"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Narkoloji xidmət və nəzarət haqqında Azərbaycan Respublikasının Qanunundan Çıxarış Narkoloji xidmət və nəzarət haqqında Azərbaycan Respublikasının Qanunundan Çıxarış ================================================================================ admin on 26 January, 2010 Narkoloji xidmət və nəzarət haqqında Azərbaycan Respublikasının 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Qanunu (Çıxarış) II fəsil.Narkoloji xidmətin və nəzarətin əsasları Maddə 7. Narkoloji xəstələr barəsində məlumatların verilməsi 7.3. Narkoloji xidməti və nəzarəti həyata keçirən şəxslər yetkinlik yaşına çatmayan uşaqlarına qayğı göstərməyən, onlara qarşı zor tətbiq edən, ətrafdakı insanların hüquqlarını pozan narkoloji xəstələr barəsində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməyə borcludurlar. Maddə 13. Narkoloji xəstələr üzərində xüsusi müşahidə 13.0. Narkoloji yardımın həyata keçirilməsi zamanı aşağıdakı şəxslər üzərində Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada xüsusi müşahidə aparılır:13.0.3. yetkinlik yaşına çatmayan uşaqları olan narkoloji xəstələr; IV fəsil. Narkoloji xidmət sahəsində sosial tədbirlər Maddə 16. Narkoloji xidmət sahəsində sosial tədbirlər 16.1. Narkoloji xidmətin məqsədlərinin təmin edilməsi üçün həyata keçirilən sosial tədbirlər aşağıdakılardan ibarətdir: 16.1.1. narkoloji xəstələrin valideyn qayğısından məhrum olan uşaqlarına sosial qayğının göstərilməsi və onların hüquqlarının qorunması; V fəsil. Narkoloji nəzarət sahəsində inzibati tədbirlər Maddə 18. Narkoloji nəzarət sahəsində inzibati tədbirlər 18.0. Narkoloji nəzarətin məqsədlərinin təmin edilməsi üçün həyata keçirilən inzibati tədbirlər aşağıdakılardan ibarətdir: 18.0.6. insan psixikasına təsir göstərən maddələrdən sui–istifadə etməklə öz ailə üzvlərinin maddi vəziyyətini pisləşdirən, onlara qayğı göstərməyən, uşaqları ilə amansız rəftar edən, onların tərbiyəsinə mənfi təsir göstərən, habelə ətraflarındakı insanların hüquqlarını pozan narkoloji xəstələrin aşkar edilməsi; Maddə 21. Narkoloji xəstələr barəsində məhkəmə qaydasında tətbiq olunan məcburiyyət tədbirləri 21.2-1. Cinayət törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məcburi tibbi tədbirlər tətbiq edilə bilər.