Uşaq Hüquqları sahəsində qlobal səviyyədə əldə edilmiş irəliləyiş və mövcud problemlər
Konvensiya tətbiq edilən dövr uşaqların sağ qalması və inkişaf etdirilməsi sahəsində əhəmiyyətli irəliləyişlərin əldə edilməsi, uşaqların müdafiəsi üçün geniş və əlaqələndirilmiş səylərin həyata keçirilməsi və uşaqların öz inkişaf və müdafiə proseslərində iştirakının vacibliyinin daha geniş miqyasda tanınması ilə səciyyələnmişdir. Uşaqların sağ qalması və inkişaf etdirilməsi sahəsində əldə edilmiş ən əhəmiyyətli nailiyyətlərdən biri beş yaşına çatmamış uşaqların il üzrə ölüm sayının 1990-cı ildə müşahidə olunan 12.5 milyondan 2009-cu ildə 9 milyona endirilməsi olmuşdur.
Xəstəliklərin qarşısını alamaq və onlara nəzarət etmək, qida və qidalanma təhlükəsizliyini gücləndirmək və səhiyyə sisteminin bütün səviyyələrində doğun, vahid xidmətlərini təmin etmək üçün milli hökumətlərin, qeyri-hökumət təşkilatlarının və beynəlxalq səhiyyə icmalarının göstərdikləri böyük səylər nəticəsində uşaqlar arasında ölüm halları daha az müşahdə olunmuşdur. Fərdi olaraq, vaksin ilə qarşısı alınan xəstəliklərə qarşı immulaşdırma tədbirləri dünyanın bütün regionlarında milyonlarla uşaqların həyatını xilas etmək üçün atılan vacid addım olmuşdur.
Uşaqların sağ qalmaq və inkişaf etməklə bağlı digər hüquqları sahəsində də əhəmiyyətli irəliləyişlər əldə edilmişdir. Beş yaşına qədər uşaqlarda geniş yayılmış normadan az çəki halları 1990-cı ildən etibarən bir region istisna olmaqla bütün regionlarda yüksəlmişdir. 1990 və 2006-cı illər arasında 1.6 milyard insan təmiz su mənbələrindən istifadə etmək imkanlarını əldə etmişdir. İİV və QİÇS qarşı mübarizə virusun İİV ilə yoluxmuş hamilə qadından uşağa keçməsinin qarşısının alınması üçün onların, həmçinin yeni doğulanların və körpələrin müayinə edilməsini və genişləndirməklə gücləndirilmiş, hal-hazırda ibtidai təhsil yaşında olan uşaqların təxminən 84 faizi məktəbə cəlb edilmişdir və bununla da ibtidai təhsilə cəlb edilmə ilə bağlı gender boşluqları azaldılmış, inkişaf etməkdə olan ölkələrin əksəriyyətində ibtidai təhsil məktəblərində təhsilin sonuncu sinfədək davam etdirilməsinə dair yüksək göstəricilər əldə edilmişdir.
Konvensiya, uşaqların zorakılıq, istismar, təhqir, ayrı-seçkilik və baxımsızlığın müxtəlif formalarından müdafiə edilmək hüququnu müəyyən etməklə uşaq müdafiəsinin vahid konsepsiya qismində birləşməsi üçün dayanıqlı baza yaratmışdır. Son iki onillik ərzində uşaqların müdafiəsi ilə bağlı təbliğat tədbirləri əhəmiyyətli dərəcədə atrmış, silahlı münaqişə zonalarında uşaqlar və uşaqlara qarşı zorakılıq halları kimi əsas məsələlər üzrə BMT-nin xüsusi nümayəndələri təhlil edilmişdir.
Məlumatlarla bağlı boşluqların uşaqların müdafiə edilmək hüquqlarının pozulması halları haqqında tam dolğunluğu məhdudlaşdırmasına baxmayaraq, müxtəlif indikator qrupları üzrə sorğu və demoqrafik və sağlamlıq üzrə sorğu kimi ev təsərrüfatına dair beynəlxalq sorğular 1990-cı ilin ortalarından etibarən bir sıra əhəmiyyətli məsələlər, o cümlədən uşağın doğulduqdan sonra dərhal qeydə alınması, erkən uşaq nikahları, uşaq əməyi və son illər məişət zorakılığı və uşağın nizam-intizamına yanaşma haqqında müntəzəm məlumatları təmin edir. Konvensiyanın bir sıra maddələri ilə müəyyən edilmiş uşaqların iştirakı son iki illik ərzində daha geniş miqyasda tanınmış və tətbiq edilmişdir. Xüsusi əhəmiyyət kəsb edən hadisələrdən biri 2002-ci il tarixli BMT Baş Məclisinin xüsusi iclası olmuşdur ki, burada 150-dən çox ölkədən olan 400-dən çox uşaq BMT–nin əsas qərar qəbuledici orqanında iştirak etmişdir. Dünyanın müxtəlif böyük və kiçik şəhərləri tərəfindən qəbul edilmiş uşaq yönümlü şəhər proqramları, Braziliya, İspaniya və Böyük Britaniyanın müxtəlif şəhərlərində uşaqların iştirakının təmin edilməsi üçün büdcə vəsaitlərinin ayrılması kimi milli və yerli səviyyələrdə müəyyən edilmiş təşəbbüslər digər məsələlər ilə yanaşı uşaqların qərar qəbuletmə forumlarında iştirakının üstünlüklərini xüsusi vurğulayır.
Yuxarıda sadalanmış irəliləyişlərə baxmayaraq, Konvensiya ilə müəyyən edilmiş vədin bütün dünyada reallığa çevrilməsi üçün bir çox işlər görülməlidir. Problemlər çox və geniş miqyaslıdır. Təxminən 1 milyard uşaq bir və ya daha çox formada maddi məhrumiyyətə məruz qalır. Milyonlarla uşaq, xüsusilə Afrika və Asiya ölkələrində keyfiyyətli səhiyyə xidmətləri, mikroelement əlavələri, təhsil, təmiz su mənbələri, gigiyena vasitələri və sığınacaqdan məhrumdurlar. Hər gün orta hesabla 24000 beş yaşına qədər uşaq əsasən qarşısı alınması mümkün olan xəstəliklərdən hələ tələf olur. İldə təxminən 500 milyon -1.5 milyard sayda uşaq zorakılığa məruz qalır. 5 -14 yaşında təxminən 150 milyon uşaq, uşaq əməyinə cəlb edilir, 140 milyondan çox beş yaşına qədər uşaq yaşlarına görə normadan az çəkidədir və təxminən 100 milyon ibtidai təhsil yaşında olan uşaqlar ibtidai təhsilə cəlb edilməmişdir. Uşaqların müxtəlif fəaliyyətlərdə iştirakı hələ də erkən mərhələdədir və sənaye ölkələrində və inkişaf etməkdə olan ölkələrdə geniş vüsət almışdır.
Uşaq hüquqlarının həyata keçirilməsi sahəsində mövcud olan uyğunsuzluqlar bütün ölkələrdə artan meyllə müşahidə olunur. Faktlar göstərir ki, bəzi uşaqlar, xüsusən də əlil uşaqlar, təcrid edilmiş, ucqar və kasıb icmalara, azlıqlara və əhaliyə və ya ananın təhsili aşağı səviyyədə olan ailələrə mənsub olan uşaqlar digərləri ilə müqayisədə əsas xidmətlərdən və müdafiədən məhrum olmaq riskinə daha çox məruz qalır. Dünyada təhsil sahəsində qızların oğlanlar ilə müqayisədə ibtidai və ya orta təhsildən kənarda qalmaq ehtimalı daha çoxdur. Qızlar 18 yaşına çatmadan ailə qurmaq, fiziki və cinsi zorakılığa məruz qalırlar.
Afrika və Asiya ölkələri uşaqların sağ qalmaq, inkişaf etmək və müdafiə edilmək hüquqları sahəsində ən çox problemləri olan ölkələrdir. Səhra cənubuna yerləşən Afrika və Cənubi Asiya ölkələri isə digər ölkələr ilə müqayisədə bir çox göstəricilər üzrə geri qalır. Burada ilkin səhiyyə xidmətləri, təhsil və müdafiə ilə irəliləyişlərin əldə edilməsi uşaq hüquqları sahəsində və beynəlxalq qaydada razılaşdırılmış uşaq üçün inkişaf məqsədlərinə yönəldilmiş irəliləyişlərin təmin edilməsi üçün həyati əhəmiyyət kəsb edəcək.
-
18 October, 2011
“Azərbaycan 20 il” adlı veb konfrans. -
11 March, 2011
STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER -
11 March, 2011
Modern.az::: "NUR” Uşaq və Gənclər İctimai Birliyi etiraz bəyanatı yayıb -
11 March, 2011
Milli.Az::: "9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi dünya üçün bir çağırışdır" -
11 March, 2011
QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır -
11 March, 2011
Qafqazinfo.az::: “Nur” bəyanat yaydı -
09 March, 2011
“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi -
03 December, 2010
Ağayev Mirməhəmməd -
20 November, 2010
Fidan Məmmədova -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var"







