"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Sağ qalmaq və inkişf etmək hüquqları sahəsində irəliləyiş Sağ qalmaq və inkişf etmək hüquqları sahəsində irəliləyiş ================================================================================ admin on 17 January, 2010 Uşaqların sağ qalmaq göstəricisi – Dünayada beş yaşına çatmamış uşaqların illik göstəricisi 1990-cu il üzrə 13 milyondan 2008-ci ildə 9 milyona enmişdir. Yalnız ana südü ilə qidalanma – Bir ölkə istisna olmaqla bütün inkişaf etməkdə olan ölkələrdə yaşı altı aydan aşağı olan körpələrin ana südü ilə qidalanması göstəricisi artmışdır. Mikroelement əlavələri – A vitaminin iki dozasını təyin etməklə inkişaf etməkdə olan regionlarda uşaq sağlamlığının qorunması göstəricisi 1999-cu ildən etibarən 16%-dən 62%-ə qalxmışdır. Müntəzəm immunlaşdırma – AGDT3 peyvəndinin üç dozası ilə peyvənd etmək 1990-cı il üzrə 75%-dən 2007-ci ildə 81%-ə yüksəlmişdir. Vaksinlər – Milyonlarla insan həyatını xilas etmiş və dünyada qızılca xəstəliyindən ölüm hallarını 2000-ci ildən etibarən 74% azaltmışdır. Malyariyanın profilaktikası - Beş yaşına çatmamış uşaqlar üçün üzərinə xüsusi dərman vurulmuş ağcaqanada qarşı tordan istifadə halları 2000-ci ildən etibarən Səhranın cənubunda yerləşən Afrika ölkələrində kəskin şəkildə artmışdır. İİV yayılması – 2000-ci ildən etibarən qadın məsləhətxanalarına müraciət edən 15-24 yaş arasında olan qadınlar arasında azalmışdır, 17 ölkədən 14-də xəstəliyin yayılması meyllərini müşahidə etmək üçün kifayət qədər məlumat əldə edilmişdir. İİV müalicə - Ən yüksək göstərici Səhranın cənubunda yerləşən Afraka ölkələrində qeydə alınmaqla, 15 yaşına çatmamış uşaqlar üzrə göstərici kəskin şəkildə artmışdır. Təmiz içməli su – 1990 və 2006-cı illər arasında 1.6 milyarddan artıq insan təmiz içməli sudan istifadə imkanını əldə etmişdir. İbtidai təhsil – Məktəbdən yayınan uşaqların sayı 2002-ci ildəki 115 milyondan 2007-ci ildə 101 milyona enmişdir. İbtidai təhsilin başa vurulması – İnkişaf etməkdə olan ölkələrdə uşaqların sayı 1999-cu ildəki 79%-dən 2006-cı ildə 85% yüksəlmişdir. İbtidai təhsildə gender bərabərliyi – ilə bağlı vəziyyət yaxşılaşır, inkişaf etməkdə olan regionların əksəriyyətində 96% və ya daha yüksək səviyyədə qeydə alınmışdır.