Uşaq davranış etikası

Şrift ölçüsü: Decrease font Enlarge font
image

Uşaq davranış etikası 

Sənin getdiyin məktəbdə, yaşadığın evdə və yaxud sizin küçənizdə fiziki cəhətdən qüsurlu uşaqlar ola bilər. Məsələn, yeriyəndə çətinlik çəkənlər və ya heç yeriyə bilməyənlər, pis eşidənlər və ya heç eşitməyən uşaqlar, zəif görən və bu səbəbdən də dərslərinə lazımınca hazırlaşa bilməyən uşaqlar və s. Elə xəstə uşaqlar da var ki, xəstəlikləri qətiyyən yoluxucu deyil, amma başqa uşaqları qorxuda bilərlər. Məsələn, astma və yaxud epilepsiya xəstələri kimi. Bu uşaqlara sən bax belə kömək edə bilərsən:

1.          Əgər sən pilləkənləri düşüb-qalxanda çətinlik çəkən uşaq görürsənsə, ona yaxınlaş və təklif elə ki, qolundan tutsun. Yaxud çantasını daşımağa kömək et.

2.          Yeriyə bilməyən və ya yeriməkdə müəyyən çətinliyi olan uşaqlar bəzi uşaq oyunlarında iştirak edə bilmirlər. Onda elə bir oyun təklif et ki, hamı oynaya bilsin və heç kim də sıxıntı çəkməsin.

3.          Əgər sizin qrupda və yaxud sinifdə qəfildən kimsə boğulmağa başlasa və ya nəfəsi çatışmasa, dərhal ondan soruş gör lazımi dərmanı varmı? Varsa, yubanmadan dərmanını götürüb ona ver; mümkün qədər tez. Yaşlıları da xəbərdar etməyi unutma.

4.          Xəstə və yaşıdlarından nisbətən zəif uşaqları cırnatma, onlara gülmə. Göz qoy ki, onlar yıxılmasınlar, zədələnməsinlər.

5.          Çalış  ki, pəltək və nitqi qüsurlu uşaqları  başa düşəsən, onların qəlbinə  toxunmayasan.

6.          İnsanın zahiri onun yaxşı , xeyirxah və vicdanlı adam olub – olmaması haqqında  heç nə demir. Odur ki, çox  hündür  və ya çox qısa, arıq və ya  kök  uşaqları ələ salıb onlara gülmə.

7.          Bəzi uşaqlar şəkər xəstəliyindən əziyyət çəkirlər. Lazım  gəldikdə  onların tək qalıb dərman qəbul etmələri üçün şərait yarat və ya iynə vurmaqda kömək et. Onlara lağ  etmə, sataşma.                                                                          

8.          Görmə  qabiliyyəti zəif olan uşaqlar yazı taxtasında yazılanları oxuya bilmirlər, kiçik şriftləri görmürlər . Onların özlərinin oxuya bilmədiklərini onlar üçün oxu. Onların eynəkləri ilə ehtiyyatlı ol.

9.          Eşitmə qabiliyyəti zəif olan uşaqlar tərbiyəçinin və ya müəllimin dediklərini yaxşı eşitmirlər. Görəndə ki, uşaq nəyi isə başa düşmədi, neçə dəfə lazımdırsa, o qədər  təkrar et.

10.      Əgər sən hiss edir və ya  dəqiq bilirsən ki, eşitmə qabiliyyəti pis olan  uşaq  səni başa düşmür, onda onunla  mümkün  qədər  aydın danış  düz gözünün içinə bax.

11.      Bəzi  uşaqlar yazı və oxu zamanı bəzi çətinliklər çəkirlər. Onlar  eyni səhvi dəfələrlə təkrar edirlər. Onlara  ayrıca vaxt ayır və onlarla birlikdə oxu.

12.      Epilepsiya xəstəliyi olan uşaqların qəbul etdikləri dərmandan reaksiyaları, iş qabiliyyətləri zəifləyir. Əgər sən görürsən ki, xəstə uşaq yazıb çatdıra bilmir, öz dəftərini ona təklif et.

13.      Sənin  qrupun və ya sinfin teatra gedirsə və orada əlillər üçün  xüsusi giriş yoxdursa, dostlarından  xahiş et ki, əlillərə  kömək etməkdə  sənə yardımçı olsunlar.

14.      Bəzi uşaqlar ləng oxuyurlar. Başqa uşaqların onları ələ salmalarına və alçaltmalarına  imkan vermə. Təhsildə onlara  köməyini təklif et.

15.      Uşaqlar günü-gündən böyüyür və inkişaf edirlər. Bəziləri həddindən  artıq  fəallaşır  və fikrini verilən tapşırığa cəmləşdirə bilmirlər. Səbirli ol və tapşırıqları yerinə   yetirməkdə  onlara kömək et.

16.      Öz gücün və surətinlə lovğalanma; xüsusilə xəstə və fiziki çatışmazlığı olan uşaqların qarşısında.

17.      Bəzi uşaqlar hətta dərslərini bildikdə belə, bütün sinif qarşısında cavab verməkdən  çəkinirlər, özlərinə inamsızlıq hissi onlara mane olur. Belə uşaqları tez-tez ictimai  yerlərdə (tədbirlərdə) çıxışlara  cəlb et ki, qorxu hissindən xilas olsunlar.

  • email Dosta göndər
  • print Çap üçün
  • Plain text Mətn variantı
Site by: WebStudio.Az