Müraciət 2.
Müraciət: Bir qıza aşiq oldum. Bir neçə aydan sonra ona mesaj vasitəsilə dedim. Ona mesajlar göndərməyə başladım. Ama təcrübəsizliyimdən (yaş 14) ona hazır mesaj göndərirdim. O da bunu bildi. Birinci dəfə mesaj vasitəsilə sevdiyimi deyəndə səhərisi gün məktəbə gələndə mənə elə baxırdıki, elə bil ömür boyu məni sevib. Lakin dediyim kimi hazır mesaj söhbətindən sonra nisbətən məndən uzaqlaşmağa başladı. Mən artıq ona mesaj yazdım.Amma səhv başadüşmə nəticəsində dava-qirğin oldu. O vaxtdan nə isə bir şey düzəltməyə çalışdım amma 1% dən artıq irəliləyiş olmadı. Mən neyniyim? Xahiş edirəm mənə kömək edin....
Əziz dost,
Biz sənin fikrinə və hisslərinə hörmətlə yanaşırıq. Amma qeyd etmək istərdik ki, bu yaş dövründə yaranan sevgi münasibətləri yeniyetməlik sevgisi də ola bilər. Bu hisslərin əsl sevgi olub-olmamasını zaman göstərəcək. Sən heç də özünün təcrübəsiz olduğunu fikirləşmə. Sevmək üçün təcrübə lazım deyil. Amma sən də öz fikirlərini ifadə etməyə ciddi yanaşmamısan. Ümumiyyətlə, istənilən vəziyyətdə və istənilən məsələ ilə bağlı öz fikirlərini ifadə etməyi bacar. Hazır mesajlar sənin deyil, digər insanların düşüncəsinin məhsuludur. Çalışın hər zaman ürəyinizdən keçən hissləri ifadə edəsiniz. Onlar sadə və bəsit olsalar da, gözəldir, səmimidir.
Sənin hazırda emosional durumdasan. Və indi bu məsələnin həlli üçün lazım olan yalnız zamandır. Zaman sizə imkan verəcək ki, emosiyalar, hisslərlə deyil, sağlam düşüncə ilə olanları qiymətləndirəsiniz. Zaman hər şey həll edəcək və əgər bu əsl sevgidirsə, hər ikiniz bunu hiss edəcəksiniz.
Sən indi öz bacarıqlarını inkişaf etdirməlisən, özünü oxumağa, təhsil almağa, müəyyən bir peşə sahibi olmağa istiqamətlənməlisən. Çünki insan həyatdakı mövqeyini və gələcəyini bunların üzərində qurur. Hələ 14 yaşın var. Məktəbi bitirənə qədər bir neçə qızlardan xoşun gələcək və yaxud da bir neçə qızın səndən xoşu gələcək. Amma tələsmək bəzən acı sonluqlarla nəticələnə bilər. Qarşıda tələbəlik kimi gözəl və maraqlı gənclik çağları səni gözləyir.
Əsl sevginin nə olduğunu dərk edəndə və əsl sevgi ilə rastlaşanda, ürəyindən keçən ən ülvi və gözəl sözləri nəinki, mesaj vasitəsilə hətta üzbəüz deməkdən də çəkinməyəcəksən.
Ən xoş arzularla,
"NUR" Uşaq və Gənclərin İctimai Birliyi
-
18 October, 2011
“Azərbaycan 20 il” adlı veb konfrans. -
11 March, 2011
STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER -
11 March, 2011
Modern.az::: "NUR” Uşaq və Gənclər İctimai Birliyi etiraz bəyanatı yayıb -
11 March, 2011
Milli.Az::: "9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi dünya üçün bir çağırışdır" -
11 March, 2011
QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır -
11 March, 2011
Qafqazinfo.az::: “Nur” bəyanat yaydı -
09 March, 2011
“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi -
03 December, 2010
Ağayev Mirməhəmməd -
20 November, 2010
Fidan Məmmədova -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var"







