"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Ticarət Gəmiçiliyi Məcəlləsindən Çıxarış Ticarət Gəmiçiliyi Məcəlləsindən Çıxarış ================================================================================ admin on 26 January, 2010 Azərbaycan Respublikasının 2001-ci il 22 iyun tarixli 146-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş Ticarət Gəmiçiliyi Məcəlləsi (Çıxarış) IV fəsil GƏMİ HEYƏTİ. GƏMİ KAPİTANI Maddə 57. Vəsiyyətnamə tərtib edildikdə, gəmidə uşaq doğulduqda və gəmidə ölüm baş verdikdə gəmi kapitanının vəzifələri 57.1. Gəmi kapitanı səfər zamanı gəmidə olan şəxsin vəsiyyətnaməsini təsdiq edə bilər. Gəmi kapitanının təsdiq etdiyi vəsiyyatnamə notariat qaydasında təsdiq edilən sənədlərə bərabər tutulur. 57.2. Gəmi kapitanı gəmidə hər bir doğum və ya ölüm halı barəsində gəmi jurnalında müvafiq qeyd aparmalıdır. 57.3. Gəmi kapitanı vəfat etmiş şəxsin ölümü barəsində onun yaxın qohumlarından birini və ya həyat yoldaşını məlumatlandırmağa və onun cənazəsini vətəninə göndərmək üçün tədbirlər görməyə borcludur. Müstəsna hallarda, əgər gəminin uzun müddət açıq dənizdə olması zəruridirsə və vəfat etmiş şəxsin cənazəsini saxlamaq mümkün deyilsə, gəmi kapitanının, gəmi jurnalında müvafiq qeyd apararaq, cənazəni dəniz adətlərinə uyğun olaraq dənizə tapşırmaq hüququ vardır. 57.4. Gəmi kapitanı vəfat etmiş şəxsin gəmidə olan əmlakının siyahısının tərtib edilməsini və saxlanmasını təmin edir. IX fəsil DƏNİZLƏ SƏRNİŞİN DAŞINMASI MÜQAVİLƏSİ Maddə 140. Sərnişinin gediş və onun baqajının daşınması haqqı 140.3. Sərnişinin aşağıdakılara hüququ vardır: 140.3.1. özü ilə beş yaşına çatmamış bir uşağı ona ayrıca yer verilmədən pulsuz (xarici sərnişin xətlərində isə güzəştli tariflə) aparmaq. Beş yaşına çatmamış digər uşaqlar, beş yaşından on iki yaşına qədər uşaqlar üçün qanunvericiliklə güzəştli daşınma tarifləri tətbiq edilir.