"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Orta ixtisas təhsili pilləsini yüksək nəticələrlə başa vuran məzunların (subbakalavrların) topladıqları kreditlərin uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınması haqqında Orta ixtisas təhsili pilləsini yüksək nəticələrlə başa vuran məzunların (subbakalavrların) topladıqları kreditlərin uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınması haqqında ================================================================================ admin on 14 January, 2010 AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ QƏRAR № 195 Bakı şəhəri, 22 dekabr 2009-cu il Orta ixtisas təhsili pilləsini yüksək nəticələrlə başa vuran məzunların (subbakalavrların) topladıqları kreditlərin uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınması haqqında "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 1.11-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR: 1. Müəyyən edilsin ki, orta ixtisas təhsili pilləsini fərqlənmə diplomu ilə bitirmiş və "subbakalavr" ixtisas dərəcəsi almış məzunların ayrı-ayrı fənlərdən topladıqları kreditlər tələbənin müraciəti və müvafiq sənədlər (fərqlənmə diplomu və onun əlavəsi) təqdim edildikdən sonra baxılaraq, bakalavr səviyyəsinin uyğun ixtisaslarında ali təhsil müəssisəsi tərəfindən nəzərə alınır. 2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə