Uşağın anadan olmasına görə müavinətin məbləğinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı

Şrift ölçüsü: Decrease font Enlarge font
Uşağın anadan olmasına görə müavinətin məbləğinin artırılması haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı

Azərbaycan Respublikasında uşaqlı ailələrin sosial müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram: 

1. Uşağın anadan olmasına görə sosial müavinət 50 faiz artırılaraq 75 manat məbləğində müəyyən edilsin.

2. “Sosial müavinətlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 avqust tarixli 820 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №8, maddə 727) 1.2.2-ci bəndində “50” rəqəmi “75” rəqəmi ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərman 2010-cu il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 dekabr 2009-cu il.

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az