"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı ================================================================================ admin on 26 January, 2010 "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramının (2007-2010 -cu illər)" təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI Azərbaycanda məktəbəqədər təhsil sisteminin müasir tələblər səviyyəsində qurulması, məktəbəqədər yaşlı uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılması, onların şəxsiyyətinin formalaşması və məktəbə hazırlanması işinin qabaqcıl beynəlxalq standartlara uyğun təmin edilməsi məqsədilə qərara alıram: 1. "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010 -cu illər)" təsdiq edilsin (əlavə olunur). 2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilmiş Dövlət Proqramının əlaqələndirici orqanı Azərbaycan Respublikasının Təhsil Nazirliyidir. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. 4. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir. İlham ƏLİYEV, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 12 aprel 2007-ci il № 2089