Televiziya və radio yayımı haqqında Azərbaycan Respublikasının Qanunundan Çıxarış
Televiziya və radio yayımı haqqında
Azərbaycan Respublikasının 2002-ci il 25 iyun tarxili 345-İİQ nömrəli Qanunu
(Çıxarış)
III fəsil
Teleradio yayımı sahəsində dövlət tənzimləməsi
Maddə 11. Teleradio yayımı sahəsində dövlətin əsas funksiyaları və vəzifələri
11.1. İnformasiya məkanının vahid inkişaf konsepsiyasına uyğun olaraq dövlət:
11.5.2. yayım kanalları (tezlikləri) resurslarından səmərəli istifadə olunmasına;
11.5.3. uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən proqramların onların baxa biləcəyi vaxtda göstərilməməsinə;
Maddə 13. Dövlətin ehtiyacları üçün yayım məhsulları
13.5. Müvafiq dövlət orqanı məqsədli dövlət proqramlarına uyğun olaraq uşaqlar və gənclər, karlar və eşitmə qabiliyyəti zəif olanlar üçün proqramların, informasiya, tədris, maarifləndirici və s. proqramların siyahısını hazırlayıb bu Qanunla müəyyənləşdirilmiş qaydada sifarişlər verir.
V fəsil
Teleradio yayımının təşkili
Maddə 33. Uşaqların və yetkinlik yaşına çatmayanların qorunması
33.1. Müvafiq dövlət orqanı uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün xüsusi qaydalar müəyyənləşdirir.
33.2. Göstərilmə vaxtı məhdudlaşdırılmış proqramların anonsunda, eləcə də yayımından əvvəl bu barədə mütləq məlumat verilməlidir.
33.3. Göstərilmə vaxtı məhdudlaşdırılmış proqramların yayımı uşaqların və yetkinlik yaşına çatmayanların baxmasına qadağa qoyulduğunu bildirən xüsusi simvollar, yazılar, yaxud proqramın xüsusiyyəti barədə digər xəbərdaredici nişanlarla müşayiət olunmalıdır.
Maddə 35. Reklamın yayılması
35.4. Müstəqil hissələrdən ibarət televerilişlərdə, idman proqramlarında, fasilələrlə gedən tədbirlərin və tamaşaların yayımında reklam yalnız müstəqil hissələrin arasında, ya da fasilələrdə verilə bilər. Ayrıca verilişlərdə bir reklam blokunun sonu ilə o biri reklam blokunun əvvəli arasındakı zaman kəsiyi 15 dəqiqədən az olmamalıdır.
35.5. Bədii və televiziya filmləri 45 dəqiqədən çox davam edərsə, yalnız 45 dəqiqədən sonra reklamla kəsilə bilər. Filmlər bir və ya bir neзə 45 dəqiqədən azı 20 dəqiqə çox çəkərsə daha bir reklam fasiləsinə icazə verilir.
35.6. Xəbər proqramları, dini və uşaqlar üçün verilişlər, həmçinin 30 dəqiqədən az çəkən seriallar, əyləncəli proqramlar, aktual siyasi verilişlər, sənədli filmlər reklamla kəsilə bilməz. Əgər bu proqram və verilişlər 30 dəqiqədən çox çəkərsə, bu Qanunun 35.4-cü, bir və ya bir neçə 45 dəqiqədən ən azı 20 dəqiqə çox çəkərsə, bu Qanunun 35.5-ci maddələrinin tələbləri onlara da şamil edilir.
35.14. Televiziya reklamları uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına zərərli təsir göstərməməlidir. Bunun üçün həmin reklamlarda aşağıdakı tələblərə əməl olunmalıdır:
35.14.1. uşaqlara və yetkinlik yaşına çatmayanlara ünvanlanan yaxud onların iştirakı ilə yayımlanan reklamlarda uşaqların maraqlarına ciddi zərbə vuran elementlərdən istifadə olunmamalı;
35.14.2. tutarlı səbəblər olmadan, uşaqlar və yetkinlik yaşına çatmayanlar qorxulu vəziyyətlərdə göstərilməməlidir.
-
18 October, 2011
“Azərbaycan 20 il” adlı veb konfrans. -
11 March, 2011
STATEMENT BY “NUR” CHILDREN AND YOUTH PUBLIC UNION ON KILLING OF 9 YEAR OLD FARIZ BADALOV BY ARMENIAN SNIPER -
11 March, 2011
Modern.az::: "NUR” Uşaq və Gənclər İctimai Birliyi etiraz bəyanatı yayıb -
11 March, 2011
Milli.Az::: "9 yaşlı uşağın ermənilər tərəfindən öldürülməsi dünya üçün bir çağırışdır" -
11 March, 2011
QHTXEBER.az:::“Nur” İctimai Birliyi: Bu, dünya üçün bir çağırışdır -
11 March, 2011
Qafqazinfo.az::: “Nur” bəyanat yaydı -
09 March, 2011
“Ushaqlarin Goy Qurshagi: HIV/AIDS Maariflendirmesi paytaxtdan regionlara” Tehsil layihesi -
03 December, 2010
Ağayev Mirməhəmməd -
20 November, 2010
Fidan Məmmədova -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
В Азербайджане открывается Летняя школа по защите прав детей -
15 July, 2010
"Uşaq Hüquqlari" yay məktəbi başlayır -
15 July, 2010
“UŞAQ HÜQUQLARI” YAY MƏKTƏBİ AÇILACAQDIR -
15 July, 2010
"Nur" qaçqın və məcburi köçkün uşaqlar üçün yay məktəbi açır -
15 July, 2010
"Hər bir uşağın hüququ var"







