir. Kampaniya 1 il davam edəcək.