"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikasının Qanunundan Çıxarış Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikasının Qanunundan Çıxarış ================================================================================ admin on 26 January, 2010 Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikasının 2007-ci il 31 may tarixli 353-IIIQ nömrəli Qanunu (Çıxarış) Maddə 13. Cəza çəkməkdən azad edilmiş şəxslərin təhsilinin və peşə hazırlığının təşkili 13.1. Müvafiq icra hakimiyyəti orqanı cəza çəkməkdən azad edilmiş şəxslərin orta peşə-ixtisas və texniki-peşə təhsili, habelə qısamüddətli peşə hazırlığı kursları vasitəsilə peşələrə yiyələnmələrinə şərait yaradır. 13.2. Cəza çəkməkdən azad edilmiş qadınların himayəsində olan 14 yaşına çatmamış uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə və ya internat məktəblərinə yerləşdirilməsi qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.