De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin yaradıldı

Şrift ölçüsü: Decrease font Enlarge font

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ

QƏRAR № 5 

Bakı şəhəri, 13 yanvar  2010-cu il 

Azərbaycan Respublikası  Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı  De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin yaradılması haqqında 

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 mart tarixli 1386 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (Deinstitusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın icrasının səmərəli idarə olunmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdindəki İşçi Qrupunun bazasında Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi yaradılsın.

2. Müəyyən edilsin ki, "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"nın icrası üçün dövlət büdcəsi və digər mənbələr hesabına nəzərdə tutulmuş vəsaitlər üzrə sifarişçi funksiyasını Azərbaycan Respublikasının Təhsil Nazirliyi De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsi vasitəsilə həyata keçirir.

3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi:

3.1. De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin yerləşdirilməsi məsələsini həll etsin;

3.2. De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin strukturunu və xərclər smetasını hər il Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla təsdiq etsin.

4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 iyun tarixli 174s nömrəli sərəncamı qüvvədən düşmüş hesab edilsin.

5. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri     A.Rasi-zadə  

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az