"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Uşağın anadan olmasına görə müavinətin məbləğinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı Uşağın anadan olmasına görə müavinətin məbləğinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı ================================================================================ admin on 11 January, 2010 Uşağın anadan olmasına görə müavinətin məbləğinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı Azərbaycan Respublikasında uşaqlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram: 1. Uşağın anadan olmasına görə sosial müavinət 50 faiz artırılaraq 75 manat məbləğində müəyyən edilsin. 2. “Sosial müavinətlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 avqust tarixli 820 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №8, maddə 727) 1.2.2-ci bəndində “50” rəqəmi “75” rəqəmi ilə əvəz edilsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin. 4. Bu Fərman 2010-cu il yanvarın 1-dən qüvvəyə minir. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 23 dekabr 2009-cu il.