Qarşıda duran yol

Şrift ölçüsü: Decrease font Enlarge font

Tədbirlər Planına uyğunluğu təmin etmək üçün əsas işlərin əksəriyyəti artıq həyata keçırılmışdır. Konvensiyanın və onun Fakultativ Protokollarının icrasına monitorinq etmək həvalə edilmiş Uşaq Hüquqları Komitəsi hesabatvermə prosesi, ümumi rəylərin təmin edilməsi və müzakirə üçün günlərin təyin edilməsi vasitəsilə İştirakçı Dövlətlərə uşaq hüquqlarının həyata keçirilməsi sahəsində davamlı olaraq bələdçilik edir. Milli hökumətlər bu kimi tövsiyyələri artan meyllə qəbul edərək uşaq hüquqları sahəsində dayanıqlı üstünlüklər və faydalar əldə edirlər. 

Ana, yeni doğulmuş körpə və uşaq üçün ilk tibbi sanitar yardım, uşaq dostu təhsil və təhlükəsiz mühit prinsipləri kimi ümumsistem yanaşmaları müvafiq olaraq uşaq səhhəti, təhsili və müdafiəsi ilə bağlı məhrumiyyətlərin aradan qaldırılması üçün dolğun mexanizmləri təmin edir. Əməkdaşlıqda insan hüquqlarına əsaslanan yanaşmanın tətbiq edilməsi uyğunsuzluqların aradan qaldırılması və fəaliyyətlərin həayata keçirilməsində insan hüquqları prinsiplərinin rəhbər tutulmasının təmin edilməsi üçün möhkəm təməl yaradır. Humanitar yönümlü fəaliyyət hal-hazırda uşağın bütün ehtiyaclarının nəzərə alaraq, təhsil və müdafiəni habelə uşaqların əsas fiziki ehtiyaclarının ödəmək üçün əsas mal və xidmətləri təmin etmək olan əsas ənənəvi öhdəliyini prioritet istiqamət kimi müəyyən edir. İnkişaf etməkdə olan ölkələrdə informasiya və kommunikasiya vasitələrinə çıxışın sürətlə artması nəticəsində ucqar və təcrid edilmiş icmalara vacib məlumatların çatdırılması imkanı əldə edilir. 

Əsas çağırış son 20 il ərzində əldə edilmiş irəliləyişlərin ümumiləşdirilməsi, risklərin aradan qaldırılması və sosial, iqtisadi və texnoloji inkişaf nəticəsində təmin edilmiş imkanlardan istifadə etməkdir. 

Uşaq Hüquqları Konvensiyası uzun mübarizələrdən sonra və çətinliklə əldə edilmiş bir qələbədir. Konvensiya uşaqların hüquqları təmin edilmiş və insan rifahının hər bir aspekti son nəticə olaraq yaxşılaşdırılmış bir dünyaya doğru yolumuzu müəyyən edən qiymətli bir sənəddir. 21-ci əsrin birinci onilliyinin sona çatmasına az qaldığından biz Konvensiya ilə müəyyən edilmiş prinsiplərin və müddəaların praktikada tətbiq edilməsi üçün mövcud imkandan istifadə etməliyik. Növbəti 20 il üçün çağırış hökumət cavabdehliyinin sosial və fərdi məsuliyyəti ilə təmərküzləşdirilməsində ibarət olacaq. Konvensiyanın mövqeyini hər bir uşaq üçün reallığa çevirmək üçün bu sənəd hər bir insan üçün rəhbər tutulacaq bir sənəd olmalıdır.

 

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az