Risklər və imkanlar

Şrift ölçüsü: Decrease font Enlarge font

Uşaq Hüquqları Konvensiyasının 20-ci ildönümü qeyri –sabit bir dövrə təsadüf edir. 2009-cu il son 80 ildə ən güclü ümumdünya maliyyə böhranı ilə səciyyələndi. Maliyyə böhranı nəticəsində müşahidə olunan qlobal iqtisadi tənəzzül yeyinti məhsullarının qiymətlərinin qalxması ilə birgə yoxsulluğun və kifayət qədər qidalanma hallarının artması ilə bağlı narahatlıqların yaranmasını şərtləndirdi.  

İqlim dəyişkənliyi və əhalinin məskən dəyişmələri son zamanlar əldə edilmiş irəliləyişləri təhlükə altına alır. Psixoloji baxımdan tam inkişaf etmədiklərindən və balaca uşaqların ölümünü şərtləndirən az qidalanma və yoluxucu xəstəliklər kimi əsas faktorların əksəriyyətinin iqlim dəyişkənliyinə həssaslığı üzündən xüsusilə uşaqlar onların təsirinə həssasdırlar. Günü gündən artan faktlar göstərir ki, iqlim dəyişiklikləri əsasən uşaq əhalisi durmadan artan ən  az inkişaf etmiş ölkələrə təsir edəcək. Vətəndaş qarşıdurmaları və iqlim dəyişkənliyi arasında artan əlaqə uşaq hüquqları sahəsinə təsir edən əsas narahatedici məqamdır. İqtisadi sərvətlər, qida və su təchizatları üzərinə düşən böyük təzyiqlər son nəticədə gəlir səviyyəsini azaldacaq və əsas xidmətlərə çıxışı məhdudlaşdıracaq.

Hal-hazırda müşahidə olunan iqtisadi böhranın və digər kənar problemlərin uşaq hüquqları sahəsində şərtləndirdiyi risklər lazımınca qiymətləndiriməlidir. Bu hadisələrin nəsilləri əhatə edəcək uzunmüddətli təsirləri şərtləndirərək növbəti onilliklərdə uşaq hüquqları sahəsində irəliləyişlərin əldə edilməsini şübhə altına alacağı təhlükəsi danılmazdır. Eyni zamanda, tarix göstərir ki, bu kimi böhranlar dəyişikliklərin həyata keçirilməsi üçün bir imkan kimi istifadə oluna bilər. Hökumətlər və digər maraqlı tərəflər problemləri Konvensiyanın prinsipləri və maddələrinə əsasən üzərilərinə götürdükləri öhdəlikləri yeniləşdirmək və uşaq hüquqları sahəsinə nailiyyətləri gücləndiriməsi məqsədilə birgə çalışmaq üçün istifadə edə bilər.

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az