"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: "Sülh mədəniyyəti və dünya uşaqlarına münasibətdə qeyri-zorakılıq beynəlxalq onilliyinin (2001-2010)" Azərbaycan Respublikasında qeyd edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI "Sülh mədəniyyəti və dünya uşaqlarına münasibətdə qeyri-zorakılıq beynəlxalq onilliyinin (2001-2010)" Azərbaycan Respublikasında qeyd edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI ================================================================================ admin on 26 January, 2010 "Sülh mədəniyyəti və dünya uşaqlarına münasibətdə qeyri-zorakılıq beynəlxalq onilliyinin (2001-2010)" Azərbaycan Respublikasında qeyd edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin təşəbbüsü ilə "Sülh mədəniyyəti və dünya uşaqlarına münasibətdə qeyri-zorakılıq beynəlxalq onilliyinin (2001-2010)" keçirilməsini və məsələlərin koordinatoru BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatının (YUNESKO-nun) tövsiyəsinə nəzərə alaraq, Azərbaycan Respublikasının beynəlxalq tədbirlərdə daha yaxından iştirakını təmin etmək məqsədi ilə qərara alıram: 1. 2001-2010-cu illər Azərbaycan Respublikasında "Sülh mədəniyyəti və dünya uşaqlarına münasibətdə qeyri-zorakılıq beynəlxalq onilliyi" kimi geniş qeyd olunsun. 2. "Sülh mədəniyyəti və dünya uşaqlarına münasibətdə qeyri-zorakılıq beynəlxalq onilliyi"nin qeyd edilməsi ilə bağlı tədbirlərin hazırlanıb həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 28 dekabr tarixli 299 nömrəli Sərəncamı ilə Beynəlxalq "Sülh mədəniyyəti ili"nin qeyd olunması ilə əlaqədar yaradılmış Milli Komitəyə tapşırılsın. 3. Milli Komitə bir ay müddətində müvafiq tədbirlər proqramı hazırlayıb təsdiq etsin. 4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV Bakı şəhəri, 4 iyul 2001-ci il № 765