Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanunundan Çıxarış
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında
Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanunu
(Çıxarış)
V fəsil
NARKOTİK VASİTƏLƏRİN, PSİXOTROP MADDƏLƏRİN QANUNSUZ DÖVRİYYƏSİ VƏ ONLARIN PREKURSORLARININ QANUNSUZ İDXALI, İXRACI, TRANZİT NƏQL EDİLMƏSİ VƏ İSTEHSALI İLƏ ƏLAQƏDAR HƏYATA KEÇİRİLƏN TƏDBİRLƏR
Maddə 26 . Narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi
26.4. Cinayət törətməmiş, lakin öz davranış və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məcburi tibbi tədbirlər tətbiq edilə bilər.
26.5. Əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər, hamilə qadınlar və südəmər uşaqları olan analar, 60 yaşından yuxarı olan kişilər və 55 yaşından yuxarı olan qadınlar, eləcə də siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş xəstəlikləri olan şəxslər barəsində müalicə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydalara əsasən tətbiq olunur.
-
18 October, 2011
“Azərbaycan 20 il” adlı veb konfrans. -
11 March, 2011
STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER -
11 March, 2011
Modern.az::: "NUR” Uşaq və Gənclər İctimai Birliyi etiraz bəyanatı yayıb -
11 March, 2011
Milli.Az::: "9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi dünya üçün bir çağırışdır" -
11 March, 2011
QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır -
11 March, 2011
Qafqazinfo.az::: “Nur” bəyanat yaydı -
09 March, 2011
“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi -
03 December, 2010
Ağayev Mirməhəmməd -
20 November, 2010
Fidan Məmmədova -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var"







