"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanunundan Çıxarış Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanunundan Çıxarış ================================================================================ admin on 21 January, 2010 Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanunu (Çıxarış) V fəsil NARKOTİK VASİTƏLƏRİN, PSİXOTROP MADDƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ VƏ ONLARIN PREKURSORLARININ QANUNSUZ İDXALI, İXRACI, TRANZİT NƏQL EDİLMƏSİ VƏ İSTEHSALI İLƏ ƏLAQƏDAR HƏYATA KEÇİRİLƏN TƏDBİRLƏR Maddə 26 . Narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi 26.4. Cinayət törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məcburi tibbi tədbirlər tətbiq edilə bilər. 26.5. Əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər, hamilə qadınlar və südəmər uşaqları olan analar, 60 yaşından yuxarı olan kişilər və 55 yaşından yuxarı olan qadınlar, eləcə də siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş xəstəlikləri olan şəxslər barəsində müalicə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara əsasən tətbiq olunur.