“Hər bir uşağın hüququ var!” Milli Kampaniyası çərçivəsində Bakı-Xaçmaz istiqamətində avtobus turu
22 may 2010-cu il tarixdə “NUR” Uşaq və Gənclərin İctimai Birliyi Bakı-Xaçmaz istiqamətində avtobus turunun təşkili ilə “Hər bir uşağın hüququ var!” Milli Kampaniyasına start verdi. Bakıdan yola düşən 30 nəfər uşaq Şabran rayonu 1 saylı orta məktəbi, Quba rayonu 2 saylı orta məktəb, Xaçmaz rayonu Z.Əliyeva adına liseydə təşkil olunmuş tədbirlərdə öz həmyaşıdları ilə görüşmüş, uşaqların hüquqları və iştirakına dair müzakirələr aparmışlar. Bu aksiyada 500 nəfər uşaq iştirak etmişdir. Daha sonra avtobus turunun iştirakçıları Qubadakı Soyqırım Məzarlığını ziyarət etmişlər.
Cari il ərzində daha 10 regiona avtobus turunun təşkili nəzərdə tutulub.
“Hər bir uşağın hüququ var!” Milli Kampaniyası Azərbaycan Uşaqlarının I Forumunun Bəyannaməsindən irəli gələrək “NUR” Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən 1 iyun – Uşaqların Beynəlxalq Müdafiə Günü ərəfəsində başlanılmıçdır. Kampaniyanın həyata keçirilməsində məqsəd uşaqların və eləcə də onları əhatə edən insanların uşaq hüquqlarına dair məlumatlılıq səviyyəsini yüksəltmək, uşaqların onların həyatları ilə bağlı təşəbbüskarlığını və iştirakını gücləndirmək, o cümlədən uşaqlara münasibətdə böyüklərin məsuliyyətini artırmaqdan ibarətdir. Kampaniya 1 il davam edəcək.
-
18 October, 2011
“Azərbaycan 20 il” adlı veb konfrans. -
11 March, 2011
STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER -
11 March, 2011
Modern.az::: "NUR” Uşaq və Gənclər İctimai Birliyi etiraz bəyanatı yayıb -
11 March, 2011
Milli.Az::: "9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi dünya üçün bir çağırışdır" -
11 March, 2011
QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır -
11 March, 2011
Qafqazinfo.az::: “Nur” bəyanat yaydı -
09 March, 2011
“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi -
03 December, 2010
Ağayev Mirməhəmməd -
20 November, 2010
Fidan Məmmədova -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var"







