Ticarət Gəmiçiliyi Məcəlləsindən Çıxarış

Şrift ölçüsü: Decrease font Enlarge font

Azərbaycan Respublikasının 2001-ci il 22 iyun tarixli 146-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş  

Ticarət Gəmiçiliyi Məcəlləsi 

(Çıxarış) 

IV fəsil

GƏMİ HEYƏTİ. GƏMİ KAPİTANI

Maddə 57. Vəsiyyətnamə tərtib edildikdə, gəmidə uşaq doğulduqda və gəmidə ölüm baş verdikdə gəmi kapitanının vəzifələri

57.1. Gəmi kapitanı səfər zamanı gəmidə olan şəxsin vəsiyyətnaməsini təsdiq edə bilər. Gəmi kapitanının təsdiq etdiyi vəsiyyatnamə notariat  qaydasında təsdiq edilən sənədlərə bərabər tutulur.

57.2. Gəmi kapitanı gəmidə hər bir doğum və ya ölüm halı barəsində gəmi jurnalında müvafiq qeyd aparmalıdır.

57.3. Gəmi kapitanı vəfat etmiş şəxsin ölümü barəsində onun yaxın qohumlarından birini və ya həyat yoldaşını məlumatlandırmağa və onun  cənazəsini vətəninə göndərmək üçün tədbirlər görməyə borcludur. Müstəsna hallarda, əgər gəminin uzun müddət açıq dənizdə olması  zəruridirsə və vəfat etmiş şəxsin cənazəsini saxlamaq mümkün deyilsə, gəmi kapitanının, gəmi jurnalında müvafiq qeyd apararaq, cənazəni  dəniz adətlərinə uyğun olaraq dənizə tapşırmaq hüququ vardır.

57.4. Gəmi kapitanı vəfat etmiş şəxsin gəmidə olan əmlakının siyahısının tərtib edilməsini və saxlanmasını təmin edir. 

IX fəsil

DƏNİZLƏ SƏRNİŞİN DAŞINMASI MÜQAVİLƏSİ

Maddə 140. Sərnişinin gediş və onun baqajının daşınması haqqı

140.3. Sərnişinin aşağıdakılara hüququ vardır:

140.3.1. özü ilə beş yaşına çatmamış bir uşağı ona ayrıca yer verilmədən pulsuz (xarici sərnişin xətlərində isə güzəştli tariflə) aparmaq. Beş yaşına çatmamış digər uşaqlar, beş yaşından on iki yaşına qədər uşaqlar üçün qanunvericiliklə güzəştli daşınma tarifləri tətbiq edilir.

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az