"Sülh mədəniyyəti və dünya uşaqlarına münasibətdə qeyri-zorakılıq beynəlxalq onilliyinin (2001-2010)" Azərbaycan Respublikasında qeyd edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
"Sülh mədəniyyəti və dünya uşaqlarına münasibətdə qeyri-zorakılıq beynəlxalq onilliyinin (2001-2010)" Azərbaycan Respublikasında qeyd edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin təşəbbüsü ilə "Sülh mədəniyyəti və dünya uşaqlarına münasibətdə qeyri-zorakılıq beynəlxalq onilliyinin (2001-2010)" keçirilməsini və məsələlərin koordinatoru BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatının (YUNESKO-nun) tövsiyəsinə nəzərə alaraq, Azərbaycan Respublikasının beynəlxalq tədbirlərdə daha yaxından iştirakını təmin etmək məqsədi ilə qərara alıram:
1. 2001-2010-cu illər Azərbaycan Respublikasında "Sülh mədəniyyəti və dünya uşaqlarına münasibətdə qeyri-zorakılıq beynəlxalq onilliyi" kimi geniş qeyd olunsun.
2. "Sülh mədəniyyəti və dünya uşaqlarına münasibətdə qeyri-zorakılıq beynəlxalq onilliyi"nin qeyd edilməsi ilə bağlı tədbirlərin hazırlanıb həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 28 dekabr tarixli 299 nömrəli Sərəncamı ilə Beynəlxalq "Sülh mədəniyyəti ili"nin qeyd olunması ilə əlaqədar yaradılmış Milli Komitəyə tapşırılsın.
3. Milli Komitə bir ay müddətində müvafiq tədbirlər proqramı hazırlayıb təsdiq etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV
Bakı şəhəri, 4 iyul 2001-ci il
№ 765
-
18 October, 2011
“Azərbaycan 20 il” adlı veb konfrans. -
11 March, 2011
STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER -
11 March, 2011
Modern.az::: "NUR” Uşaq və Gənclər İctimai Birliyi etiraz bəyanatı yayıb -
11 March, 2011
Milli.Az::: "9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi dünya üçün bir çağırışdır" -
11 March, 2011
QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır -
11 March, 2011
Qafqazinfo.az::: “Nur” bəyanat yaydı -
09 March, 2011
“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi -
03 December, 2010
Ağayev Mirməhəmməd -
20 November, 2010
Fidan Məmmədova -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var"







