"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanunundan Çıxarış Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanunundan Çıxarış ================================================================================ admin on 26 January, 2010 Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının 2008-ci il 1 aprel tarixli 556-IIIQ nömrəli Qanunu (Çıxarış) I fəsil ÜMUMİ MÜDDƏALAR Maddə 7. Avtovağzallara (avtostansiyalara) dair tələblər 7.2. Avtovağzalda 75-dən artıq sərnişin tutan gözləmə zalı, ən azı inzibati bina və ya xidməti otağı, bir necə bilet kassası, ana və uşaq otağı, baqaj saxlama kamerası, iaşə, mədəni-məişət və sanitar-gigiyenik təyinatlı sahələr, tibbi yardım və polis məntəqələri, sürücülərin istirahət otağı, sərnişinlərin minib-düşməsi üçün perron, avtobusların reyslərarası dayanması üçün meydança və təmizləmə postu, habelə şəhər nəqliyyatının və taksi minik avtomobillərinin dayanması üçün vağzalyanı sahə olmalıdır.