Tədbirlər planı

Şrift ölçüsü: Decrease font Enlarge font

Belə bir qeyri –müəyyən zamanda köhnə fəaliyyət yollarının artıq uyğun olmadığı aydındır. Dünya özündə köklü dəyişikliklər etmək və öz səylərini təkcə fiziki və iqtisadi sahələrin deyil, həm də ən həssas əhalisinin müdafiəsinə və dəstəklənməsinə yönəltmək üçün unikal imkan əldə edir. Uşaq Hüquqları Konvensiyası dörd əsas fəaliyyətlərə əsaslanaraq prioritetlərin yenidən müəyyən edilməsində mərkəzi rol oynamalıdır:

Uşaqların ən yaxşı mənafelərinin idarəçiliyin sınanılmasında əsas faktor kimi nəzərə alınması. İdarəçiliyin hər bir aspekti uşaq hüquqlarına təsir edə bilər. Qərarların verginin təyin edilməsi və ya ticarət, diplomatiya və ya borc məsələlərinə aid olmasından asılı olmayaraq “uşaqlar üçün neytral” siyasət, qanun, büdcə, proqram və ya plan deyilən anlam yoxdur. Bu səbəbdən də, İştirakçı Dövlətlərin ilk əsas vəzifəsi müxtəlif növ qanunvericilik və inzibati fəaliyyətlərin uşaqlara olan təsir və nəticələrinin qiymətləndirilməsi, ikinci vəzifəsi isə büdcə, siyasət və proqramların Konvensiya ilə müəyyən edilmiş prinsiplərin bütün aspektlərində tətbiq edilməsi təmin etməkdir.  

Milli səviyyədə həyata keçirilən fəaliyyətlər çərçivəsində büdcə və proqramlarda xüsusi olaraq uşaqların sağ qalmaq, inkişaf etmək, müdafiə edilmək və iştirak etmək hüquqlarının təmin edilməsində labüd olan xidmətlərin əhəmiyyətlik dərəcəsi müəyyən edilməlidir. Bu səylər ölkə və icmalarda uşaq hüquqları sahəsində monitorinq fəaliyyətlərinin həyata keçirməklə dövlət və özəl sektor vəsaitlərinin istifadə edilməsinə və əlaqələndirilməsinə yönəldilməlidir. Əməkdaşlıq əlaqələrinin genişləndirilməsi prosesində donorlar və yardım alan ölkələr öz yardımlarının uşaq maraqlarına necə töhfə verdiyini nəzərdən keçirməlidirlər. Rayon və icmalar səviyyəsində isə yerli idarəetmə orqanları inkişaf ilə bağlı təşəbbüslərin əhatəliyini və müştərəkliyini, qadın və uşaqların baxışlarının qanunda praktikada, siyasət və proqramlardan əks etdirilməsini təmin etməlidirlər. 

Digər çağırış qanunların uşaq hüquqlarına uyğun olaraq təsdiq edilməsi və qüvvəyə girməsinin təmin edilməsidir. Bu isə hökumət nəzdində uşaq hüquqlarını müdafiə edəcək və sektorlar arasında fəaliyyətləri əlaqələndirəcək daimi bölmələrin təsis edilməsini tələb edə bilər. Uşaq hüquqları üzrə müvəkkillər qismində insan hüquqları üzrə müstəqil nümayəndələrin təyin edilməsi ölkə və icmalarda uşaq hüquqları sahəsində monitorinq fəaliyyətlərini gücləndirə bilər. Məlumat, araşdırma və qiymətləndirmə nəticəsində əldə edilmiş faktlara əsasən uşaqlarla bağlı vəziyyətin daha yaxşı dərk edilməsi Konvensiyanın səmərəli şəkildə həyata keçirilməsinin qiymətləndirilməsi üçün əhəmiyyətli komponentlərdir. 

Uşaq hüquqlarının həyata keçirilməsi üçün potensialın inkişaf etdirilməsi. Konvensiya ilə müəyyən edilmiş vədin yerinə yetirilməsi üçün hər bir şəxsin və təşkilatın töhfə verməsi tələb olunacaq. Bütün tərəflər uşaq hüquqlarını dərk etmək, müvafiq reaksiya vermək və təbliğ etmək üçün öz potensiallarını inkişaf etdirməlidir. Bu potensialın hökumətin bütün səviyyələrində, xüsusilə də ən çox çatışmazlıq müşahidə olunan yerli səviyyədə artırılması üçün əlaqələndirilmiş səylər həyata keçirilməlidir. Təhsil, səhiyyə, təhlükəsizlik, fövqəladə xidmətlər və şəhər planlaşdırılması kimi müxtəlif sahələrdə ixtisaslı mütəxəssislər digər sahələr ilə yanaşı uşaq hüquqları sahəsində təlimləndirilməli və bu hüquqlara müvafiq olaraq addım atmaq məsuliyyətləri barədə məlumatlandırılmalıdırlar. 

Ailələr uşaq hüquqlarının təmin edilməsi üçün labüd olan yardım və müdafiənin təmin edilməsinə yönəldilmiş səyləri dəstəklənməlidir; bir çox hallarda bu onların keyfiyyətli əsas xidmətlərə çıxışının və tibbi xidmət və gigiyena sahəsində təkmilləşdirilmiş təcrübələr haqqında daha dolğun məlumatlandırılmasının və həyatlarına təsir edəcək qərarların qəbul edilməsində iştiraklarının təmin edilməsini şərtləndirir.

Hüquqlara malik olan tərəf olaraq uşaqların öz hüquqlarını bilməsi və dərk etməsi və onlara iddia etmək üçün səlahiyyətlər ilə təmin edilməsi mütləqdir. Konvensiya məktəblərdə tədris edilməlidir ki, uşaqlar öz hüquqlarının müdafiəçisi ola bilsinlər. Konvensiyaya əsasən uşaqlar qarşısında məsuliyyət daşıyır: öz hüquqları haqqında biliklərə yiyələnmə digərlərinin hüquqlarının tanımağı və onlara hörmət etməti şərtləndirir.

Uşaq hüquqlarına hörməti təmin edən sosial və mədəni dəyərlərin dəstəklənməsi. Uşaqların qayğı ilə təmin edilməsi, inkişafı və müdafiə edilməsi üçün Konvensiyada əks etdirilmiş dəyər və standartlar heç də həmişə uzun tarixə malik ənənələr ilə dəstəklənmir. Uşaqların erkən nigahı, qadın cinsiyyət orqanlarının kəsilməsi və ayrıseçkilik hallrı kimi sosial və mədəni təcrübələr uşaqların hüquqlarının şübhə altına alınmasında müvafiq rol oynayır. Gender, etnik, əlillik və ya ayrı-seçkiliyi şərtləndirən digər faktorlar əsasında uşaqların öz hüquqlarından məhrum edilməsi yol verilməzdir.

Uşaqlar üçün təhlükəsiz mühitin təmin edilməsi onların hüquqlarına olan bütün təhlükələrin, o cümlədən zərərli ənənələr ilə təyin edilmiş təhlükələrin aradan qaldırılmasını şərtləndirir. Uşaqların müdafiəsi məsələlərində açıq müzakirələrin təbliğ edilməsi, məlumatın daha təkmilləşmiş qaydada toplanılması, təhlili və istifadə edilməsi vasitəsilə monitorinq və nəzarət fəaliyyətlərinin təkmilləşdirilməsi və ailələrin və icmaların uşaq hüquqlarının dərk etmək və təmin etmək potensillarının inkişaf etdirilməsi uşaq və qadınlara qarşı bütün növ zorakılıq, sui-istifadə və təhqir hallarının aradan qaldırılmasında əhəmiyyətli addımlardır. 

Konvensiya ilə bütün uşaqlar üçün müəyyən edilmiş vədin yerinə yetirilməsi üçün birgə fəaliyyət. Konvensiya prinsiplərinin və onun müəəyən etdiyi hüquqların qəbul edilməsi və həyata keçirilməsi üçün geniş tərəfdaşlıq əlaqələrinin qurulması həyati əhəmiyyət kəsb edir. Son illər səhiyyə, təhsil, müdafiə və iştirak sahəsində əməkdaşlıq əlaqələri əhəmiyyətli dərəcədə genişləşmiş və uşaq hüquqları sahəsində və beynəlxalq qaydada razılaşdırılmış inkişaf məəqsədlərinə doğru daha sürətli irəliləyişin təmin edilməsini vəd edir. Lakin, milli və beynəlxalq mənşəli maraqlı tərəflər, icamalar, yerli hökumətlər və fərdi vətəndaşlar arasında daha geniş əməkdaşlıq münasibətlərinin qurulması labüddür. Hökumətlər uşaq hüquqlarının geniş miqyasda və dolğun şəkildə tətbiq edilməsi prosesini müşahidə edən çox saylı problemlərin aradan qaldırılması üçün donorlar, qeyri-hökumət təşkilatları, dini rəhbərlər, müəllimlər, tibbi xidmət təchizatçıları, sosial işçilər və deputatlar ilə birgə fəaliyyət göstərməlidir.   

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az