Müraciət 1.
Əziz dost,
Uşaqların təhsil alması 2009-cu ilin dekabr ayında Bakıda keçirilmiş Azərbaycan Uşaqlarının I Forumunda geniş müzakirə olunmuş, bununla bağlı uşaqların istək və təklifləri Forumun yekun Bəyannaməsinə daxil edilmiş və aidiyyatı üzrə qurumlara təqdim olunmuşdur. Biz eyni zamanda uşaqların bərabər, keyfiyyətli təhsil alması üçün dövlətimiz tərəfindən həyata keçirilən proqram və təşəbbüsləri, ciddi nəzarəti, müasir düşüncəli insanlar tərəfindən verilən dəstəkləri və bu dəstəklər sayəsində təhsil sahəsindəki yenilikləri etiraf etməliyik. Düzdür sənin də önə çəkdiyin problem məktəblərdə olan mövcud problemlərdən biridir. Biz inanırıq ki, bu problemlər yaxın gələcəkdə öz müsbət həllini tapacaqdır. Təbii ki, buna zaman lazımdır...
Biz yaxşı başa düşürük ki, sənin bu zamanı gözləməyə vaxtın yoxdur. Odur ki, problemdən çıxış yolu kimi sənə və bacına ən vacib addım olaraq çoxlu kitab oxumağı, kitabxanalardan və internet saytlardan əlavə məlumatlar tapıb oxumağı tövsiyyə edirik. Eyni zamanda inanırıq ki, əgər siz məktəbdə müəllimlərinizə yaxınlaşıb oxumaq fikirində olduğunuzu bildirsəniz, onlar vicdanla və məsuliyyət hissi ilə sizə lazım olan köməkliyi göstərərlər. Bunu etməkdən çəkinməyin. Və fikirləşməyin ki, əgər müəllimdən kömək istəsəniz o sizi pis qəbul edər. Yox, əksinə əsl müəllim fəxr hissi duyacaq ki, siz həyatınızdakı nəaliyyətləri onun köməyi ilə qazanmaq istəyirsiz.
Əsas odur ki, öz bacarığınıza və biliyinizə inanın. Bütün çatışmazlıqlara baxmayaraq, iradəli olun və bütün təhsil imkanlarından yararlanmağa çalışın. Savadlı olmaq və ali məktəbdə təhsil almaq üçün yüksək təmirli məktəb və yaxud da xüsusi hazırlıqların olması vacibdir. Tarix göstərir ki, təhsil almaq imkanları məhdud olan insanların arasından çox saylı alimlər, ziyalılar yetişib. Biz inanırıq ki, siz ali məktəbə qəbul olacaq və savadlı bir şəxsiyyət olaraq formalaşacaqsınız, valideynlərinizi və bizi sevindirəcəksiniz. Çünki, sizin həm istəyiniz, həm də məqsədiniz var. İstək nə qədər çox olsa məqsədə doğru məsafə bir o qədər azalar. Məqsədinizi və istəyinizi gücləndirin! Uğurlar Sizə!
Ən xoş arzularla,
“NUR” Uşaq və Gənclərin İctimai Birliyi
-
18 October, 2011
“Azərbaycan 20 il” adlı veb konfrans. -
11 March, 2011
STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER -
11 March, 2011
Modern.az::: "NUR” Uşaq və Gənclər İctimai Birliyi etiraz bəyanatı yayıb -
11 March, 2011
Milli.Az::: "9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi dünya üçün bir çağırışdır" -
11 March, 2011
QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır -
11 March, 2011
Qafqazinfo.az::: “Nur” bəyanat yaydı -
09 March, 2011
“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi -
03 December, 2010
Ağayev Mirməhəmməd -
20 November, 2010
Fidan Məmmədova -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var"







