UNİCEF-in İcraçı Direktoru "NUR" Uşaq və Gənclər İctimai Birliyinin üzvlərinə məktub ünvanlayıb.

Şrift ölçüsü: Decrease font Enlarge font
image

25 fevral 2010-cu il, Nyu York, ABŞ

Azərbaycandan olan “NUR” Uşaq və Gənclərin İctimai Birliyinin üzvlərinə 

Əziz dostlar: 

San Marino-Aleksandr Bodini Fondunun Uşaq Mükafatı ilə təltif olunmağınız münasibətilə UNİCEF-in ən xoş təbriklərini qəbul etməyinizi xahiş edirəm. “NUR” Uşaq və Gənclərin İctimai Birliyinin fəaliyyəti uşaq hüquqları məsələlərində uşaq və gənclərin iştirakının dəyərini nümayiş etdirir. 

Biz sizin uşaqlar üçün bərabər hüquqları müdafiə etməyinizi alqışlayırıq. Uşaqlara Uşaq Hüquqları Konvensiyası əsasında öz fəaliyyətlərini təşkil etmək imkanı yaratmaqla Siz onların eşidilməsinə yardımçı olursunuz və uşaqların həyatları ilə bağlı məsələləri önə çəkirsiniz. 

Uşaq və gənclər tərəfindən belə təşəbbüslərin həyata keçirilməsinin əsasında onlar öz cəmiyyətləri, xalqları və dünyada dəyişiklik edə bilərlər.  

UNİCEF “NUR” Uşaq və Gənclərin İctimai Birliyinin fəaliyyətini yüksək dəyərləndirir və gələcəkdə uğurlar arzulayır.  

Ən xoş arzularla,

 Ann M. Veneman

UNİCEF-in İcraçı Direktoru

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az