Uşaq hüquqları sahəsində beynəlxalq standartların təkamülü prosesi

Şrift ölçüsü: Decrease font Enlarge font
1924Millətlər Liqası uşaq hüquqları haqqında Cenevrə Bəyannaməsini qəbul etmişdir. Bəyannamə uşaqların maddi, mədəni və mənəvi inkişafı üçün imkanlardan istifadə etmək hüququnu; xəstə, əlil və ya valideynlərdən məhrum olmuş uşaqlar üçün  qayğı almaq hüququnu; çətin  vəziyyətə  olduqda kömək üçün müraciət etmək hüququ;  iqtisadi  istismardan azadlıq və sosial məsuliyyət hissini aşılayan tərbiyə almaq hüquqlarını müəyyən edin.

1948BMT Baş Məclisi insan hüquqları haqqında  Ümumdünya Bəyannaməsini qəbul etmişdir ki, Bu Bəyannamə 25 saylı Maddədə uşaqlıq dövrünü “xüsusi qayğı və yardım almaq təmin edilən dövr” kimi istinad edilir. 

1959 -  BMT Baş Məclisi İnsan Hüquqları haqqında Bəyannaməni qəbul etmişdir; bu Bəyannaməni qəbul etmişdir;  bu Bəyannamə ayrı - seçkilikdən qorunmaq hüququnu, ad və vətəndaşlıq almaq hüquqlarını təsdiq edir. Bəyannamə həmçinin uşaqların təhsil, səhiyyə xidmətləri və xüsusi müdafiə almaq hüquqlarını təsdiq edir. 

1966 - Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Saziş və İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Saziş qəbul etmişdir. Sazişlər uşaqların istismardan qorunmasını dəstəkləyir və təhsil almaq hüququnu təlqin edir. 

1973 - Beynəlxalq Əmək Təşkilatı tərəfindən işə qəbul üçün minimal yaş həddinə dair 138 saylı Saziş qəbul edilmişdir. Bu Saziş şəxslərin sağlamlığı, təhlükəsizliyi və mənəvi durumu üçün  təhlükəli ola biləcək işlər üçün 18 yaşı minimal yaş həddi kimi müəyyən etmişdir. 

1979 - BMT Baş Məclisi tərəfindən qadınlara qarşı bütün növ ayrı – seçkilik hallarının ləğv edilməsinə dair Konvensiya qəbul edilmişdir. Konvensiya  qız və qadınların insan hüquqlarının müdafiə edilməsini təmin edir. Konvensiya ilə 1979-cu il Beynəlxalq  Uşaq ili elan edilmiş və hüququ baxımdan icbari olan Uşaq hüquqları Konvensiyanın tərtib edilməsi  üçün işçi qrup yaradılmışdı. 

1989 - BMT Baş Məclisi tərəfindən növbəti il qüvvəyə girmiş Uşaq Hüquqları Konvensiyası yekdilliklə qəbul etmişdir. 

1990 - 1990-cı il tarixi Uşaqlara həsr edilmiş Ümumdünya Zirvə Toplantısında uşaqların sağ qalması, müdafiə  edilməsi  və inkişaf etməsi haqqında Ümumdünya Bəyannaməsi və onun 1990-cı ildə həyata keçirilməsi üçün Tədbirlər  Planı qəbul edilmişdir. 

1999 - Beynəlxalq Əmək Təşkilatı tərəfindən Uşaq  Əməyinin ən ağır formalarının qadağan olunması və aradan qaldırılması üçün təcili tədbirlərə dair 182 saylı Konvensiya qəbul edilmişdir. 

2000 - BMT Maş Məclisi tərəfindən Uşaq hüquqları Konvensiyasını iki Fakultativ  Protokolu qəbul edilmişdir;  onlardan biri uşaqların silahlı münaqişələrə cəlb edilməsinə, digəri isə uşaq alveri, uşaq fahişəliyi və uşaq pornoqrafiyasına aiddir.

2002 - BMT Baş Məclisi tərəfindən xüsusi olaraq uşaqlar ilə bağlı məsələləri  müzakirə etmək üçün ilk dəfə uşaqlara  həsr olunmuşdur toplantı keçirilir. Yüzlərlə uşaq rəsmi nümayəndə həyətlərinin üzvləri qismində çıxış edir və dünya liderləri uşaq hüquqları sahəsində “Uşaqlar üçün Yararlı Dünyanın təmin edilməsi”  haqqında sazişə qoşulmaq öhdəliyini üzərlərinə götürürlər.

2007 - BMT Baş Məclisinin Uşaqlara həsr edilmiş xüsusi toplantısından sonrakı beş illik dövr 140-dan çox hökumət tərəfindən imzalanmış uşaqlar haqqında bəyannamə ilə yekunlaşır. Bəyannamədə əldə edilmiş nailiyyətlər və hələ də mövcud olan problemlər əks etdirilmiş və Uşaqlar üçün Yararlı Dünya Sazişi, Konvensiya və onun Fakultativ Protokolları ilə bağlı öhdəlik bir daha vurğulanaraq təsdiq edilir.

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az