Uşaq Hüquqları Konvensiyanın bütün dövrlərdə aktuallığı
2009-cu ilin 20 noyabr tarixində dünya ictimaiyyəti Uşaq Hüquqları Konvensiyasının 20-ci ildönümünü qeyd etdi. Tarix boyu ən geniş miqyasda təsdiq edilmiş Konvensiya, onun 54 müddəası və Fakültativ Protokolları bütün uşaqların mülki, siyasi, mədəni, sosial və iqtisadi hüquqlarını ayrı-seçkiliyə yol verməmək; uşaqların ən yaxşı maraqlarını təmin etməyə yönəldilmiş tədbirlər; yaşamaq, sağ qalmaq və inkişaf etmək hüququ; və uşaqların baxışlarına onların yaşına və yetkinliyinə müvafiq olaraq lazımi diqqət kimi dörd əsas prinsiplərə əsaslanaraq müəyyən edir. Bu prinsiplər uşaqların sağ qalmaq, inkişaf etmək, müdafiə edilmək və iştirak etmək hüquqlarının təmin edilməsində bütün maraqlı tərəflərin, o cümlədən uşaqların fəaliyyətlərini tənzimləyir.
Dünyanın hər bir ölkəsi tərəfindən imzalanmış və hal –hazırda iki ölkə istisna olmaqla bütün ölkələr tərəfindən qanuna ratifikasiya edilmiş Konvensiya və onun prinsipləri milli və yerli qanunvericilikdə kök salaraq bütün dünya hökumətlərini uşaqların hüquq və inkişafı ilə bağlı məsələlərin qanunvericiliyə dair planların önünə çıxarmağa həvəsləndirir. 1990-cı ildən etibarən 70-dən çox ölkə Konvensiyanın müddəalarına müvafiq olaraq uşaq haqqında məcəllələri qanunvericilik sahəsində islahatların bir hissəsi kimi milli qanunvericiliyə daxil etmişdir.
Konvensiya dövlət qurumlarına dərin və güclü təsir göstərmişdir. Bu isə uşaq hüquqları ilə bağlı məsələlərin daha çox müzakirə edilməsində, milli və beynəlxalq hədəflərdə, siyasətlərdə, proqramlarda və insan hüquqlarının və sosial irəliləyişin təbliğ edilməsində uşaq hüquqlarına daha çox diqqətin ayrılmasında özünü büruzə vermişdir. Saziş həmçinin milli və yerli hökumətləri qadın və uşaqların maraqlarına yönəlmiş əməkdaşlıqların inkişaf etdirilməsi üçün uşaq yönümlü büdcə təşəbbüslərini, sosial müdafiə tədbirlərini və hüquqlarına əsaslanan yanaşmaları müəyyən etməyə həvəsləndirir.
Eyni zamanda, Konvensiya biznes təşkilatlarında, məktəblərdə, ailələrdə və müxtəlif icmalarda uşaq hüquqları ilə bağlı məlumatlandırılmanın artırılması gücləndirməyə yardım etmişdir. Bunun media vasitələrinə təsiri uşaqlar ilə bağlı məlumatların verilməsinə dair davranış məcəllələrinin daha geniş işıqlandırılmasında və uşaqları narahat edən onlara təsir edən məsələlər ilə bağlı onların baxışlarına diqqətin yetirilməsində müşahidə olunur. Dini rəhbərlər İİV və QİÇS-ə yoluxmuş insanların cəmiyyətdən təcrid edilməsi və ayrı –seçkiliyə məruz qalması kimi həssas məsələlərə diqqət yetirərək və gənc qızların təhsilini dəstəkləyərək uşaq hüquqları sahəsində fəal şəkildə çalışırlar. Konvensiya həmçinin cəmiyyətdə səlahiyyətlər ilə təmin edilmiş tərəfdaşlar qismində yeni nəsil uşaqların formalaşdırılmasını təlqin edir.
Konvensiyanın həyati əhəmiyyəti qanunvericiliklə bağlı təsirlərindən və hətta uşaq hüquqlarının dəstəklənməsinə yönəldilmiş birbaşa fəaliyyətlərdən də kənara çıxır. Saziş, həmçinin, 18 yaşına çatmamış şəxslər üçün təmin edilməli rəftar, qayğı, inkişaf, müdafiə və iştirak ilə bağlı minimum standartları müəyyən etməklə yeniyetməlik dövrünə olan yanaşmanın dəyişməsinə yardım etmişdir. Konvensiyanın müddəaları uşaq hüquqlarının müdafiə edilməsi üçün yeniyetməlik dövrünün yetkinlik dövründən ayrıca bir dövr kimi müdafiə olunmasının və uşaqların böyümək, oynamaq və inkişaf etmək üçün müəyyən vaxtın müəyyən edilməsinin labüd olmasının ictimaiyyət tərəfindən tam dərk edilməsini gücləndirir.
-
18 October, 2011
“Azərbaycan 20 il” adlı veb konfrans. -
11 March, 2011
STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER -
11 March, 2011
Modern.az::: "NUR” Uşaq və Gənclər İctimai Birliyi etiraz bəyanatı yayıb -
11 March, 2011
Milli.Az::: "9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi dünya üçün bir çağırışdır" -
11 March, 2011
QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır -
11 March, 2011
Qafqazinfo.az::: “Nur” bəyanat yaydı -
09 March, 2011
“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi -
03 December, 2010
Ağayev Mirməhəmməd -
20 November, 2010
Fidan Məmmədova -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var"







