"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının Qanunundan Çıxarış Televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının Qanunundan Çıxarış ================================================================================ admin on 20 January, 2010 Televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarxili 345-İİQ nömrəli Qanunu (Çıxarış) III fəsil TELERADIO YAYıMı SAHəSINDə DÖVLəT TəNZIMLəMəSI Maddə 11. Teleradio yayımı sahəsində dövlətin əsas funksiyaları və vəzifələri 11.1. İnformasiya məkanının vahid inkişaf konsepsiyasına uyğun olaraq dövlət: 11.5.2. yayım kanalları (tezlikləri) resurslarından səmərəli istifadə olunmasına; 11.5.3. uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən proqramların onların baxa biləcəyi vaxtda göstərilməməsinə; Maddə 13. Dövlətin ehtiyacları üçün yayım məhsulları 13.5. Müvafiq dövlət orqanı məqsədli dövlət proqramlarına uyğun olaraq uşaqlar və gənclər, karlar və eşitmə qabiliyyəti zəif olanlar üçün proqramların, informasiya, tədris, maarifləndirici və s. proqramların siyahısını hazırlayıb bu Qanunla müəyyənləşdirilmiş qaydada sifarişlər verir. V fəsil Teleradio yayımının təşkili Maddə 33. Uşaqların və yetkinlik yaşına çatmayanların qorunması 33.1. Müvafiq dövlət orqanı uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi qaydalar müəyyənləşdirir. 33.2. Göstərilmə vaxtı məhdudlaşdırılmış proqramların anonsunda, eləcə də yayımından əvvəl bu barədə mütləq məlumat verilməlidir. 33.3. Göstərilmə vaxtı məhdudlaşdırılmış proqramların yayımı uşaqların və yetkinlik yaşına çatmayanların baxmasına qadağa qoyulduğunu bildirən xüsusi simvollar, yazılar, yaxud proqramın xüsusiyyəti barədə digər xəbərdaredici nişanlarla müşayiət olunmalıdır. Maddə 35. Reklamın yayılması 35.4. Müstəqil hissələrdən ibarət televerilişlərdə, idman proqramlarında, fasilələrlə gedən tədbirlərin və tamaşaların yayımında reklam yalnız müstəqil hissələrin arasında, ya da fasilələrdə verilə bilər. Ayrıca verilişlərdə bir reklam blokunun sonu ilə o biri reklam blokunun əvvəli arasındakı zaman kəsiyi 15 dəqiqədən az olmamalıdır. 35.5. Bədii və televiziya filmləri 45 dəqiqədən çox davam edərsə, yalnız 45 dəqiqədən sonra reklamla kəsilə bilər. Filmlər bir və ya bir neзə 45 dəqiqədən azı 20 dəqiqə çox çəkərsə daha bir reklam fasiləsinə icazə verilir. 35.6. Xəbər proqramları, dini və uşaqlar üçün verilişlər, həmçinin 30 dəqiqədən az çəkən seriallar, əyləncəli proqramlar, aktual siyasi verilişlər, sənədli filmlər reklamla kəsilə bilməz. Əgər bu proqram və verilişlər 30 dəqiqədən çox çəkərsə, bu Qanunun 35.4-cü, bir və ya bir neçə 45 dəqiqədən ən azı 20 dəqiqə çox çəkərsə, bu Qanunun 35.5-ci maddələrinin tələbləri onlara da şamil edilir. 35.14. Televiziya reklamları uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına zərərli təsir göstərməməlidir. Bunun üçün həmin reklamlarda aşağıdakı tələblərə əməl olunmalıdır: 35.14.1. uşaqlara və yetkinlik yaşına çatmayanlara ünvanlanan yaxud onların iştirakı ilə yayımlanan reklamlarda uşaqların maraqlarına ciddi zərbə vuran elementlərdən istifadə olunmamalı; 35.14.2. tutarlı səbəblər olmadan, uşaqlar və yetkinlik yaşına çatmayanlar qorxulu vəziyyətlərdə göstərilməməlidir.