"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Dövlət Qulluğu haqqında Azərbaycan Respublikasının Qanunundan Çıxarış Dövlət Qulluğu haqqında Azərbaycan Respublikasının Qanunundan Çıxarış ================================================================================ admin on 20 January, 2010 Dövlət Qulluğu haqqında Azərbaycan Respublikasının 2000-ci il 21 iyul tarxili 926-İQ nömrəli Qanunu (Çıxarış) V fəsil Dövlət qulluğu keçmə Maddə 30. Dövlət qulluğunun şərtləri Dövlət qulluqçusu öz arzusu ilə və dövlət orqanı rəhbərinin razılığı ilə ödənişsiz məzuniyyətə göndərilə bilər. 30.5. Müvəqqəti olaraq başqa yerə qulluğa keçirilən dövlət qulluqçusunun ailəsini özü ilə aparmağa ixtiyarı vardır. Ona müəyyən edilmiş yaşayış normalarına uyğun gələn məişət ləvazimatı ilə komplektləşdirilmiş xidməti mənzil verilir, habelə əvvəl qulluq keçdiyi yerdəki yaşayış sahəsi saxlanılır. Dövlət qulluqçusunun ailə üzvlərinə işə və ya təhsil müəssisəsinə düzəlməkdə kömək göstərilir, məktəbəqədər uşaq müəssisələrində yer verilir və lazım gəldikdə, onu göndərən orqanın vəsaiti hesabına haqqı ödənilən tibbi xidmət göstərilir. Müvəqqəti olaraq başqa yerə qulluğa keçirilməklə bağlı olan digər məsələlər Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzim olunur.