"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: UNİCEF-in İcraçı Direktoru "NUR" Uşaq və Gənclər İctimai Birliyinin üzvlərinə məktub ünvanlayıb. UNİCEF-in İcraçı Direktoru "NUR" Uşaq və Gənclər İctimai Birliyinin üzvlərinə məktub ünvanlayıb. ================================================================================ admin on 15 March, 2010 Azərbaycandan olan “NUR” Uşaq və Gənclərin İctimai Birliyinin üzvlərinə Əziz dostlar: San Marino-Aleksandr Bodini Fondunun Uşaq Mükafatı ilə təltif olunmağınız münasibətilə UNİCEF-in ən xoş təbriklərini qəbul etməyinizi xahiş edirəm. “NUR” Uşaq və Gənclərin İctimai Birliyinin fəaliyyəti uşaq hüquqları məsələlərində uşaq və gənclərin iştirakının dəyərini nümayiş etdirir. Biz sizin uşaqlar üçün bərabər hüquqları müdafiə etməyinizi alqışlayırıq. Uşaqlara Uşaq Hüquqları Konvensiyası əsasında öz fəaliyyətlərini təşkil etmək imkanı yaratmaqla Siz onların eşidilməsinə yardımçı olursunuz və uşaqların həyatları ilə bağlı məsələləri önə çəkirsiniz. Uşaq və gənclər tərəfindən belə təşəbbüslərin həyata keçirilməsinin əsasında onlar öz cəmiyyətləri, xalqları və dünyada dəyişiklik edə bilərlər. UNİCEF “NUR” Uşaq və Gənclərin İctimai Birliyinin fəaliyyətini yüksək dəyərləndirir və gələcəkdə uğurlar arzulayır. Ən xoş arzularla, Ann M. Veneman UNİCEF-in İcraçı Direktoru