"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Uyğunsuzluqlar ilə şərtlənən problemlər Uyğunsuzluqlar ilə şərtlənən problemlər ================================================================================ admin on 18 January, 2010 Uşaq ölümü – qiymətləndirmənin həyata keçirilməsi üçün kifayət qədər məlumat olan 90 ölkənin yarısında kasıb əhali arasında uşaq ölümü varlı əhali ilə müqayisədə ən azı 1,9 dəfə yüksəkdir. Aşağı çəkinin yayılması halları – inkişaf etməkdə olan ölkələrdə beş yaşına çatmamış kasıb uşaqlar arsında varlılar ilə müqayisədə iki dəfədən çox rast gəlməsi ehtimal olunur. İçməli su boru xətlərindən istifadə imkanları – kənd ev təsərrüfatları ilə müqayisədə şəhər ev təsərrüfatları üçün iki dəfədən çoxdur. Bərpa edilmiş sanitariya vasitələrindən istifadə imkanları - inkişaf etməkdə olan ölkələrdə şəhər sakinləri üçün kənd sakinləri ilə müqayisədə təxminən iki dəfədən çoxdur. İİV yayılması halları – Şərqi və Cənubi Afrika ölkələrində qadınlar arasında kişilər ilə müqayisədə 3 dəfə yüksəkdir. İİV haqqında dolğun biliklər – Cənubi Asiya ölkələrində gənc kişilər arasında gənc qadınlar ilə müqayisədə iki dəfə çoxdur. Gənclər arasında savadlılıq göstəricisi - ən az inkişaf etmiş ölkələrdə gənc kişilər arasında qadınlar ilə müqayisdəd 1,2 dəfə yüksəkdir. Orta məktəbdə davamiyyət göstərcisi – Latın Amerikası və Karib dənizi hövzəsi ölkələrində qızlar ilə müqayisədə oğlanlar üçün bu göstərici 6 faiz aşağıdır. Erkən nigah - inkişaf etməkdə olan ölkələrdə kənd yerlərində yaşayan qadınlar arasında şəhər qadın sakinləri ilə müqayisədə iki dəfədən çoxdur. Uşaqların doğulduqdan sonra qeydə alınması – şəhərdə doğulan uşaqlar üçün kəndlərdə doğulanlar ilə müqayisədə təxminən iki dəfə çox ehtimal olunur. Doğuş zamanı təcrübəli səhiyyə işçilərinin iştirakı – gəlir səviyyəsi yüksək olan inkişaf etməkdə olan ölkələrdə kasıb ölkələr ilə müqayisədə iki dəfə çoxdur. Ana ölümü riskinin müddəti - ən az inkişaf etmiş ölkələrdə yaşayan qadınlar üçün sənaye ölkələrində yaşayanlar ilə müqayisədə 300 dəfə çoxdur.