"NUR" Uşaq və Gənclərin İctimai Birliyi: Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının Qanundan Çıxarış Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının Qanundan Çıxarış ================================================================================ admin on 20 January, 2010 Nəşriyyat işi haqqında Azərbaycan Respublikasının 2000-ci il 30 may tarxili 887-İQ nömrəli Qanunu (Çıxarış) I fəsil ÜMUMİ MÜDDƏALAR Maddə 3. Nəşriyyat Işi Sahəsində Dövlət Siyasətinin əsas Prinsipləri Və Dövlətin Vəzifələri Nəşriyyat işi sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:uşaq ədəbiyyatı, dərslik, elmi-texniki ədəbiyyat, tərcümə ədəbiyyatı, lüğət və ensiklopediyaların, yazılı və şifahi mədəniyyət abidələrinin nəşrinə əlavə güzəştlərin müəyyən edilməsi; II fəsil Nəşrİyyat İşİnİn təşkİlİ və həyata keçİrİlməsİ Maddə 17. Nəşriyyat Işi Sahəsində Reklam Uşaq ədəbiyyatı, dərsliklər, dövlət əhəmiyyətli zəruri nəşrlər, ensiklopediyalar pulsuz və yaxud güzəştli şərtlərlə reklam oluna bilər.