"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunundan Çıxarış Məşğulluq haqqında Azərbaycan Respublikasının Qanunundan Çıxarış ================================================================================ admin on 20 January, 2010 Məşğulluq haqqında Azərbaycan Respublikasının 2001-ci il 2 iyul tarxili 170-İİQ nömrəli Qanunu (Çıxarış) I fəsil ÜMUMİ MÜDDƏALAR Maddə 4. İşsiz Statusu Verilməsi Qaydaları 4.5. İşsiz statusu almaq hüququ olmayan vətəndaşlar aşağıdakılardır: 4.5.1. 15 yaşına çatmayanlar; 4.5.2. pensiya (ailə başçısını itirməyə görə uşaqlar üçün təyin olunmuş pensiyalar istisna olmaqla) hüququ qazanmış vətəndaşlar; II fəsil Məşğulluq sahəsində vətəndaşların hüquqları və dövlət təminatları Maddə 9. Sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların məşğulluğu üçün əlavə təminatlar 9.1. Dövlət əlavə iş yerləri və ixtisaslaşdırılmış müəssisələr, təşkilatlar (o cümlədən əlillərin və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin əməyi üçün müəssisə və təşkilatlar) yaratmaq yolu ilə, xüsusi proqramlar üzrə təlim təşkil etməklə və başqa tədbirlər görməklə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyalarına (20 yaşadək gənclərə, yetkinlik yaşına çatmamış uşaqları tərbiyə edən tək və çoxuşaqlı valideynlərə, sağlamlıq imkanları məhdud uşaqları tərbiyə edən valideynlərə, pensiya yaşına 2 ildən az qalmış şəxslərə, əlillərə, sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş vətəndaşlara, məcburi köçkünlərə, müharibə veteranlarına, şəhid ailələrinə) əlavə təminatlar verir. IV fəsil Sosial təminatlar Maddə 21. Sosial yardım üçün təminatlar 21.1. İşini və qazancını itirən, ilk dəfə iş axtaran və ya uzun fasilədən sonra yenidən əmək fəaliyyətinə başlamaq istəyən vətəndaşlara dövlət aşağıdakı təminatları verir: 21.1.6. işsiz vətəndaşların himayəsində olan uşaqlar üçün işsizlik müavinətinə və təqaüdə əlavələr edilməsi. Maddə 23. Peşə Hazırlığı, Yenidən Hazırlıq Və Ixtisasartırma Dövründə Vətəndaşlara Verilən Təqaüdlərin Məbləği 23.2. Himayəsində 18 yaşına çatmamış uşağı olan şəxslərin təqaüdünün məbləği himayədə olan hər bir uşaq üçün təqaüdün 10 faizi məbləğində, lakin təqaüdün 50 faizindən artıq olmamaq şərtilə artırılır. Maddə 24. İşsizlik Müavinətinin Məbləğinin Müəyyənləşdirilməsi Qaydaları 24.4. İşsizin himayəsində 18 yaşına çatmamış uşağı olduqda, işsizlik müavinətinin məbləği hər bir uşaq üçün müavinətin 10 faizi məbləğində, lakin müavinətin 50 faizindən artıq olmamaq şərti ilə artırılır.