"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Qeyri-dövlət mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunundan Çıxarış Qeyri-dövlət mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunundan Çıxarış ================================================================================ admin on 26 January, 2010 Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 266-IIQ nömrəli Qanunu (Çıxarış) Maddə 13. Özəl mühafizə fəaliyyətinin həyata keçirilməsində fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiqi şərtləri və hüdudları 13.4. Mühafizə olunan obyektə qrup halında və ya silah işlətməklə basqın edildiyi, o cümlədən silahlı müqavimət göstərildiyi hallar istisna olmaqla qadınlara, azyaşlılara, yanında azyaşlı uşaqlar olan, əlilliyi, sağlamlıq imkanlarının məhdudluğu, yaxud digər fiziki və ya psixi qüsurları aşkar bilinən şəxslərə, habelə insanların toplaşdığı və ya kənar şəxslərin zərər çəkə biləcəyi yerlərdə fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiqi qadağandır.